top of page
Star Mining LLC

Namizədə tələblər:

  • Ən azı 1 il müvafiq sahədə iş təcrübəsi

  • Office  proqramlarında  işləmək bacarığı

  • Komandada işləmək bacarığı

  • İşinə məsuliyyətli yanaşma, diqqqət və çeviklik

Vəzifə təlimatı:

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbar üzrə mədaxil/məxaric əməliyyatların rəsmiləşdirilməsi;

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbar üzrə excel fayllarda gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; (hər bir mal-material üzrə dövrün əvvəlinə qalıq, dövr ərzində mədaxil, dövr ərzində məxaric, dövrün sonuna qalıq)

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbar daxilində mal-materialların yerləşdirilməsini əks etdirən “malların ünvan kitabçasının” gündəlik əsasda aparılması; (excel fayl üzərindən)

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbarda malların rahat şəkildə əldə olunması və istənilən an sayımın aparılması üçün stellaj və rəflərdə səliqəli formada yerləşdirilməsini təmin etmək;

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbara mədaxil olan malların inventar nömrələnməsini təmin etmək;

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbar qalıqlarının sayımında birbaşa iştirak etmək və sayımla bağlı tələb olunan məlumatların (anbar qalıqları, mədaxil/məxaric sənədləri və s.) operativ şəkildə sayım komissiyasına təqdim etmək;

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbarda yığılmış və növbəti istismara yararsız olan malların siyahıya alınmasında birbaşa iştirak etmək və siyahıya alınmış malların operativ şəkildə sahədən çıxarılaraq utilizisaiya olunmasını təmin etmək;

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbarda toplanmış, növbəti istismara yararsız olan və siyahıya alınmış malların bağlı və plomblanmış qutulara yığılmasını təmin etmək. Hər bir qutuda yığılmış mallar üçün ayrıca siyahının hazırlanmasını təmin etmək. Hər bir qutunun qapalı və plomblanmış şəkildə sahə ərazisindən çıxarılmasına nəzarət etmək;

  • İşlənmiş mal-materialların saxlanılması və hərəkəti üçün nəzərdə tutulan anbara yeni mal-materialların mədaxil edilməməsinə nəzarət etmək.

İş vaxtı: həftədə 5 gün, 08:00-dan 17:00-dək

İş yeri : Bakı və Daşkəsən Çovdar

Nahar şirkət tərəfindən verilir

İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Uyğun namizədlər CV formalarını mail-ə mövzu yerində “anbardar” qeyd edərək göndərə bilərlər.


E-mail: hr@starmining.az

Dərc olunma tarixi:

Mənbə:

25 May 2023

Anbardar
bottom of page