Dövlət satınalmalarında peşəkarlıq
- Elşən Həsənov

- 2 days ago
- 12 min read
15 noyabrda artıq ikincisi təşkil edilən Təchizat Zənciri Liderləri Zirvəsində dövlət satınalmalarının gələcəyi üçün kritik əhəmiyyət daşıyan ("untapped potential") lakin indiyə qədər dərin araşdırılmayan bir mövzu – "Dövlət satınalmalarında peşəkarlıq" barədə çıxış etdim.
Bu mövzunu bir neçə müddət idi ki, aktiv şəkildə çox dərindən araşdırdığımı, mənim üçün də yeni sayılacaq kifayət qədər məlumatlar öyrəndiyimi bildirmişdim. Çıxış vaxtı məhdud olduğundan araşdırmanın bütün detallarını paylaşa bilmədim lakin mövzu barədə hər kəsin məlumatı olsun deyə çıxış materialını və çıxışda istinad olunan mənbələri tam şəkildə paylaşıram
(Buradakı fikirlər müstəqil şəxsi yanaşmamdır!)

I. PROBLEMİN DİAQNOZU: NİYƏ MÖVCUD SİSTEM STRATEJİ HƏDƏFLƏRƏ ÇATA BİLMİR?
Dövlət satınalmaları qlobal miqyasda ÜDM-in təxminən 14%-ni (Avropada 15%) təşkil edir və Avropa İttifaqında bu rəqəm illik 2 trilyon avroya çatır. Bu rəqəmlər göstərir ki, satınalma artıq sadəcə inzibati qaydada mal və xidmətlərin alınması, "kağız işi" deyil, dövlət investisiyalarının səmərəliliyini, innovasiyanı və davamlı inkişafı idarə edən strateji bir funksiyadır. Özəl sektorda fəaliyyət göstərən təchizat zənciri liderləri üçün bu funksiyanın əsas məqsədi kommersiya dəyəri (value creation) yaratmaqdırsa, dövlət sektorunda onun başlıca vəzifəsi vergi ödəyicilərinin vəsaiti hesabına ictimai dəyər (public value) yaratmaq olmalıdır. İctimai dəyər "istənilən sosial şəraitdəki dəyişikliklər", yəni cəmiyyətin ehtiyac və istəklərinə uyğun olaraq sosial bərabərlik, ətraf mühitin davamlılığı, rifahın, ictimai etimadın artırılması və həyat keyfiyyətinin yüksəldilməsidir.
Aİ-nin 2014-cü il Direktivlərinin icrasına dair ən son, 14 Oktyabr 2025-ci il tarixli Təhlil Hesabatı, Aİ-nin özünün bu sahədə ciddi problemlərlə üzləşdiyini, ümumi nəticə olaraq, direktivlərinin strateji məqsədlərinə (yaşıl, sosial, innovativ satınalma) qismən çatdığı və ümumilikdə "məhdud təsirə" (limited impact) malik olub. Əsas səbəb kimi isə qanunvericiliyin həddən artıq mürəkkəbliyi və bu mürəkkəb strateji prosedurları icra edə biləcək peşəkar kadr potensialının çatışmazlığı olduğu qeyd edilib. Buna nümunə olaraq direktivdə müxtəlif prosedurların mövcud olmasına baxmayaraq, satınalma təşkilatları əsasən standart "açıq prosedurdan" (halların 82%-də) istifadə etməyə davam ediblər. Maraqlı tərəflər mövcud qaydaların gözlənilməz vəziyyətlərə uyğunlaşmaq üçün kifayət qədər çevik olmadığını bildirirlər və iştirakçıların əksəriyyəti (54.1%) qaydaların sadələşmədiyini düşünür. Bu, peşəkarlaşdırmanın nə qədər həyati əhəmiyyətli olduğunu sübut edir və satınalmaların artan mürəkkəbliyi yüksək ixtisaslı kadrların hazırlanmasına daha çox sərmayə qoyulmasını tələb edir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlət Satınalmaları üzrə Tövsiyəsinin 12 prinsipindən 9-cusu olan "Potensial" (Capacity) prinsipi ətrafında cəmləşir.
Azərbaycanda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 11 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi"nin (xüsusilə Maddə 7.3) qəbulu, ölkənin satınalma fəlsəfəsini dəyişdirmək niyyətinin bariz göstəricisidir. Qanunvericilik artıq təkcə "prosedura" deyil, həm də "davranış", "etika" və "səriştə" tələb edir. Məlumat üçün bildirim ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müraciəti əsasında Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə hal-hazırda "Dövlət satınalmalarında peşəkarlıq sisteminə hazırlıq dərəcəsinin müəyyənləşdirilməsi" layihəsi çərçivəsində satınalan təşkilatlarla, təlimçilərlə və Dövlət İmtahan Mərkəzi kimi aidiyyəti dövlət orqanları ilə xarici ekspert görüşlər keçirərək araşdırma aparır.
II. PEŞƏKARLAŞMANIN KONSEPTUAL ƏSASLARI VƏ BEYNƏLXALQ MEYARLAR
"Peşəkarlaşma" (Professionalisation) termini çox vaxt səhvən yalnız "təlim keçmək" kimi başa düşülür. Bu anlayışı Avropa Komissiyasının 2017-ci il tarixli Tövsiyəsi (EU) 2017/1805 "satınalma ilə bağlı tapşırıqları icra edən... şəxslərin bütün peşəkar bacarıqlarının, səriştələrinin, biliklərinin və təcrübəsinin ümumi təkmilləşdirilməsi" və bunun üçün lazımi "arxitekturanın" qurulması kimi təsvir edir.
Satınalma Sistemlərinin Qiymətləndirilməsi Metodologiyasının peşəkarlaşma modulunda (MAPS - Methodology for Assessing Procurement Systems - Professionalisation) “Dövlət satınalmalarının peşəkarlığı” ifadəsi iki mənada işlədilir: (i) dövlət satınalmaları üzrə mütəxəssislərin fəaliyyətinin başqa peşələrdən fərqlənən, yüksək dürüstlük və kompetensiyaya malik, həqiqi bir peşəyə çevrilməsi prosesi (dar mənada peşəkarlaşma) və (ii) satınalma orqanlarında çalışan əməkdaşların ümumi bilik və bacarıqlarının artırılması və tanınması yolu ilə daha yaxşı nəticələr əldə edilməsi prosesi (peşəkarlıq).
"Peşəkarlaşma" (Professionalisation) bir fəaliyyətin və ya funksiyanın təsadüfi və ya inzibati bir məşğuliyyətdən müəyyən edilmiş bilik, bacarıq, etik standartlar və davamlı inkişaf tələb edən peşəyə çevrilməsi prosesidir.
Tarixən, xüsusilə dövlət sektorunda, satınalma (purchasing) əsasən inzibati (klerikal) və reaktiv bir funksiya kimi qəbul edilirdi: tələbnamələrin qəbulu, sənədlərin idarə edilməsi və sifarişlərin yerləşdirilməsi. Lakin müasir yanaşmada peşəkarlaşma bu funksiyanı strateji "satınalma" (procurement/sourcing) səviyyəsinə qaldırır. Bu yeni paradiqma satınalma mütəxəssisini sadəcə bir icraçıdan, təşkilatın strateji hədəflərinə çatmaqda mühüm rol oynayan "strateji tərəfdaş"a çevirir. Peşəkarlaşma dövlət vəsaitlərinin xərclənməsində dəyərin maksimallaşdırılmasını, o cümlədən iqtisadi, ekoloji və sosial məqsədlərə nail olmağı hədəfləyir. Məqsəd təkcə qaydalara riayət etmək deyil, həm də dövlət investisiyalarından davamlı artım üçün strateji bir vasitə kimi istifadə etməkdir
Peşəkarlığın ölçülməsi üçün meyarlar
Peşəkarlaşdırmanın ölçülməsi üçün aşağıdakı beş universal meyar mövcuddur:
1) Peşənin Rəsmi Tanınması: Satınalmanın inzibati işdən fərqli, xüsusi bir peşə kimi rəsmiləşdirilməsi (OECD ; MAPS ). OECD-nin tövsiyə etdiyi kimi, satınalmanın dövlət qulluğu sistemi daxilində "xüsusi bir peşə kimi tanınması". "Satınalma mütəxəssisi" peşəsi rəsmi olaraq tanınmalı, "ümumi inzibatçı" və ya "mühasib" işindən fərqləndirilməlidir. Tədqiqatlar göstərir ki, hətta bir çox Avropa İttifaqı ölkəsində (məs., Bolqarıstan, Danimarka, Estoniya) bu, hələ də tam həll olunmamış bir məsələdir.
a) Bazar Mərkəzli Model (Məsələn, ABŞ, Böyük Britaniya): Bu ölkələrdə tanınma rəsmi dövlət bayramları ilə deyil, peşəkar qurumlar vasitəsilə strukturlaşdırılmış karyera yolları , yüksək əmək haqqı tələbləri və CIPS/ISM kimi qlobal sertifikatların işəgötürənlər tərəfindən tanınması ilə təmin edilir.
b) Dövlət Mərkəzli Model (Məsələn, Rusiya, Ukrayna): Bu ölkələrdə peşənin kimliyi və əhəmiyyəti birbaşa milli dövlət satınalmaları qanunvericiliyi ilə bağlıdır. Peşə bayramları da məhz bu fundamental qanunların qəbul edilməsi tarixləri ilə əlaqələndirilir.
i) Azərbaycan - Hər il ölkəmizdə və dünyada müxtəlif peşə sahiblərinin (yol, səhiyyə, gömrük, metro, ədliyyə işçilərinin və s.) bayramı qeyd edilir. Ölkəmizdə belə günlərin, eləcə də xüsusi (kino, musiqi, bilik və s.) günlərin sayı 50 civarındadır.
ii) "Beynəlxalq Satınalma Günü" kimi qeyd edilən 25 aprel
iii) "Ümumdünya Dayanıqlı Satınalma Günü" (World Sustainable Procurement Day) kimi qeyd edilən 21 mart tarixidir.
iv) "Beynəlxalq Təchizat Zənciri Peşəkarları Günü" (International Supply Chain Professionals Day) günü kimi qeyd olunan 7 iyun tarixidir.
v) Cənubi Koreya – 30 sentyabr “Dövlət satınalmaları günü”
vi) Ukrayna -14 aprel (День закупника) – Satınalma mütəxəssisi günü
vii) Rusiya – 22 may (День снабженца) – Təchizatçı günü
2) Vahid Səriştə Çərçivəsi: Peşəkarın nəyi bilməli olduğunu (texniki, biznes, yumşaq bacarıqlar) müəyyən edən vahid standartın (Aİ/ProcurCompEU ; MAPS ) mövcudluğu. Peşəkarın nəyi bilməli və bacarmalı olduğunu təsvir edən vahid standartın (məsələn, ProcurCompEU) mövcudluğu. Satınalma kadrlarının nəyi bilməli olduğunu müəyyən edən vahid bir çərçivə olmalıdır
a) Azərbaycanın satınalma peşəkarlığı üçün yeni bir model icad etməsinə ehtiyac yoxdur. Avropa Komissiyası tərəfindən hazırlanmış ProcurCompEU , dövlət satınalma peşəkarları üçün vahid Avropa səriştə çərçivəsidir və artıq bir çox ölkə tərəfindən "qızıl standart" kimi qəbul edilir. Bu, peşəkarlaşdırmanı dəstəkləmək üçün hazırlanmış bir alətlər dəstidir. Diferensiallaşdırılmış Vəzifə Profilləri: Yüksək peşəkar sistemdə "satınalma mütəxəssisi" adlı vahid bir anlayış yoxdur. Peşəkarlaşma, vəzifələrin mürəkkəbliyinə görə bölünməsini tələb edir.
· ProcurCompEU-nun əsasını 30 əsas səriştədən ibarət olan "Səriştə Matrisi" (Competency Matrix) təşkil edir. Bu səriştələr peşəkarların öz işlərini yaxşı yerinə yetirmələri üçün nümayiş etdirməli olduqları bilik (knowledge) və bacarıqları (skills) təsvir edir. Hər səriştə üzrə 1-i bilik (knowledge) və 1-i bacarıq (skills) ilə bağlı olmaqla 62 sual və ona verilən 5 cavab ilə (Məs., no-Sıfır / basic-Baza / intermediate-Orta / advanced-Qabaqcıl / expert-Eksper knowledge) səviyyə müəyyən edilir.
SATINALMA ÜZRƏ XÜSUSİ SƏRİŞTƏLƏR
(1) HORİZONTAL - 1. Planlaşdırma, 2. Həyat Tsikli, 3. Qanunvericilik, 4. e-Satınalma və İT alətləri, 5. Davamlı (yaşıl) satınalma, 6. İnnovasiya satınalması, 7. Kateqoriya üzrə spesifik, 8. Təchizatçı idarəçiliyi, 9. Danışıqlar
(2) PRE-AWARD (SİFARİŞƏ QƏDƏRKİ) - 10. Ehtiyacların qiymətləndirilməsi ((K) How well do you know needs identification tools and techniques? / (S) To what extent are you able to determine the underlying needs of the organisation and end-users regarding the subject-matter of the procurement?) , 11. Bazarın təhlili və cəlb edilməsi, 12. Satınalma strategiyası, 13. Texniki spesifikasiyalar, 14. Tender sənədləri, 15. Təkliflərin qiymətləndirilməsi
(3) POST-AWARD (SİFARİŞDƏN SONRAKI) - 16. Müqavilənin idarə edilməsi, 17. Sertifikatlaşdırma və ödəmə, 18. Hesabatlılıq və qiymətləndirmə, 19. Mübahisələrin həlli və vasitəçilik
ÜMUMİ ("SOFT") SƏRİŞTƏLƏR
(4) ŞƏXSİ - 20. Uyğunlaşma və modernləşmə, 21. Analitik və tənqidi düşüncə, 22. Ünsiyyət, 23. Etika və uyğunluq
(5) İNSANLAR- 24. Əməkdaşlıq, 25. Maraqlı tərəflərin münasibətlərinin idarə edilməsi, 26. Komandanın idarə edilməsi və liderlik
(6) PERFORMANS - 27. Təşkilati məlumatlılıq, 28. Layihə idarəçiliyi, 29. Biznes və performans yönümlülük, 30. Risklərin idarə edilməsi və daxili nəzarət
b) Bu səriştələr "Satınalmaya Məxsus" (məs., Planlaşdırma, Bazarın Təhlili, Müqavilə İdarəçiliyi ) və "Yumşaq" (məsələn, Analitik Düşüncə, Danışıqlar, Etika ) olmaqla qruplaşdırılır. Çərçivə həmçinin fərdlərin və təşkilatların öz səviyyələrini qiymətləndirməsi üçün "Özünüqiymətləndirmə Aləti" və təlim ehtiyaclarını müəyyən etmək üçün "Ümumi Təlim Kurikulumu" təklif edir.
c) ProcurCompEU Özünüqiymətləndirmə Alətinin (SAT) Kalkulyatoru ən azı altı fərqli vəzifə profili təklif edir:
i) Satınalma üzrə dəstək əməkdaşı (Procurement support officer)
ii) Müstəqil satınalma mütəxəssisi (Kiçik təşkilatlarda ümumi işləri görən) (Standalone public buyer)
iii) Yüksək səviyyəli satınalma mütəxəssisi (Public procurement specialist)
iv) Kateqoriya meneceri (Müəyyən bazarlar üzrə ixtisaslaşan strateji alıcı) (Category specialist)
v) Müqavilə meneceri (Müqavilənin icrasına nəzarət edən) (Contract manager)
vi) Departament meneceri (Strateji rəhbər) (Department manager) Azərbaycanda və bir çox post-sovet məkanında satınalma mütəxəssisinə çox vaxt hüquqşünas və ya mühasibin əlavə vəzifəsi kimi baxılır. Müasir təcrübə isə sübut edir ki, bu, mühasibatlıq və ya hüquqşünaslıq kimi ayrıca bir peşədir və onun özünəməxsus, aydın müəyyən edilmiş karyera pillələri olmalıdır (əməliyyatçıdan strateji kateqoriya menecerinə qədər).
3) Sertifikatlaşdırma, Davamlı Təlim və peşəkar qurumlara üzvlük: Səriştəni təsdiqləyən rəsmi sertifikatlaşdırma və davamlı peşəkar inkişaf mexanizmlərinin olması (OECD ; MAPS ; Aİ/ProcurCompEU. Bilik və bacarıqların müstəqil qiymətləndirilməsi və təsdiq edilməsi sistemi. Peşənin tələblərinin davamlı olaraq yenilənməsi və fərdlərin bu yenilikləri mənimsəməsi üçün tələblərin olması. Peşəkarların bir araya gəldiyi, bilik mübadiləsi apardığı və ümumi standartları qoruduğu assosiasiyaların olması.
a) Gürcüstanın 1 yanvar 2025-ci ildə qüvvəyə minən yeni "Dövlət Satınalmaları Haqqında Qanununa (16-cı Maddəsinin 1-ci Bəndi) bilavasitə dövlət satınalmaları ilə əlaqədar fəaliyyətlərlə məşğul olan şəxs dövlət satınalmaları üzrə mütəxəssis sertifikatına sahib olmalıdır
i) 01.02.2023 – Qanun təsdiq edilib
ii) 01.01.2025 – (+23 ay) Qüvvəyə minir
iii) 01.01.2027 – (+24 ay) Müqavilə bağlayan orqan, sertifikatlaşdırma, mərkəzi satınalma orqanı (yaradılma, ödənişlər)
iv) 01.01.2029 – (+24 ay) Satınalma fəaliyyətində bilavasitə iştirak edən şəxslərin sertifikata malik olmaq öhdəliyi
b) Gürcüstan modeli pilləli sertifikatlaşdırma prinsipinə əsaslanır :
i) Georgia Certified Purchasing Associate (GCPA) - Gürcüstan Sertifikatlı Satınalma Əməkdaşı (Əsas Sertifikat): Bu, ilkin səviyyəli sertifikatdır. Dövlət satınalma vasitələri, prosedurları və siyasətləri haqqında baza anlayışı olan işçilər və kotirovka sorğuları yaradacaq şəxslər üçün nəzərdə tutulub.
ii) Georgia Certified Purchasing Manager (GCPM) - Gürcüstan Sertifikatlı Satınalma İdarəçisi (İdarəçi Sertifikatı): Bu, daha yüksək səviyyəli sertifikatdır. GCPM statusunu əldə etmək üçün mütləq əvvəlcədən GCPA sertifikatına sahib olmaq şərtdir. Bu sertifikat daha mürəkkəb prosesləri idarə edən şəxslər üçün nəzərdə tutulub və özü də bir neçə modulu (məsələn, "Təkliflər Sorğusu (RFP) Sertifikatı", "Danışıqlar Sertifikatı", "Müqavilə İdarəçiliyi Sertifikatı") əhatə edir.
c) İşə təyin olunduqdan sonra 9 ay ərzində GCPA sertifikatını, növbəti 9 ay ərzində isə GCPM sertifikatı almalıdırlar. Müvafiq sertifikatları almadan (məsələn, RFP sertifikatı olmadan RFP elanı vermək və ya Danışıqlar Sertifikatı olmadan danışıqlar aparmaq) bu əməliyyatları həyata keçirə bilməzlər.
4) Cəlbedici Karyera Yolu və Motivasiya: Peşəkar kadrları cəlb etmək və saxlamaq üçün rəqabətədavamlı maaş, ləyaqətə əsaslanan yüksəliş və aydın karyera strukturunun təmin edilməsi (OECD ; Aİ ; MAPS ).
5) Dürüstlük və Etika: Peşəkar fəaliyyəti tənzimləyən aydın etika və dürüstlük standartlarının mövcudluğu (OECD ; Aİ/ProcurCompEU ; MAPS ). Peşə sahiblərinin riayət etməli olduğu davranış kodeksinin mövcudluğu və tətbiqi.
III. AZƏRBAYCANDA MÖVCUD ÇƏTİNLİKLƏR
A. Əsas Problem: Struktur Pərakəndəliyi (Fragmentasiya) Bu, peşəkarlaşmanın qarşısındakı ən böyük maneədir.
Fakt (Satınalan Təşkilatların Miqyası): 2021-2025-ci illər üzrə elektron portalda cəmi ~2,500 unikal satınalan təşkilat (alıcı) aktiv olub. Lakin ümumilikdə ~400-ü ana təşkilat olmaqla ümumilikdə ~5,000-ə qədər satınalan təşkilat qeydə alınıb.
(Gizli Miqyas): Bu rəqəmlər buz dağının görünən tərəfidir. Təkcə Elm və Təhsil Nazirliyinin tabeliyində 6,377 müəssisə (məktəblər, bağçalar və s.) və Mədəniyyət Nazirliyinin tabeliyində 5,522 qurum (kitabxanalar, muzeylər) var.
Nəticə: Azərbaycanda 10,000-dən çox potensial "satınalma nöqtəsi" mövcuddur. Bu qədər pərakəndə bir sistemdə hər bir məktəbə və ya kitabxanaya peşəkar satınalma mütəxəssisi təyin etmək qeyri-mümkündür.
B. Yan Problem 1: "Tender Komissiyası" Modeli Mövcud "Tender Komissiyası" praktikası peşəkarlaşmanın əleyhinə işləyir.
Səbəb: Bu modelin post-sovet məkanında tarixi məqsədi fərdi korrupsiyanın qarşısını almaq üçün məsuliyyəti bir neçə nəfər arasında yaymaq (disperse) olub, peşəkar qərar qəbul etmək yox. Azərbaycan qanunvericiliyi satınalma qərarlarının kollegial orqan – tender komissiyası tərəfindən verilməsini tələb edir. Bu komissiya adətən müxtəlif şöbələrin (maliyyə, hüquq, təsərrüfat) nümayəndələrindən ibarət olur.
Problem: Qərarları satınalma peşəkarı deyil, müxtəlif şöbələri təmsil edən qeyri-ixtisaslaşmış, kollegial bir orqan verir. Bu, peşəkar kadrın statusunu "qərar verən"dən "texniki katib"ə endirir. Problem ondadır ki, bu model peşəkarlaşmanın əleyhinə işləyir. O, (gələcəkdə yaradılacaq) peşəkar satınalma mütəxəssisini qərar verən şəxsdən komissiyaya "xidmət edən" texniki katibə çevirir. Peşəkar olmayan bir kollektiv (məs., satınalma təhlilindən anlayışı olmayan komissiya üzvü) ən sərfəli qiymət-keyfiyyət balansına (MEAT) əsaslanan peşəkar satınalma qərarını ləğv edə bilər.
Beynəlxalq Təcrübə (SIGMA/Aİ): "Tender Komissiyası" əvəzinə, hər tender üçün ad-hoc (birdəfəlik) yaradılan "səlahiyyətli qiymətləndirmə paneli" (suitably competent evaluation panel) istifadə olunur. Üzvlər şöbələrini təmsil etmir, prosesə səriştə (texniki, maliyyə, satınalma) gətirirlər. Panel hər satınalma üçün xüsusi olaraq təyin edilir. Panel yekun qərar vermir, satınalan təşkilatın rəhbərinə əsaslandırılmış tövsiyə təqdim edir. Gürcüstanda malların və/və ya xidmətlərin təxmini dəyəri 100 000 GEL (63K AZN)-ə bərabər və ya ondan çoxdursa, yaxud satınalma obyekti işdirsə, satınalmanın satınalma komitəsi olmadan həyata keçirilməsi yolverilməzdir.
Fakt (Əsas Fərq): Bu panelə üzvlər şöbələrini təmsil etmək üçün yox, tenderin məzmununu (texniki, maliyyə, hüquqi) qiymətləndirmək üçün səriştələrinə (competence) görə seçilir. Panel qərar vermir, yalnız satınalan təşkilatın rəhbərinə əsaslandırılmış tövsiyə verir. Bu, "səlahiyyətlərin bölünməsi" (separation of duties) prinsipidir.
C. Yan Problem 2: "Mənfi Seleksiya" (Kadr və Maaş Problemi) Peşəkar kadrları dövlət sektoruna cəlb edə bilmirik.
· Fakt: Dövlət qulluğu maaşları , xüsusilə icraçı heyət üçün, bu rəqəmlərlə rəqabət apara bilmir. "Qulluq stajına görə" əlavələr çox cüzidir (məs., 5-10 il staj üçün cəmi 10%) və bu, istedadları saxlamaq üçün stimul yaratmır. + 5-30%
o Şöbə müdiri – 730 - 890 AZN (934-1157 AZN)
o Sektor müdiri – 495 - 620 AZN
o Baş məsləhətçi – 635 AZN
o Məsləhətçi – 440 - 570 AZN
Dövlət qulluğu maaşlarının qeyri-rəqabətliliyini sübut etmək üçün onları Azərbaycanın mövcud iqtisadi reallıqları ilə müqayisə etmək zəruridir:
Ölkə üzrə Orta Aylıq Maaş: 2024-cü ilin yanvar-iyul aylarında 1002.4 manat 2, 2025-ci ilin avqustunda isə 1093.80 manat təşkil etmişdir.3
Bakı şəhəri üzrə Orta Aylıq Maaş: 2025-ci ilin yanvar-iyul aylarında 1376 manat olmuşdur.
Effektiv bir satınalma mütəxəssisi (inzibati vəzifə) ən azı paytaxtdakı orta əmək haqqından yuxarı bir gəlirə malik olmalıdır. Lakin özəl sektorun təklifləri bu rəqəmlərdən qat-qat yüksəkdir:
Satınalma Mütəxəssisi (Procurement Specialist): Bakıda bu vəzifə üzrə orta illik maaş $14,440 5, yəni aylıq təxminən 2045 manatdır.
Satınalma Şöbəsinin Rəhbəri (Head of Procurement): 2024-cü il üçün orta aylıq 3403 manat əmək haqqı qeydə alınmışdır.6
İlkin Səviyyə (Məs., Böyük Dördlük şirkətlərində Analitik): Başlanğıc maaşlar 900-1100 manatdan başlayır.7
Bu rəqəmlər əsasında dövlət və özəl sektor arasında dərin bir uçurum olduğunu göstərən aşağıdakı müqayisəli cədvəli tərtib etmək olar.
Cədvəl 1: Dövlət və Özəl Sektorda Satınalma Mütəxəssisləri üçün Əmək Haqqı Müqayisəsi (Təxmini, AZN, Aylıq)
Vəzifə / Səviyyə | Dövlət Sektoru (Dövlət Qulluğu Təsnifatı) | Özəl Sektor (Real Bazar Məlumatları) | Fərq (Çatışmazlıq) |
İlkin Səviyyə Mütəxəssis (Məs., 6-7-ci təsnifat) | 500 - 700 AZN | 900 - 1100 AZN | ~1.8x |
Təcrübəli Mütəxəssis (Məs., 5-ci təsnifat / "Procurement Specialist") | 700 - 1000 AZN | 2045 AZN 5 | ~2.5x |
Şöbə Rəhbəri (Məs., 3-4-cü təsnifat / "Head of Procurement") | 1100 - 1500 AZN | 3403 AZN 6 | ~2.7x |
Fakt ("Jobsearch" Təhlili): 570 elan. Kadr qıtlığı təkcə satınalma sahəsində deyil. Özəl sektor eyni analitik bacarıqlara malik kadrlar üçün kütləvi axtarışdadır: Təhlil edilən vakansiyalarda 105 satış/marketiq, 70 Maliyyə/Mühasibat, 55 İT/Data, 75 Mühəndislik vakansiyası var. Dövlət sektoru bu nəhəng bazarla rəqabət aparır. Bakıda özəl sektorda təcrübəli "Satınalma Mütəxəssisi" ayda ortalama ~2,045 AZN , "Satınalma Şöbəsinin Rəhbəri" isə ~3,403 AZN qazanır.
Qrup | Elan sayı |
1. Təchizat Zənciri (Ümumi İdarəetmə və Planlama) | 6 |
2. Satınalma və Təchizat | 48 |
3. Logistika və Nəqliyyatın İdarə Olunması | 26 |
4. Anbar, İnventar və Stok İdarəetməsi | 43 |
CƏMİ TƏCHİZAT ZƏNCİRİ ELANLARI | 123 (22%) |
IV. HƏLL YOLU: AZƏRBAYCANDA ÜÇ PİLLƏLİ İNSTİTUSİONAL İSLAHAT
Problemlər sistemli olduğu üçün həll yolu da institusional olmalıdır. Təklif olunan islahat arxitekturası bir-birinə bağlı üç pillədən ibarətdir:
1-ci Pillə (Struktur): Fragmentasiyanın Həlli → MƏRKƏZLƏŞDİRMƏ Hər məktəbin tender keçirməsinin qarşısını almaq.
Təklif: Standart və təkrarlanan ehtiyaclar (məs., dəftərxana, mebel, yanacaq) birləşdirilməli (aqreqasiya) və peşəkar Mərkəzi Satınalma Orqanları (CPB) və ya ixtisaslaşmış sahə agentlikləri (məsələn, "Təhsil Təchizat Mərkəzi") tərəfindən həyata keçirilməlidir.
Fayda: Peşəkar potensial on minlərlə nöqtəyə səpələnmək əvəzinə, bir neçə güclü "səriştə mərkəzində" cəmlənir. Bu, OECD-nin əsas tövsiyələrindən biridir.
2-ci Pillə (Standartlaşdırma): Peşə Statusunun Həlli → "PSM" MODELİ "Satınalma Mütəxəssisi" rəsmi peşə olmalıdır.
Fakt (Yerli Model): Azərbaycanda bunun üçün mükəmməl yerli nümunə var: "Peşəkar Mühasib Sertifikatı" (PMS).
PMS Modeli Necə İşləyir:
“Mühasib” vəzifəsi üzrə Rəsmi "Peşə Standartı" (Kodu: 218PS2411-5) və "Kvalifikasiya Standartı" (Kodu: 218KS2411-5) mövcuddur. Hal-hazırda cəmi 722 standart və kvalifikasiya mövcuddur.
Bu standartlar Kvalifikasiya standartının Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinə (AzMKÇ, Səviyyə 5 / 8) bağlıdır - Peşəsi ilə bağlı əsas nəzəri biliklərə malikdir, yeni yanaşma tətbiq etməklə mürəkkəb tapşırıqları yerinə yetirir. Problemləri aşkar edir, onların müxtəlif həll yollarını təhlil edir və qiymətləndirə bilir. Əvvəlcədən məlum olan vəzifə və fəaliyyətlər çərçivəsində işçilərə rəhbərlik edir. İşçilərin əmək fəaliyyətini qiymətləndirir, işin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir. Ən azı bir xarici dildə fəaliyyət sahəsi ilə bağlı fikirlərini izah edir, müzakirələrdə iştirak edə bilir
"Mühasibat Uçotu haqqında" Azərbaycan Respublikası Qanunu müəyyən qurumlar üçün bu sertifikatı məcburi edir.
Sertifikat Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi 2 mərhələli imtahanla (Mühasibat + Qanunvericilik) verilir.
Təklif: Eyni modelin "Peşəkar Satınalma Mütəxəssisi" (PSM) üçün tətbiqi.
Fakt (İcra Mexanizmi): Bunun üçün hüquqi baza var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 dekabr tarixli 474 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə və kvalifikasiya standartının hazırlanması, yenidən hazırlanması, təsdiq edilməsi, qeydiyyatının aparılması və müddətinin uzadılması QAYDALARI”na əsasən yeni peşə standartının yaradılması prosesini başlada bilər.
İqtisadiyyat Nazirliyi (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) və ya maraqlı tərəflər (məs., ADB-nin Texniki Yardım Layihəsi) rəsmi "Müraciət-ərizə" ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət edir.
ƏƏSMN müraciəti aidiyyəti "Sahə Komissiyası"na göndərir.
Müsbət qərardan sonra, həm dövlət, həm də özəl sektorun mütəxəssislərindən ibarət "Layihə Qrupu" (minimum 3 il təcrübə) və "Ekspert Qrupu" (minimum 5 il təcrübə) formalaşdırılır.
Standart layihəsi hazırlanır, Sahə Komissiyasında təsdiqlənir və ƏƏSMN Kollegiyasının qərarı ilə qüvvəyə minir.
3-cü Pillə (Motivasiya): Maaş Probleminin Həlli → DÖVLƏT QULLUĞU İNTEQRASİYASI Peşəkar kadrları cəlb etmək və saxlamaq.
Təklif: PSM sertifikatı Dövlət Qulluğu (DİM) sistemi ilə birbaşa əlaqələndirilməlidir.
Fakt: DİM artıq SIGMA ilə birlikdə dövlət qulluğu üçün yeni, səriştə əsaslı model üzərində işləyir.
İnteqrasiya: PSM sertifikatı DİM-in bu yeni modelində "satınalma" vəzifələri üçün rəsmi "texniki səriştə" kimi tanınmalı və Bölmə I-C-də qeyd olunan maaş problemini həll etmək üçün rəqabətli əmək haqqı pilləsinə bağlanmalıdır.
İstinad olunan digər mənbələr:
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-dən çox artıb - Report.az, дата последнего обращения: ноября 9, 2025, https://report.az/maliyye-xeberleri/azerbaycanda-orta-ayliq-emekhaqqi-8-den-cox-artib
Azerbaijan Wages - Trading Economics, дата последнего обращения: ноября 9, 2025, https://tradingeconomics.com/azerbaijan/wages
Average monthly salary in Baku grows by almost 9% - Report.az, дата последнего обращения: ноября 9, 2025, https://report.az/en/finance/average-monthly-salary-in-baku-grows-by-almost-9
Average Salary in Baku, Azerbaijan - Payscale, дата последнего обращения:
ноября 9, 2025, https://www.payscale.com/research/AZ/Location=Baku/Salary
Developing the public procurement system in the post-Soviet and modern Russia: challenges and opportunities - КиберЛенинка, дата последнего обращения: ноября 9, 2025, https://cyberleninka.ru/article/n/developing-the-public-procurement-system-in-thepost-soviet-and-modern-russia-challenges-and-opportunities
UNCITRAL Model Law on Public Procurement, дата последнего обращения: ноября 9, 2025, https://uncitral.un.org/sites/uncitral.un.org/files/media-documents/uncitral/en/2011- model-law-on-public-procurement-e.pdf
UNCITRAL Legislative Guide on Public-Private Partnerships - United Nations Commission On International Trade Law |, дата последнего обращения: ноября 9, 2025, https://uncitral.un.org/sites/uncitral.un.org/files/media-documents/uncitral/en/19-10872_ebook_final.pdf
Guidance on procurement regulations to be promulgated in accordance with article 4 of the UNCITRAL Model Law on Public Procurement, дата последнего обращения: ноября 9, 2025, https://uncitral.un.org/sites/uncitral.un.org/files/media-documents/uncitral/en/guidance-on-procurement-regulations-e.pdf




Comments