TZ101: Təchizat zəncirində praktiki satınalma bacarıqları
"Özəl və dövlət sektorunda satınalmanın beynəlxalq və yerli praktikası ilə öyrənilməsi"
Daxili qaydaları ilə fəaliyyət göstərən özəl və dövlət şirkətlərində tələbin formalaşdırılmasından sifarişin verilib müqavilənin icra edilərək tamamlanmasına qədər bütün satınalma prosedurlarının beynəlxalq satınalma prinsipləri (CIPS 2 və 3-cü səviyyə materiallarına istinad etməklə), ən yaxşı praktika, yerli təcrübə əsasında və dövlət satınalmaları qanunvericiliyi ilə müqayisə etməklə real nümunələrlə izahı
-
Kimlər üçün nəzərdə tutulub
-
-
Satınalmaçılar:
-
Satınalma sahəsində birbaşa və ya dolayı yolla çalışan və biliklərini təkmilləşdirmək istəyənlər;
-
Özəl təşkilatlarda satınalmaları həyata keçirən əməkdaşlar;
-
-
Potensial satınalmaçılar:
-
Satınalma ilə yaxından maraqlananlar və özünü gələcəkdə bu sahədə görmək istəyənlər;
-
Satınalma və ya oxşar sahədə (biznesin idarə olunması, maliyyə və s.) təhsil alan yeni məzunlar və ya tələbələr;
-
Karyerasını bu sahədə davam etdirmək istəyən digər sahələrin (satış, maliyyə, hüquq və s.) mütəxəssisləri
-
-
-
Nələr öyrədilir
-
Satınalma proseslərinin məntiqi ardıcıllığı və prinsipləri, həmçinin araşdırma və strateji alətlərlə bazar haqqında məlumat toplanması və analizi
-
Satınalmaların uğurla tamamlanması üçün zəruri nəzəri və praktiki məlumatlar
-
Satınalma sənədlərinin hazırlanması və təkliflərin cəlb edilməsi, təkliflərin hazırlanması və qiymətləndirilməsi
-
Satınalma nəticəsində bağlanacaq müqavilələrin planlanması, idarə edilməsi (risklərin və münaqişələrin/iddiaların) və tamamlanmas
-
-
Təlim materialı
-
Təlimin əvvəlində bütün qanunvericiliyin olduğu toplu
-
Hər dərsdən əvvəl həmin dərslərlə bağlı çıxarış (handout)
-
Təlimin sonunda xüsusi hazırlanmış materiallar
-
Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.
-
-
Təlim formatı
-
Əyani
-
Paraleldə onlayn
-
Dərslərin video qeydiyyatı aparılır, iştirakçının müraciəti əsasında istənilən 2 dərsin video qeydinə keçid təqdim edilir.
-
-
Təlimçi kimdir
-
nüfuzlu özəl təşkilatlarda 10 ildən artıq təcrübəsi olan, önəmli tikinti layihələrini böyükməbləğli onlarla satınalma paketlərini idarə etmiş peşəkar mütəxəssis Azər Musalı
-
-
Təlimin keçirilmə müddəti və vaxtları
-
20 saat
-
I sessiya: 20, 22, 27, 29 oktyabr, 03, 05, 12, 14, 17 və 19 noyabr (19:00 - 21:00) / 22 noyabr (şənbə) (11:00 - 11:30)
-
-
Təlimin keçiriləcəyi yer
-
Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)
-
-
İştirak haqqı
-
ƏYANİ: 390 AZN
-
ONLAYN: 290 AZN
-
-
Ən azı 6 dərsdə iştirak edənlərə dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən "İştirak sertifikatı" verilir.
-
Öyrəndiklərini və mövcud biliklərini yoxlamaq istəyən iştirakçılar təlim bitdikdən sonra keçirilən növbəti 3 imtahandan 1-də güzəştli şərtlərlə iştirak edə bilər.
Proqram
DƏRS 1
-
Satınalmaya giriş
-
Dövlət və beynəlxalq satınalmalarda əsas anlayışlar, prinsiplər, predmeti va mərhələləri
-
Satınalma predmətləri
-
-
Satınalmaçı kimdir
-
Vəzifə öhdəlikləri, bacarıqları-bilikləri, davanış etikası
-
Dövlət və beynəlxalq satınalmalarda maraqların ziddiyəti, növləri və idarə olunması
-
DƏRS 2
-
Satınalmanın planlaşdırılması
-
satınalma strategiyasının komponentləri,illik satınalma planı məzmunu
-
dövlət və beynəlxalq təcrübədə satınalma planı anlayışı
-
-
Ehtimal olunan qiymətin müəyyən edilməsi
-
anlayışın təsviri, tələblər və ehtimalın hesablanma üsulları
-
-
Dövlət satınalmaları və özəl təşkilatlarda tender komisiyyası
-
Komissiyanın tərkibi, funksiyası və məsuliyyəti
-
DƏRS 3
-
Tələbin formalaşdırılması
-
malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər
-
texniki tapşırıq, spesifikasiyanın növləri və onların yazılmasına dair tələblər
-
-
Qiymətləndirmə meyarlarının formalaşdırılması
-
beynəlxalq təcrübədə qiymətləndirmə metodları, ixtisasa dair tələblər
-
dövlət satınalmalarında qiymətləndirmə meyarları
-
-
İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi
-
beynəlxalq praktikada kvalifikasiya və qanunda uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru
-
DƏRS 4
-
Müqavilənin hazırlanması
-
müqavilədə qiymətqoyma və ödəniş mexanizmi
-
satınalma predmetinə görə müqavilə seçimi
-
-
Satınalma metodunun seçilməsi
-
beynəlxalq və dövlət satınalmalarında satınalma metodları və onlardan istifadə şərtləri
-
DƏRS 5
-
Satınalma sənədlərinin hazırlanması
-
tenderin əsas şərtləri toplusu
-
kotirova sorğusu şərtləri
-
-
Satınalma elanları və təkliflərin cəlb edilməsi
-
dövlət və beynəlxalq satınalmalarda elan müddətləri, məzmunu
-
dövlət satınalmalarında iştirak, iştiak haqqı
-
-
Satınalma sənədlərinə dair izahat və dəyişikliklər
-
satınalma prosedurlarında məlumat vermə formaları
-
danışıqlar və sənədlərə dəyişikliklər
-
DƏRS 6
-
Təkliflərin təqdim edilməsi və açılması
-
tenderə təqdim edilən sənədlər (təklif məktubu, tender təklifinin təminatı, işçi heyət və s.)
-
təkliflərin açılması prosesi
-
-
Təkliflərin qiymətləndirilməsi
-
dövlət və beynəlaq təcrübədə təkliflərə baxılması
-
elektron satınalmalarda qiymətləndirmə
-
DƏRS 7
-
Satınalmanın nəticəsi
-
tender komisiyyasının qərarı, yekun protokol
-
-
Satınalma ilə bağlı şikayətlər
-
saxtakalıq əlamətləri və qabaqlayıcı tədbirlər
-
şikayət müddətləri, şikayət cavablandırılması və məsuliyyət tədbirləri
-
-
Müqavilənin imzalanması
-
müqavilənin imzalanması və qüvvəyə minməsi,iş həcminə dəyişikliklər və icazələr
-
DƏRS 8
-
Müqavilənin icrası
-
işlərin başlanılması, müqavilənin yerinə yetirilməsi təminatı, avan və digər təminatlar
-
subpodrat, satınalma predmetinə görə ödəniş şərtləri və müqavilənin dəyişdirilməsi
-
-
Müqavilə iddiaları və mübahisələri
-
başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri
-
iddia üçün tələblər, müqaviləyə xitam verilməsi prosesi
-
DƏRS 9
-
Müqavilənin tamamlanması
-
müqavilə tamamlanması şərtləri, prosedurları və nəticələrin qiymətləndirilməsi
-
-
Təchizatçıların idarəedilməsi prosesi
-
beynəlxalq təcrübədə təchizatçıların dəyərləndirilməsi prosesi
-
DƏRS 10
-
Satınalma hesabatları (dövlət satınalmalarında)
-
satınalma prosedurları haqqında hesabar
-
-
Satınalma prosesinin arxivləşdirilməsi (daxili qaydalar olan müəssisələrdə)
-
elektron formatda satınalma sənədlərinin idarəsi prosesi
-
-
Satınalan təşkilatlarda sorğu/tender elan üsulları (ERP platforma, email və s.)
-
Dövlət satınalmalarının vahid internet portal
-
portalın tarixçəsİ, imkanları, inteqrasiya hədləri və əsasnaməsi
-
-
BONUS
-
Təchizat zəncirindən kommunikasiyanın idarəedilməsi
-
Satınalma prosesinin arxivləşdirilməsi ilə bağlı tövsiyələr
-
Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)
Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır:
-
təlimin başlamasına 5 gün qalmışa qədər müraciət edildikdə - 100% - tam
-
təlim başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə
-
tədbir başladıqdan sonra - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər