İlin birinci təlimi - "Dövlət satınalmalarında sıfırdan mütəxəssisə" 26 yanvarda başlayır!
TZ110: Tenderdə iştirak bacarıqları
"Tenderlərlə biznesin inkişafı üçün praktiki uğur planı"
Dövlət, özəl və xarici satınalmalarda uğurla iştirak edib qalib olmaq istəyən təchizatçılar üçün elanların axtarışı, şərtlər toplusunun əldə edilib təhlil edilməsi, tələblərə uyğun təklif paketinin formalaşdırılaraq təqdim edilməsi, satınalma prosedurlarının yekunlaşana qədər izlənməsi, tələb olduqda şikayətin verilməsi və müqavilə bağlanaraq icra edilməsi mərhələləri üzrə bütün prosedurların izahı
-
Kimlər üçün nəzərdə tutulub
-
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa,
-
beynəlxalq maliyyə institutlarının və təşkilatların satınalma təlimatlarına,
-
habelə özəl şirkətlərin daxili qaydalarına uyğun keçirilən satınalmalara təklif təqdim etmək istəyən təchizatçıların müvafiq əməkdaşları (satış mütəxəssisləri, biznesin inkişafı üzrə menecerlər, tender menecerləri və s.)
-
-
Nələr öyrədilir
-
təchizatçı tərəfindən dövlət satınalmaları qanunvericiliyinə, beynəlxalq maliyyə institutlarının və təşkilatların satınalma təlimatlarına tam uyğun təklif təqdim etmək və müqavilə bağlamaq mərhələsinə qədər bütün prosedurlar
-
-
Təlim materialı
-
Təlimin əvvəlində bütün qanunvericiliyin olduğu toplu
-
Hər dərsdən əvvəl həmin dərslərlə bağlı çıxarış (handout)
-
Təlimin sonunda xüsusi hazırlanmış materiallar
-
Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.
-
-
Təlim formatı
-
Əyani
-
Paraleldə onlayn
-
Dərslərin video qeydiyyatı aparılır, iştirakçının müraciəti əsasında istənilən 2 dərsin video qeydinə keçid təqdim edilir.
-
-
Təlimçi kimdir
-
(6 saat) dövlət satınalması sahəsində 15 ildən çox müxtəlif sahələrdə tender təkliflərin hazırlanması sahəsində böyük təcrübəsi olan, dəyəri milyonlarla ölçülən müsabiqələrdə çalışdığı şirkətlərin qalib olmasında böyük rolu olan peşəkar mütəxəssis Yusif Axundov
-
(4 saat) dövlət satınalması sahəsində 10 ildən çox təcrübəsi olan, dəyəri yüz milyonlarla olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis Yusif Yusifli
-
-
Təlimin keçirilmə müddəti və vaxtları
-
10 saat
-
III sessiya: (məlumat veriləcək)
-
II sessiya: (tamamlandı☑️)
-
I sessiya: (tamamlandı☑️)
-
-
Təlimin keçiriləcəyi yer
-
Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)
-
-
İştirak haqqı:
-
ƏYANİ: 240 AZN
-
ONLAYN: 140 AZN
-
-
Ən azı 3 dərsdə iştirak edənlərə dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən "İştirak sertifikatı" verilir.
-
Öyrəndiklərini və mövcud biliklərini yoxlamaq istəyən iştirakçılar təlim bitdikdən sonra keçirilən növbəti 3 imtahandan 1-də güzəştli şərtlərlə iştirak edə bilər.
Proqram
-
Giriş (Təlimçi və iştirakçılarla tanışlıq, təlim proqramı haqqında ümumi məlumat, iştirakçıların gözləntiləri və təlimin gedişatı barədə məlumatlandırma)
-
Satınalma və tenderlər haqqında ümumi məlumat (Əsas anlayışlar, satınalan təşkilatların təsnifatı, tender mütəxəssisinin vəzifə öhdəlikləri və bacarıqları, satınalma planı, elanların izlənilməsi və ilkin məlumatların toplanması)
-
Satınalmanın metodları və predmetləri (Açıq və qapalı tender, kotirovka sorğusu, bir mənbədən satınalma, ikimərhələli tender, çərçivə sazişi, mallar, işlər və xidmətlər üzrə satınalma xüsusiyyətləri)
-
Satınalma zamanı tələb oluna bilinən sənədlər (Əsas şərtlər toplusunun analizi, ümumi və xüsusi tələblər, ixtisas uyğunluğu sənədləri, maliyyə və texniki imkanların təsdiqi, təklifin, avansın və icranın təminat formaları)
-
Birgə fəaliyyət və subpodrat münasibətləri (Konsorsium və Joint Venture müqavilələri, birgə fəaliyyətin hüquqi əsasları, subpodratçıların cəlb edilməsi və bu hallarda təcrübə və maliyyə imkanlarının qiymətləndirilməsi)
-
Güzəştlərin tətbiqi qaydası (Yerli mallara, işlərə və xidmətlərə tətbiq edilən güzəştlər, mənşə ölkəsinin müəyyən edilməsi, güzəştli düzəlişin hesablanması və tətbiqinə nəzarət mexanizmləri)
-
Təkliflərin qiymətləndirilməsi və müqayisəsi (Qiymət və qeyri-qiymət meyarları, texniki və maliyyə təkliflərinin analizi, uyğunluq göstəricilərinin yoxlanılması və müvafiq formaların doldurulması)
-
Gözləmə müddətləri və şikayətlərin verilməsi (Gözləmə müddətinin tətbiqi, şikayət vermə hüququ və müddətləri, şikayətlərə baxılması qaydaları, satınalan təşkilat və nəzarət orqanı ilə münasibətlər)
-
Müsabiqənin yekunu və Satınalma müqavilələrinin bağlanması (Aksept bildirişi, icra təminatının təqdim edilməsi, müqavilənin imzalanması, icra və təhvil-təslim prosesləri, müqavilənin tərkib hissələri)
-
Beynəlxalq satınalmalar (Beynəlxalq tenderlərdə iştirak qaydaları, yerli şirkətlərin beynəlxalq layihələrdə iştirak imkanları və təcrübənin tətbiqi)
Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)
Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır:
-
hər sessiya üçün yuxarıda qeyd olunan tarixə qədər müraciət edildikdə - 100% - tam
-
bu tarixdən sonra tədbir başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə
-
tədbir başladıqdan sonra - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər
