
Biz kimik?
Təchizat zəncirinin idarə olunmasına dair yüzlərlə məlumat, məqalə, xəbər, tender və iş elanlarının paylaşıldığı Tender-Satınalma-Təchizat portalı ilk dəfə 16.08.16-cı ildə Facebook’da bloq səhifəsi kimi fəaliyyətə başlayıb. Veb səhifəmiz isə 21.12.20-ci il tarixdən istifadəyə verilib
Portalın təsisçisi və inzibatçısı Elşən Həsənovdur.
Elşən Həsənovun 10 ilə yaxın müxtəlif dövlət və özəl təşkilatlarda satınalma sahəsində təcrübəsi var, hal-hazırda da bu sahədə çalışır.
Təhsil:
-
Orta: Bakı Türk Anadolu Liseyi
-
Bakalavr: Boğaziçi Universiteti (Türkiyə) – Beynəlxalq əlaqələr və siyasət elmi
-
Magistr: Herriot-Watt Universiteti / Edinburgh Business School (İngiltərə) – Biznesin idarə olunması (MBA)
Sertifikatlar:
-
Advanced certificate in procurement and supply operations (Level 3), CIPS - Chartered Institute of Procurement & Supply
-
Contracts and Commercial Management Practitioner - LEORON Institute
-
Advanced Quantity Surveying Training (Construction contract management), RICS – Royal Institute of Chartered Surveyors
-
Procurement of Information Systems in World Bank Financed Projects
İş təcrübəsi:
-
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - Dövlət satınalmalarına nəzarət şöbəsi (=Satınalmalar üzrə Dövlət Agentliyi) / Şöbə müdirinin müavini
-
Azərbaycan Texniki Universiteti, SABAH Magistratura - Müəllim (Təchizat zəncirlərinin idarə olunmasına giriş fənni)
-
«Azərbaycan Beynəlxalq Bankı» ASC - Satınalmalar üzrə baş mütəxəssis
-
«PMD Projects» MMC - Tender və müqavilələr üzrə rəhbər
-
«PMD Group» MMC - Satınalmalar üzrə baş mütəxəssis - "Lənkəran İstisu və Sağlamlıq Mərkəzi" layihəsi
-
«Azərsu» ASC - Satınalma mütəxəssisi - "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya" layihəsi (Japan International Cooperation Agency - JICA)