DS201: Dövlət satınalmalarında mütəxəssisdən peşəkara
"Mürəkkəb halların təhlili, müqavilə mərhələsi və risklərin idarə olunması"
Satınalan təşkilatlarda dövlət satınalmaları qanunvericiliyinə uyğun satınalmanı təşkil etmə təcrübəsi, nəzəri biliyi olan və bu sahədə özünü inkişaf etdirmək istəyən mütəxəssislər üçün mürəkkəb və çətinlik yaradan satınalma və satınalma sonrası müqavilə prosedurların dərindən təhlili, real-praktiki nümunələrlə izahı və risklərin idarə olunmasının öyrədilməsi
-
Kimlər üçün nəzərdə tutulub
-
-
Satınalan təşkilatlarda dövlət satınalmalarının idarə olunması üzrə rəhbər olaraq ən az 1 il təcrübəsi olanlar
-
Dövlət satınalmalarının təşkili üzrə satınalma mütəxəssisi olaraq ən az 3 il təcrübəsi olanlar
-
DS101: Dövlət satınalmalarında sıfırdan mütəxəssisə təlim kursumuzun iştirakçıları
-
-
Nələr öyrədilir
-
satınalan təşkilat tərəfindən satınalmaların dövlət satınalmaları qanunvericiliyinə tam uyğun həyata keçirmək üçün bütün prosedurlar
-
-
Təlim materialı
-
Təlimin əvvəlində bütün qanunvericiliyin olduğu toplu
-
Hər dərsdən əvvəl həmin dərslərlə bağlı çıxarış (handout)
-
Təlimin sonunda xüsusi hazırlanmış materiallar
-
Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.
-
-
Təlim formatı
-
Əyani
-
Paraleldə onlayn
-
Dərslərin video qeydiyyatı aparılır, iştirakçının müraciəti əsasında istənilən 2 dərsin video qeydinə keçid təqdim edilir.
-
-
Təlimçi kimdir
-
dövlət satınalması sahəsində 10 ildən çox təcrübəsi olan, dəyəri yüz milyonlarla olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis Yusif Yusifli
-
-
Təlimin keçirilmə müddəti və vaxtları
-
10 saat
-
I sessiya: 28, 31 oktyabr, 04 və 06 noyabr / 15 noyabr (şənbə) (11:00 - 11:30)
-
-
Təlimin keçiriləcəyi yer
-
Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)
-
-
İştirak haqqı
-
ƏYANİ: 220 AZN
-
ONLAYN: 170 AZN
-
-
Ən azı 2 dərsdə iştirak edənlərə dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən "İştirak sertifikatı" verilir.
Proqram
-
Dövlət satınalmaları haqqında - «Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, satınalmalara dair statistika, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər, qanunun tətbiq dairəsi və qanuna nəzarət (nəzarət orqanının fəaliyyət dairəsi)
-
Satınalmanın əsasları - Satınalma nədir, əsas anlayışlar və prinsiplər, risklər
-
Satınalma prosedurlarından vacib çıxarışlar - İzahat, təchizatçının kənarlaşdırılması, satınalmanın ləğv edilməsi
-
Qiymətləndirmə meyarlarının formalaşdırılması - Uyğunluq göstəricilərinin müəyyən edilməsi, texniki amillərin qeyd edilməsi
-
Şərtlər toplusuna dair izahat və dəyişikliklər - Şərtlər toplusuna izahatın verilməsi və dəyişikliyin edilməsi halları
-
Təklifin qiymətləndirilməsi - Tələblərə uyğunluq və çatışmazlıqlar, sorğu edilə biləcək amillər və təchizatçıların satınalmadan kənarlaşdırılması
-
Satınalmanın nəticəsi - Yekun protokol, ləğv edilmə proseduru, təsdiq olunmayan və yenidən qiymətləndirilmə edilə bilən satınalmalar
-
Satınalma hesabatı - Hesabata əlavə edilməli sənədlər
Qeydiyyat və ödəniş
Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)
Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır:
-
hər sessiya üçün yuxarıda qeyd olunan tarixə qədər müraciət edildikdə - 100% - tam
-
bu tarixdən sonra tədbir başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə
-
tədbir başladıqdan sonra - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər