top of page

DS103: Dövlət satınalmalarında komissiya üzvlərinin məsuliyyəti
"Səlahiyyətin çərçivəsi və hüquqi nəticələr – komissiya üzvləri üçün real nümunələrlə"

​Satınalma komissiyasının üzvləri​​nin səlahiyyətinə aid olan zəruri və hüquqi məsuliyyət yaradan dövlət satınalmaları qanunvericiliyinin əsas prosedurlarının və tələblərinin real-praktiki nümunələrlə izahı

  • Kimlər üçün nəzərdə tutulub

    • Satınalma komissiyasının üzvləri​

    • Satınalmada qərarverici şəxslər

  • Nələr öyrədilir

    • ​satınalan təşkilat tərəfindən satınalmaların dövlət satınalmaları qanunvericiliyinə tam uyğun həyata keçirmək üçün bütün prosedurlar

  • Təlim materialı

    • Təlimin əvvəlində bütün qanunvericiliyin olduğu toplu 

    • Hər dərsdən əvvəl həmin dərslərlə bağlı çıxarış (handout)

    • Təlimin sonunda xüsusi hazırlanmış materiallar

    • Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.

  • Təlim formatı

    • Yalnız korporativ müraciət əsasında qapalı əyani

  • Təlimçi kimdir

    • dövlət satınalması sahəsində 10 ildən çox təcrübəsi olan, dəyəri yüz milyonlarla olan onlarla satınalmanı uğurla həyata keçirmiş peşəkar mütəxəssis Yusif Yusifli

  • Təlimin keçirilmə müddəti və vaxtları

  • Ən azı 3 dərsdə iştirak edənlərə dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən "İştirak sertifikatı" verilir.

Proqram

Dərs 1: Dövlət satınalmaları haqqında qanunvericiliyə giriş

  1. Dövlət satınalmaları qanunvericiliyinə aid sənədlər

    • Qanunvericilik sənədləri və hüquqi çərçivə.

  2. Satınalmada əsas anlayışlar

    • Əsas terminlər və anlayışların izahı.

  3. Qanunun tətbiq dairəsi

    • Dövlət satınalmalarının tətbiq edildiyi hallar.

  4. Dövlət satınalmalarının əsas prinsipləri

    • Şəffaflıq, rəqabət, bərabərlik və digər prinsiplər.

  5. Təchizatçıların satınalmalarda iştirakı

    • Təchizatçıların hüquq və vəzifələri.

  6. Satınalma mərhələləri

    • Satınalmaların mərhələ ardıcıllığı.

 

Dərs 2: Satınalma komissiyasının formalaşdırılması. Şərtlər toplusunun hazırlanması

  1. Satınalma komissiyasının formalaşdırılması

    • Komissiyanın tərkibi və funksiyaları.

  2. Satınalmada maraqlar toqquşması

    • Maraqların toqquşması və bunun qarşısının alınması yolları.

  3. Satınalmada saxtakarlıq halları

    • Satınalma prosesində saxtakarlığın qarşısının alınma üsulları.

  4. Məxfilik və Davranış Kodeksi

    • Məxfilik prinsipləri və etik qaydalar.

  5. Tələbin formalaşdırılması

    • Satınalma predmetinin təsvirinə dair tələblər, daxili sifarişçi ilə prosesin idarə edilməsi

  6. Satınalma metodunun seçilməsi

    • Satınalma metodları və onlardan istifadə şərtləri.

  7. Ümumi və xüsusi tələblər

    • Qiymətləndirmə meyarları və tətbiq üsulları​

 

Dərs 3: Şərtlər toplusunun və satınalma müqaviləsinin hazırlanması​​

  1. Şərtlər toplusunun hazırlanması

    • Şərtlər toplusunun predmetə uyğun tərtib edilməsi və hazırlanması.

  2. Müqavilənin hazırlanması

    • Müqavilə növləri və hazırlanma qaydası.

  3. Satınalma elanları və təkliflərin cəlb edilməsi

    • Dövlət satınalmalarında iştirak, elan (dəvət) müddətləri, məzmunu, istifadə və iştirak haqqı, etibarsız təchizatçı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər.​

  4. Şərtlər toplusuna dair izahat və dəyişikliklər

    • Şərtlər toplusu ilə bağlı izah və dəyişikliklərə icazə verilən hallar və müddətlər

 

Dərs 4: Təkliflərin qiymətləndirilməsi və satınalma komissiyasının qərarları

  1. Təkliflərin təqdim edilməsi və açılması

    • Təkliflərin təqdim edilməsinə dair tələblər, təqdim edilən sənədlər (ümumi və xüsusi tələblər üzrə), təklifin təminatı, təklifin qüvvədə olma müddəti və təklifin açılması.

  2. Təkliflərin qiymətləndirilməsi

    • Uyğunluq sənədlərinin və təkliflərin qiymətləndirilməsi, təkliflərə dair izahat, tələblərə uyğunluq və çatışmazlıqlar, satınalma güzəşti və təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olması, təchizatçıların satınalmadan kənarlaşdırılması.

  3. Satınalmanın nəticəsi

    • Satınalma komissiyasının qərarvermə mexanizmi və qərarları, satınalmanın ləğv edilməsi, yekun protokol, gözləmə müddəti, təkliflərin

  4. Satınalma ilə bağlı şikayətlər

    • Şikayət vermək hüququ, satınalan təşkilata şikayət, nəzarət orqanına şikayət, satınalmanın dayandırılması və inzibati qaydada şikayət və qanunun pozulmasına görə məsuliyyət)

Ətraflı məlumat üçün

bottom of page