Xarici tenderlərdə iştirak - EBRD təcrübəsi
- İndira Bayramova
- May 9
- 3 min read
Beynəlxalq tenderlərdə iştirak etmək istəyirsiniz amma haradan başlayacağınızı bilmirsiniz? Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB / European Bank for Reconstruction and Development - EBRD) hal-hazırda ölkəmizdə elan etdiyi tenderlər bu yolda ilk addım üçün maraqlı başlanğıc ola bilər.

EBRD tenderlərində iştirak
Tenderlərlə geniş şəkildə tanış olmaq və iştirak etmək üçün ilk öncə EBRD-nin portalından qeydiyyatdan keçməlisiniz. Qeyd edim ki, iştirak haqqının olmaması ilə yanaşı, tenderlərin şərtlər toplularını ödənişsiz şəkildə əldə edə bilərsiniz.
Qısa şəkildə EBRD tenderlərində diqqət etməli olduğunuz bəzi məqamlar aşağıda qeyd olunmuşdur:
Satınalma məlumat vərəqəsi (Bid data sheet)
-Sənədləri incələməyə “Bid data sheet”dən başlayın. Bu sizə ilkin fikrin formalaşmasına və əsas tələblərlə tanış olmağınıza imkan yaradacaq;
-Əgər alternativ təklifə icazə verilirsə bu fürsəti dəyərləndirməyi unutmayın;
- Azərbaycan dilində olan şirkət sənədlərinizi (nizamnamə, qeydiyyat sənədləri və s,.) ingilis dilinə tərcümə təsdiq edin;
-EBRD-nin mal əsaslı tenderlərində adətən DPU, Incoterms 2020 (Delivered at Place – Unloaded ) tələb olunur ki, bu səbəbdən də qiymət təklifinin hazırlanması zamanı boşaldılmadan da məsul olacağınızı nəzərə alın;
-Qiymətinizin “yaxşı” olması sizi arxayınlaşdırmasın. Beynəlxalq tenderlərdə demək olar ki, hər bir sənəd çox böyük önəm daşıyır və etdiyiniz hər hansı yanlışlıq və ya unutqanlıq Sizin kənarlaşdırılmanıza səbəb ola bilər;
-Bütün sənəd formalarının ən aşağısında qeyd olunan təlimat və məlumatları nəzərdən keçirməyi unutmayın;
Tender qarantiyası (Bid security)
Qarantiyanı təqdim edəcək bankın beynəlxalq reytinq tələblərinə uyğunluğunu əvvəlcədən yoxlayın, adətən aşağıdakı minimum reytinqlər tələb olunur:
Fitch Ratings: Minimum "B", Outlook: Positive
Moody's Investors Service: Minimum "B2", Outlook: Positive
Standard & Poor's (S&P) Global Ratings: Minimum "B", Outlook: Positive
EBRD tenderlərinin müxtəlif səbəblərdən dəfələrlə uzadıldığı hallarıyla qarşılaşmaq mümkündür. Bu səbəbdən də tender təminatının etibarlılıq müddətini minimum tələb olunan müddətdən daha uzun götürmək tövsiyə olunur.
Qarantiyanızı portala yüklədikdən sonra sənədin əslini təkliflərin təqdim olunması üçün son tarixdən 7 (yeddi) təqvim günündən gec olmayaraq Sifarişçiyə çatdırılmalıdır. Bu zaman qarantiyanın göndərildiyinə dair qəbzi portala yükləməyi unutmayın.
Uyğunluq və Kvalifikasiya Meyarları (Eligibility and Qualification Criteria)
“Bid data sheet”dən sonra bu bölməni incələməyiniz tövsiyə olunur. Bu bölmədəki hər cədvəldə (maliyyə, təcrübə, ESHS və s,.) əsas tələb və meyarlar və bunları qarşılayacaq sənəd və forma adları aydın şəkildə qeyd olunub.
Əgər şirkətinizdə müvafiq ESHS sertifikatları yoxdursa, əlavə edəcəyiniz daxili siyasət və prosedurlar mütləq şəkildə həmin sertifikatların əsas prinsiplərinə uyğun olmalıdır.
Texniki spesifikasiya (TEC-1 Technical Proposal)
EBRD tenderlərində texniki spesifikasiyaya çox önəm verilir. Bu sənədi hazırlayarkən hər detalına fikir verməyiniz, gərəkli bütün spesifikasiyaları ətraflı şəkildə qeyd etməyiniz tövsiyə olunur. Hətta sizdən tələb olunmayan lakin vacib olduğunu düşündüyünüz məlumatları əlavə etməkdən, texniki spesifikasiyanı çertyoj, sxem, texniki sənədlər və şəkillərlə dəstəkləməkdən çəkinməyin.
İstehsalçı seçimi
Mallar əsaslı tenderlərdə 3-cü tərəfsinizsə istehsalçını düzgün seçdiyinizdən əmin olun. Bir çox tenderlərdən fərqli olaraq MAF sənədindən əlavə “Manufacturer’s Capacity” sənəd forması da tələb olunur ki, burada istehsalçının istehsal gücü, müqavilənin icrası zamanı mövcud istehsal imkanları (available capacity during the Contract implementation period) kimi məlumatlar tələb olunur.
Subpodratçı
Subpodratçının təklif olunan işlərin və ya malların ümumi dəyərinin 25%-dən çoxunu yerinə yetirməsi nəzərdə tutulursa, o zaman subpodratçıya da uyğunluq və ixtisas tələblərinin tətbiq olunduğunu nəzərə alın. Bu tələblərə adətən uyğunluq, maliyyə və təcrübə daxildir.
Müqavilə
Təklifinizi hazırlamadan öncə “Contract Terms and Conditions” bölməsini incələməyi unutmayın. Burada siz qiymət təklifinizə təsir edəcək ödəniş şərtləri, ödəniş müddəti, icra təminatı, zəmanət şərtləri və s,. vacib məlumatları əldə etmiş olacaqsınız.
ECEPP portalından istifadə
-Adıçəkilən portal istifadə üçün ən uyğun və rahat portallardandır. İştirak etmək istədiyiniz tenderi seçdikdən sonra Download All Documents hissəsindən bütün sənədləri zip faylda əldə edəcəksiniz ki, bölmə-bölmə sənəd yükləməyə ehtiyac qalmayacaq.
-Tələb olunan sənədləri portala yükləyərkən hər bölməyə düzgün forma(lar)ı yüklədiyinizdən əmin olun. Bu portalın üstün cəhədlərindən biri tələb olunan formaların word versiyalarının ümumi sənədlər toplusundan əlavə xanalarda da olmasıdır ki, nəticədə yanlış sənəd yükləmək ehtimalınız azalır.
-Əgər şərtlər toplusunda alternativ təklifə icazə verilmirsə portalda bu hissədə düzgün seçim etdiyinizə diqqət edin.
-“Pricing Details” bölməsində valyutanın şərtlər toplusu ilə eyni olmasına və hər lotun qiymətinin müvafiq xanaya yazdığınıza diqqət edin.
-Bütün suallarınızı portal üzərindən satınalan təşkilata yönləndirməkdən çəkinməyin. Bəzi hallarda şirkətlər əgər beynəlxalq tenderdirsə orada heç bir səhvin olmayacağını düşünür və anlaşılmaz məqamlarda müraciət etməkdən çəkinir. Lakin beynəlxalq tender təcrübəsində tam əksi yaşanır, istər texniki təklif, istərsə də sənədləşmə məsələlərində yetərincə dəqiqləşdirilməli məqamlar ortaya çıxır.
-Əgər təklifinizi yükləyərkən texniki problemlə rastlaşsanız livechat və helpdeskə müraciət edəcəyiniz təqdirdə problem iş saatları ərzində ən qısa zamanda aradan qaldırılacaqdır.
Əlavə qeyd
Nəzərə alsaq ki, bəzən bu kimi tenderlərdə sənəd sayı çox olur və bir çox hallarda “görəsən bütün sənədləri yüklədikmi?” düşüncəsində oluruq, bunun qarşısını almaq üçün tender paketində olan və satınalan təşkilat üçün nəzərdə tutulan “Checklist” sənədindən istifadə edə bilərsiniz.
Hal-hazırda ölkəmizdə aktiv olan EBRD tenderləri:
Comments