top of page
Lumegrand

Namizədə olan tələblər:

  • Minimum 2 il müvafiq  sahədə iş təcrübəsi ;

  • Ali təhsil;

  • İngilis-dili biliyi, rus dili biliyi mütləqdir;

  • MS Office proqramlarından istifadə bacarığı;

  • Kollektivdə işləmə bacarığı;

  • 1C 8.3 proqramında işləmə bacarığı;

  • Gömrük bəyənnamələri və nəqliyyat sənədlərinin tərtibini bilmək üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Xarici şirkətlərlə yazılı və şifahi danışıqların aparılması

  • Təchizat sifarişlərinin idarə edilməsi (sifarişlərin yerləşdirilməsi, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)

  • İdxal və ixrac daşımaları üzrə əlverişli hərəkət marşurutlarının müəyyən edilməsi, optimal marşrut xəttlərinin seçilməsi və daşınmanın təşkil edilməsi;

  • Daşınmaya hazır olan yükün vaxtında yüklənməsi və sənədləşməsinə nəzarəti həyata keçirmək;

  • Tələb olunan malların/xidmətlərin alışını müvafiq 1C proqramında düzgün, operativ və əhatəli şəkildə alış orderlərini (PO) tərtib etmək;

  • Yükün daşıma statusu haqqında məlumatın mütəmadi yeniləmək və bu barədə rəhbərliyə məlumat vermək;

  • Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi

  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. aidiyyəti məsələlər ilə bağlı müraciətlər etmək;

İş şəraiti:

  • AR ƏM əsasən rəsmiləşdirmə

  • İş qrafiki: 09:00-18:00 bazar ertəsi-cümə tam iş günü, şənbə yarı iş günü 10:00-14:00

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq təyin edilir

  • İş yeri: Ak.Həsən Əliyev küçəsində yerləşir

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Xarici satınalma və logistika üzrə mütəxəssis" başlığı ilə elektron ünvanına göndərməkləri xahiş olunur.


E-mail: chinara@lumegrand.az

Dərc olunma tarixi:

Mənbə:

29 May 2023

Xarici satınalma və logistika üzrə mütəxəssis
bottom of page