top of page
Gazelli Group

Vəzifə təlimatı:

  • İstehsalat üçün xammal və avadanlıqların alışı;

  • Yeni təchizatçıların axtarışı (tender üsulu ilə);

  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;

  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;

  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);

  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;

  • Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim edilməsi;

  • Alınmış malların qeydiyyatının 1C proqramında aparılması;

  • İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak edir;

  • Tədarükçülərin axtarışını həyata keçirir;

  • Tədarükçülərlə sifarişlərin yerləşdirilməsi və tədarüklərin müddətini və şərtlərini razılaşdırmaq üçün danışıqlar aparır;

  • İstehsalat ehtiyyatlarının hazırlanması;

  • Resurslara qənaət işlərinin aparılması;

  • Maddi-texniki təminatın təşkil olunması;

  • Tədarükçülərlə müqavilələrin bağlanma və onlara əməl edilməsinə nəzarət etmək və s.;

  • Qiymət araşdırması;

Tələblər:

  • Ali təhsil;

  • Yüksək səviyyədə İngilis və Rus dili biliyi;

  • Bazarı təhlil etmək bacarığı;

  • Yüksək səviyyədə şifahi və yazılı danışıqların aparılması bacarığı;

  • Microsoft Office (Word, Excel), 1C proqramlarında işləmə bacarığı;

  • Müvafiq sahədə 3 ildən az olmayaraq iş təcrübəsi;

  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.

Şərtlər:

  • İş qrafiki: həftənin 5 günü, saat 08:00-17:00;

  • Nahar və əlavə endirim bonusları şirkət tərəfindən təqdim olunur;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir;

Dərc olunma tarixi:

Mənbə:

29 May 2023

Təchizat üzrə aparıcı mütəxəssis
bottom of page