top of page
Baku Electronics

Xüsusi tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;

  • Məsuliyyətlilik, işdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

  • Şifahi və yazılı formada yüksək ünsiyyət bacarığı;

  • Problemləri effektiv şəkildə həll etmək;

Vəzifə öhdəlikləri:

  • Yüklərin anbara qəbulu, saxlanılması və oradan təhvil verilməsini təmin etmək;

  • Yüklərin qabaqcadan sifarişlər və istiqamətlər üzrə komplektləşdirilməsini təşkil etmək;

  • Məhsulların çeşidlənməsi, sistemə işlənməsini təmin etmək;

  • Məhsulların anbara qəbulu, saxlanması və təhvili zamanı təhlükəsiz, tam və müvafiq qablaşdırmada olmasına nəzarət etmək;

  • Anbar əməliyyatlarına dair hər bir məlumatın sistemə daxil edilməsi, mal qalıqlarını dövri olaraq yoxlamaq;

  • Aylıq stok sayımınında iştirak etmək , stokda olan çatışmazlıqları aşkarlamaq və birbaşa rəhbərinə hesabat vermək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar - Gəncə” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


E-mail: hr@bakuelectronics.az

Dərc olunma tarixi:

Mənbə:

25 May 2023

Anbardar (Gəncə)
bottom of page