top of page
“Halal-P Technologies and Solutions” MMC

“Halal-PTechnologies and Solutions”MMC 25 ildən çoxdur ki, bank, ofis və mətbəə avadanlığı bazarında fəaliyyət göstərir.


Azərbaycan Mərkəzi Bankı, Paşa Bank, "Şərq– Qərb" ​​mətbəəsi, "Çaşıoğlu" mətbəəsi, əksər nazirliklər, dövlət komitələri və bazarın bir çox digər böyük nümayəndələri bizim müştərilərimizdir. Ölkə iqtisadiyyatının inkişaf templərinə daim uyğunlaşır, biznesimizin daha effektiv olması və müştərilərimizin artan tələblərini qarşılamaq üçün daim böyüyürük.


İşçilərimizin hər biri unikaldır və biznesin inkişafına böyük töhfə verir. Əməkdaşlarımız xidmətlərimiz, məhsullarımız və daxili biznes proseslərimizə birbaşa təsir etmək qabiliyyətinə malikdirlər.

Hal-hazırda satınalmalar ilə məşğul olan komandamıza qoşulacaq peşəkar axtarışındayıq.


Seçimdən uğurla keçib sıralarımıza qoşulacaq yeni həmkarımızdan şirkəti zəruri mal-material ehtiyatları ilə təchiz etməyini gözləyirik.


Vəzifə öhdəlikləri:

  • Təchizatçılar ilə əlaqələrin qurulması;

  • Satınalmaların təşkili və müvafiq sənəd dövriyyəsinin aparılması;

  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;

  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;

  • Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı.

Tələblər:

  •  Xarici satınalmaları uğurla icra etmək üçün ingilis və rus dillərində yüksək yazı və danışıq bacarığın bizim üçün vacibdir.

  •  İşgüzar etik qaydalar, punktuallıq və vaxtdan düzgün istifadə bacarığına üstünlük veriləcək.

  •  MS Office proqram biliklərin yüksək dəyərləndirilir.


Yuxarıda qeyd edilənlər sizə uyğundursa – geri dönüş edin!
CV-nizi vakansiyanın adını qeyd etməklə hr@halal.az ünvanına göndərməyi unutmayın.

Bizimlə iş şən və perspektivlidir!

Dərc olunma tarixi:

Mənbə:

21 Jun 2023

Satınalma üzrə mütəxəssis
bottom of page