top of page
Writer's pictureElşən Həsənov

Satınalma prosedurları niyə və nəyə lazımdır

Satınalma (o cümlədən tender) prosedurları xüsusilə irihəcmli və məbləğli satınalmalar zamanı həqiqətən çox mürəkkəb ola bilir. Bəs hər mürəkkəb olan prosesin sadə həll yolları varmı və ya olmalıdırmı? Ümumiyyətlə niyə bu prosedurlar var, kimə lazımdır?


Bu barədə LinkedIn və Instagram səhifəmizdə qısa bir sorğu etmişik (davam edir, yekunlaşanda yenilənəcək məlumat) və nəticəsi aşağıdakı kimi oldu









 

"Bəli" seçimi edənlərin içində satınalma mütəxəssislərini görmək düzü çox təəccübləndirdi və məyus etdi. Çünki adətən satınalma proseslərini görməyib sadəcə kənardan orda iştirak edənlər olurlar və bir çox halda məlumatsızlıqdan belə düşüncə formalaşır. Digər tərəfdən cavabların arasında "Satınalan təşkilatdan asılıdır" variantı da əlavə edilmişdi, hansı ki əksəriyyət bu variantı seçib. Mənim də favorit cavab variantım budur əslində.


Əvvəlcə onu etiraf edirəm ki, yuxarıda da qeyd etdiyim kimi bəzi satınalmalar həqiqətən mürəkkəb ola bilir. Amma milyonlar və milyardların xərclənəcəyi nəticənin seçimi necə sadə ola bilər ki?! Digər tərəfdən də elə satınalan təşkilatlar var ki, milyonluq satınalma ilə minlik satınalmanı da eyni prosedur ilə keçirir, bu kimi hallar neqativ təəssürat yaradır bir çox hallarda.


Dövlət satınalmalarına gəldikdə isə bu barədə dəfələrlə yazmışıq, qanunun təkmilləşdirilməyə ciddi ehtiyacı var və bu təkmilləşdirmə də aparılıb razılaşdırılma mərhələsindədir. Mövcud qanunun boşluqlarının sui-istifadə halları var və bir çox hallarda bunun qabağını almaq üçün qanun yenilənməlidir. Ancaq elə hallar var ki, bu satınalan təşkilatın bacarıq və ən əsası niyyətindən asılı olaraq çətinləşə də bilir, sadələşə də. Hansısa təşkilatın bu prosesi çətinləşdirməsinin qarşısını almaq üçün prosesi ləğv etmək olmaz! Oxşar məqam barədə bir yazımız olmuşdu. Qısaca yazsaq tanınmış bir hüquqşünas ölkədə bir mənbədən satınalmalarla bağlı problemlərin aradan qaldırılması üçün bu metodun tamamilə ləğv edilməsini təklif etmişdi.


Ümumiyyətlə nəzərə almaq lazımdır ki, hansısa təşkilata "get filan binanı tik" deyib sonra gəlib binanı təhvil götürəndə yüz min sual və narazılıq yaranacaq. Filan materialdan niyə istifadə olunmayıb? Niyə bu malın qiyməti çox olub? Niyə gec tikildi? və ya başqası sual edəcək ki, niyə bizim bu elandan xəbərimiz olmadı? Niyə məni yox başqasını seçdin? Mənim qiymətim ucuz olduğu halda niyə kənarlaşdırıldım?.... Düzgün yazılmış satınalma prosedurları və sənədlərində bütün bu sualların cavabı var və olmalıdır. Bütün bu sualların da 1 cavabı olmur, onun üçün sənədlər bu qədər çox və mürəkkəb olur. Əslində bu sahəni bilən adamlar üçün çətin bir proses deyil, hər satınalmada istər xarici olsun, istər yerli bir çox məsələ təkrar olur dəyişən cüzi bir hissə olur.


Beynəlxalq praktikada istifadə olunan satınalma prosedurlarını və müqavilələri də əslində heç də sadə deyil. Ola bilər kimsə öz daxili prosedurlarını özü "kəşf edib" yazsın ancaq əksər hallarda yerli praktikada və qanunvericilikdə istifadə olunan prosedurlar beynəlxalq normalardan gəlir. Bu normalar isə necə deyərlər qanla yazılıb bir çox hallarda. Əmin ola bilərsiniz ki, təlimatlarda və müqavilələrdə yazılan hər bir söz hansısa yaşanmış mənfi hadisə nəzərə alınaraq onun təkrar baş verməməsi üçün yazılır adətən və hər bir cümlənin mütləq bir əsası olur. Bu əsası bilməmək həmin prosedurun və ya cümlənin mənasızlığının yox bilgisizliyin göstəricisidir. Prosedurların bu qədər çox olması da əslində satınalmanın keçmişinin (eləcə də bu gününün) nə qədər ağır və məşəqqətli olmasının bir göstəricisidir, çünki əksər sui-istifadə və korrupsiya halları bu prosedurlar zamanı baş verir. Prosesdə azca boşluğun olması bu ehtimalları daha da artırır.


Aşağıdakı karikatura əslində prosesi gözəl təsvir edir.

(Tərcmüəsi: Sol- sadə ancaq çətin, sağ - mürəkkəb ancaq doğru)

(Sözardı) Bu proseslərin kənarda olan şəxslər üçün qaranlıq görünməsi başa düşülən olsa da, satınalmanın içində olub özünə satınalmaçı deyən şəxslərin inanmadığı və lazımsız hesab etdiyi prosedurları tətbiq etməsi bir növ işgəncədir. Belə şəxslərə tövsiyə edərdim ya sevdikləri işlə məşğul olsunlar ya da gördükləri işi hərtərəfli öyrənib tam mənimsədikdən sonra sevərək icra etsinlər. Əks təqdirdə həmin şəxsin işinin nə özünə, nə başqasına heç bir xeyri ola bilməz.




Kommentare

Mit 0 von 5 Sternen bewertet.
Noch keine Ratings

Rating hinzufügen
bottom of page