Azərbaycanda demək olar "Dövlət satınalmaları haqqında" haqqın Qanunun şamil edildiyi hər təşkilat tərəfindən hər il verilən elanların predmeti aşağıdakılar olur:
Təsərrüfat malları (təmizlik, elektrik və s.)
Dəftərxana malları
İnventar (mebel, geyim və s.)
Çap işləri
Nəqliyyat sürtkü yağları
Baxmayaraq ki, bu satınalma predmetləri fərqli biznes predmetləridir ancaq dövlətin ən böyük alıcı olduğunu nəzərə alıb yerli reallığa uyğunlaşıb dövlət satınalmalarında iştirak edən bir çox təşkilatların əksəriyyəti demək olar bu 5 predmet üzrə təkliflər verirlər. O cümlədən ən çox şikayətlər də bu predmetlər üzrə olur bir çox hallarda. Demək olar bir çox "otkat" sxemi də bu predmetlər üzrə olur, formal tenderlər kotirovkalar keçirilib belə məqsədlə yaradılmış "obnaliçka" şirkətlər vasitəsilə büdcədən pullar çəkilib istifadə edilir. Üstəlik lap düzgün satınalma keçirilsə belə nəticədə həmin malların alınıb-alınmaması da ciddi sual altında olur həmişə, çünki bir çox hallarda xüsusilə dəftərxana malları kimi tükədilən məhsullarda sübut etmək çətindir.
Bu kimi halların qarşısını alınması üçün mənim də ağlıma bu kimi malların alınması üçün bütün dövlət müəssisələri üçün qida məhsullarının alınması üçün yaradılmış "Aqrar Tədarük və Təchizat" ASC kimi başqa bir mərkəzi satınalma qurumunun yaradılması ağlıma gəlmişdi. Bu gün isə Türkiyədə belə bir praktikanın olması məlumatı ilə qarşılaşdım. "Devlet Malzeme Ofisi" adlanan bu qurum 1954-cü ildə qurulub və dövlət təşkilatları üçün aşağıdakı məhsulların alınmasını həyata keçirir:
İT məhsulları
Ofis avadanlıqları
İşıqlandırma və isitmə-soyutma malları
Kağız və dəftərxana malları
Geyim və aksesuarları
Mebel və ofis malları
Təmizlik vasitə və avadanlıqları
Nəqtliyyat vasitəsi, tikinti texnikasının icarəsi
Dərman, tibbi avadanlıq və sağlamlıq məhsulları
Səyahət və daşıma xidmətləri
Nəşriyyat məhsulları və çap xidmətləri
Elektrik və yanacaq vasitələri
Digər inventarlar
Yuxarıda qeyd edilən siyahı demək olar hər müəssisə üçün zəruridir və hər il tələb olunur. Bu kimi satınalmalarının mərkəzləşdirilməsi alınan malların da standartlaşdırılmasına gətirib çıxarar. Bundan başqa topdan satınalmalar qənaət etmək üçün ən yaxşı strategiyadır.
Digər tərəfdən elə kiçik təşkilatlar var ki, ildə 1 dəfə bu tipli alışlar edir onun üçün heç o işi bilən adamları belə yoxdur, necə gəldi eləyir. Bu təşkilatların da işini yüngülləşdirər, potensial sui-istifadə hallarını azaldar.
Qısacası bu fikri çox bəyəndim, ümid edirəm yerli dövlət satınalmalarında da nə vaxtsa bu yanaşmanı tətbiq etmək mümkün olacaq.
Comentários