top of page

Dövlət satınalmaları peşəkarları üçün ilk tədbirimiz yekunlaşdı

Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunuəlaqədar qanunvericilik sənədləri beynəlxalq praktika və qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə bu sahədə müxtəlif dövlət təşkilatlarında dövlət satınalmaları üzrə çalışan 23 vəzifəli şəxsinin iştirakı ilə interaktiv sual-cavab formatında 20 may 2023-cü il tarixində Holiday Inn Baku hotelində təşkil edilmiş Dövlət satınalmalarının idarə olunması mövzulu "Master class" formatında tədbirimiz uğurla yekunlaşdı!

Tədbirdə iştirak edən "Daşkəsən Dəmir Filiz" MMC, DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti, Dövlət Dəniz Limanı Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Milli AntiDopinq Agentliyi (AMADA), "ADA" Universiteti və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC nümayəndələrinin aktiv iştirakı baş tutan tədbirdə qanunda açıq şəkildə nəzərdə tutulmayan mütəxəssislərin gündəlik qarşılaşdıqları problemləri ilə bağlı sualları gün ərzində (10:00-17:30) Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənovun da iştirakı ilə aktiv müzakirə edildi.


Bu formatda ilk dəfə təşkil edilən bu tədbir iştirakçılar tərəfindən də kifayət qədər müsbət qarşılandı. İştirakçıların hər birinin seçimi zamanı minimal tələblər qoyulduğundan ((a) Dövlət satınalmalarının idarə olunması üzrə rəhbər olaraq ən az 1 il təcrübəsi olanlar, (b) Dövlət satınalmalarının təşkili üzrə satınalma mütəxəssisi olaraq ən az 3 il təcrübəsi olanlar, (c) Tender komissiyası üzvü olaraq ən az 6 ay təcrübəsi olanlar Dövlət satınalmalarında strateji qərarverici rola malik şəxslər və (d) Dövlət satınalmalarının təşkili (geniş) təlim kursumuzu "Tamamlama sertikatı" ilə bitirənlər) demək olar hər kəs bu sahədə kifayət qədər təcrübəsi var idi. Bu səbəbdən tədbirin əsas məqsədi olan iştirakçıların öz aralarında təcrübə mübadiləsi yüksək səviyyədə alındı! Tədbir zamanı istifadə olunmaq üçün təqdimat hazırlansa da demək olar suallardan heç təqdimata keçid etmək mümkün olmadı :)


Tədbirin sonunda iştirakçılara iştirak sertifikatları təqdim edilərək xatirə şəkli çəkildi. Qeyd edək ki, bu günə qədər tərəfimizdən keçirilmiş müxtəlif təlimlərdə sertifikat almış iştirakçılar (ad-soyad, sertifikat nömrəsi, təlimin adın və tipi) barədə məlumatlar "Təlim" səhifəmizdə "Məzunlarımız" bölümü yaradılaraq əlavə edilib. İştirakçılardan LinkedIn profili olanların bəzilərinin profilləri ilə adları əlaqələndirilib (hyperlink).


Tədbirdən fotolar


bottom of page