top of page

Dövlət satınalmalarının idarə olunması

Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və əlaqədar qanunvericilik sənədləri (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə bu sahədə peşəkar mütəxəssislərin iştirakı ilə müzakirə edilərək və qərar vermə üçün vacib məqamlar müfəssəl təhlil edilərək praktiki vəziyyətlər və problemlərlə bağlı interaktiv sual-cavab formatında tam günlük hər şey daxil "Master class"

Məqsədi

Kimlər üçündür

  • Dövlət satınalmalarının idarə olunması üzrə rəhbər olaraq ən az 1 il təcrübəsi olanlar

  • Dövlət satınalmalarının təşkili üzrə satınalma mütəxəssisi olaraq ən az 3 il təcrübəsi olanlar

  • Tender komissiyası üzvü olaraq ən az 6 ay təcrübəsi olanlar

  • Dövlət satınalmalarında strateji qərarverici rola malik şəxslər

  • Dövlət satınalmalarının təşkili (geniş) təlim kursumuzu "Tamamlama sertikatı" ilə bitirənlər

Tədbirin məqsədi

  • Gündəlik qarşılaşılan problemlərin praktiki həlli yollarının öyrənilməsi.

  • Təqdimatçılar və iştirakçılar arasında aktiv təcrübə mübadiləsi və şəbəkələşmə.

Tələblər

  • Dövlət satınalmaları sahəsində nəzəri və praktiki təcrübə

Mövzular*

  1. Dövlət satınalmaları haqqında («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, satınalmalara dair statistika, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər, qanunun tətbiq dairəsi və qanuna nəzarət / Maddə 1, 3, 4, 61, 62 və 63)

  2. Satınalmanın planlaşdırılması (Anlayışın təsviri, planlaşdırmaya dair tələblər, planın məzmunu və yerləşdirmə müddəti / Maddə 4-1)

  3. Ehtimal olunan qiymətin müəyyən edilməsi (Anlayışın təsviri, tələblər və ehtimalın hesablanma üsulları / Maddə 27)

  4. Tender komissiyasının formalaşdırılması (Komissiyaya dair tələblər, komissiyanın funksiyası, tərkibi və məsuliyyəti / Maddə 23 və 38)

  5. Tələbin formalaşdırılması (Malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər, texniki tapşırıq, spesifikasiyanın növləri və onların yazılmasına dair tələblər/ Maddə 14)

  6. Qiymətləndirmə meyarlarının formalaşdırılması (Qiymətləndirmə metodları, ixtisas dair tələblər və qiymətləndirilən digər komponentlər / Maddə 6, 36 və 44)

  7. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi (Beynəlxalq praktikada «prequalification» və qanunda uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru / Maddə 7)

  8. Müqavilənin hazırlanması (Müqavilədə qiymətqoyma və ödəniş mexanizmi, satınalma predmetinə görə müqavilə seçimi / Maddə 40)

  9. Satınalma metodunun seçilməsi (Beynəlxalq və dövlət satınalmalarında satınalma metodları və onlardan istifadə şərtləri / Maddə 16, 17, 18, 19, 20, 21, 46, 47, 48, 49 və 50)

  10. Satınalma sənədlərinin hazırlanması (Satınalma sənədləri (tenderin əsas şərtlər toplusu və kotirovka sorğusu şərtləri) komponentlərinin siyahısı və məzmunu / Maddə 15, 24, 34, 49-1 və 53)

  11. Satınalma elanları və təkliflərin cəlb edilməsi (Elan (dəvət) müddətləri, məzmunu, iştirak haqqı, dövlət satınalmalarında iştirak və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər / Maddə 25, 26, 29, 41, 42 və 50-3)

  12. Satınalma sənədlərinə dair izahat və dəyişikliklər (Satınalma prosedurlarında məlumat vermə formaları, danışıqlar və sənədlərə dəyişikliklər / Maddə 9, 30, 39 və 43)

  13. Təkliflərin təqdim edilməsi və açılması (Tenderə təqdim edilən sənədlər (təklif məktubu, tender təklifinin təminatı, işçi heyət və s.) və təkliflərin açılması  / Maddə 28, 31, 32, 33, 35 və 50-4)

  14. Təkliflərin qiymətləndirilməsi (Təkliflərə baxılması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif, izahat və təkliflərin kənarlaşdırılması  / Maddə 6, 27, 36, 37, 44, 45 və 50-5)

  15. Satınalmanın nəticəsi (Tender komissiyasının qərarı, yekun protokol, satınalmanın ləğv olunması və qalibin iflasa uğraması  / Maddə 11, 37, 50-6 və 52)

  16. Müqavilənin imzalanması (Müqavilənin imzalanması və qüvvəyə minməsi, iş həcminə dəyişikliklər və icazələr / Maddə 5 və 40)

  17. Müqavilənin icrası (İşlərə başlanılması, müqavilənin yerinə yetirilməsi təminatı, avans və digər təminatlar, subpodrat, satınalma predmetinə görə ödəniş şərtləri və müqavilənin dəyişdirilməsi / Maddə 40-1, 40-2 və 51)

  18. Müqavilə iddiaları və mübahisələri (Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri, iddia üçün tələblər, müqaviləyə xitam verilməsi / Maddə 40)

  19. Müqavilənin tamamlanması (Müqavilənin tamamlanması şərtləri, prosedurları və nəticələrin qiymətləndirilməsi / Maddə 40-1)

  20. Satınalma hesabatı (Satınalma prosedurları haqqında hesabat və satınalmanın sənədlər toplusu / Maddə 10, 54)

  21. Dövlət satınalmalarının vahid internet portalı (Portalın tarixçəsi, imkanları, inteqrasiya hədləri və əsasnaməsi  / Maddə 50-2)

  22. Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri  / Maddə 12, 55, 56, 57, 58, 59 və 60)

  23. Fərdi tapşırıq (Xəyalı satınalma sorğusunun təhlil edilib satınalma yanaşmasının müəyyən edilməsi)

  24. Qrup tapşırığı (Təkliflərin hazırlanması və qiymətləndirilməsi üzrə əyləncəli yarış)

* Təqdimatçı təlimin gedişatından, müddətindən və digər zərurətlərdən asılı olaraq mövzularda müəyyən dəyişikliklər edilə bilər.

Tədbir barədə

Tədbirin tarixi: ​20 may 2023

Tədbirin keçiriləcəyi yer: Holiday Inn Hotel Baku - London otağı

İştirakçı sayı: 24 nəfər

Sertifikat: Tədbirin sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək.

Proqram:

  • 09:30 - Qeydiyyat  başlayır

  • 10:00 - Tədbir başlayır

  • 11:30:12:00 - Çay-kofe fasiləsi

  • 12:00-13:00 - Tədbirin davamı

  • 13:00-14:00 - Nahar fasiləsi

  • 14:00-15:30 - Tədbirin davamı

  • 15:30-16:00 - Çay-kofe fasiləsi

  • 16:00-17:30 - Tədbirin davamı

  • 17:30 -  Tədbirin sonu

Moderator-təqdimatçı

Qeydiyyat və ödəniş

İştirak haqqı: XX AZN

Qiymətə daxildir: Tədbirdə iştirak, nahar, çay-kofe fasiləsi (2).

Cavabını tapmadığınız digər suallarınız üçün: +994 51 518 84 47 (whatsapp)

bottom of page