top of page

Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə 

A-dan Z-yə ətraflı izah edildiyi

eyni zamanda əyani və onlayn təşkil edilən 30 saatlıq təlim kursu 

Dövlət satınalmalarının təşkili
(geniş)

+++

TST - Powerpoint - genis+++_edited.jpg

Məqsədi

Kimlər üçündür

  • Dövlət satınalmaları sahəsində çalışan satınalma mütəxəssisləri

  • Tender komissiyasının üzvləri

  • Təklif hazırlayan təklif, satış və marketinq mütəxəssisləri

Nə öyrədiləcək

  • Əsas satınalma prinsipləri və onların qanunvericilikdə izahı

  • Dövlət satınalmalarını haqqında qanunvericilik

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqi

  • Dövlət satınalmalarının vahid internet portalından istifadə (əyani)

Tələblər

  • Dövlət satınalmaları haqqında minimal biliklər olması arzuolunandır (zəruri deyil)

Məzmunu

  1. Dövlət satınalmaları haqqında («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, satınalmalara dair statistika, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər, qanunun tətbiq dairəsi və qanuna nəzarət / Maddə 1, 3, 4, 61, 62 və 63)

  2. Satınalmaya giriş (Satınalmada əsas anlayışlar, prinsipləri, predmeti və mərhələləri (prosesləri) / Maddə 2 və 22)

  3. Satınalmaçı kimdir (Vəzifə öhdəlikləri, vəzifələr, bacarıqları-bilikləri, davranış etikası və maraqların ziddiyyəti / Maddə 13 və 13-1)

  4. Satınalmanın planlaşdırılması (Anlayışın təsviri, planlaşdırmaya dair tələblər, planın məzmunu və yerləşdirmə müddəti / Maddə 4-1)

  5. Ehtimal olunan qiymətin müəyyən edilməsi (Anlayışın təsviri, tələblər və ehtimalın hesablanma üsulları / Maddə 27)

  6. Tender komissiyasının formalaşdırılması (Komissiyaya dair tələblər, komissiyanın funksiyası, tərkibi və məsuliyyəti / Maddə 23 və 38)

  7. Tələbin formalaşdırılması (Malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər, texniki tapşırıq, spesifikasiyanın növləri və onların yazılmasına dair tələblər/ Maddə 14)

  8. Qiymətləndirmə meyarlarının formalaşdırılması (Qiymətləndirmə metodları, ixtisas dair tələblər və qiymətləndirilən digər komponentlər / Maddə 6, 36 və 44)

  9. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi (Beynəlxalq praktikada «prequalification» və qanunda uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru / Maddə 7)

  10. Müqavilənin hazırlanması (Müqavilədə qiymətqoyma və ödəniş mexanizmi, satınalma predmetinə görə müqavilə seçimi / Maddə 40)

  11. Satınalma metodunun seçilməsi (Beynəlxalq və dövlət satınalmalarında satınalma metodları və onlardan istifadə şərtləri / Maddə 16, 17, 18, 19, 20, 21, 46, 47, 48, 49 və 50)

  12. Satınalma sənədlərinin hazırlanması (Satınalma sənədləri (tenderin əsas şərtlər toplusu və kotirovka sorğusu şərtləri) komponentlərinin siyahısı və məzmunu / Maddə 15, 24, 34, 49-1 və 53)

  13. Satınalma elanları və təkliflərin cəlb edilməsi (Elan (dəvət) müddətləri, məzmunu, iştirak haqqı, dövlət satınalmalarında iştirak və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər / Maddə 25, 26, 29, 41, 42 və 50-3)

  14. Satınalma sənədlərinə dair izahat və dəyişikliklər (Satınalma prosedurlarında məlumat vermə formaları, danışıqlar və sənədlərə dəyişikliklər / Maddə 9, 30, 39 və 43)

  15. Təkliflərin təqdim edilməsi və açılması (Tenderə təqdim edilən sənədlər (təklif məktubu, tender təklifinin təminatı, işçi heyət və s.) və təkliflərin açılması  / Maddə 28, 31, 32, 33, 35 və 50-4)

  16. Təkliflərin qiymətləndirilməsi (Təkliflərə baxılması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif, izahat və təkliflərin kənarlaşdırılması  / Maddə 6, 27, 36, 37, 44, 45 və 50-5)

  17. Satınalmanın nəticəsi (Tender komissiyasının qərarı, yekun protokol, satınalmanın ləğv olunması və qalibin iflasa uğraması  / Maddə 11, 37, 50-6 və 52)

  18. Müqavilənin imzalanması (Müqavilənin imzalanması və qüvvəyə minməsi, iş həcminə dəyişikliklər və icazələr / Maddə 5 və 40)

  19. Müqavilənin icrası (İşlərə başlanılması, müqavilənin yerinə yetirilməsi təminatı, avans və digər təminatlar, subpodrat, satınalma predmetinə görə ödəniş şərtləri və müqavilənin dəyişdirilməsi / Maddə 40-1, 40-2 və 51)

  20. Müqavilə iddiaları və mübahisələri (Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri, iddia üçün tələblər, müqaviləyə xitam verilməsi / Maddə 40)

  21. Müqavilənin tamamlanması (Müqavilənin tamamlanması şərtləri, prosedurları və nəticələrin qiymətləndirilməsi / Maddə 40-1)

  22. Satınalma hesabatı (Satınalma prosedurları haqqında hesabat və satınalmanın sənədlər toplusu / Maddə 10, 54)

  23. Dövlət satınalmalarının vahid internet portalı (Portalın tarixçəsi, imkanları, inteqrasiya hədləri və əsasnaməsi  / Maddə 50-2)

  24. Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri  / Maddə 12, 55, 56, 57, 58, 59 və 60)

  25. Elektron satınalma (e-tender və e-kotirovka) keçirilməsinin əyani təqdimatı (Portala daxil olma, planın hazırlanması, elanın hazırlanması, ixtisas sənədlərinin yoxlanması, təkliflərin qəbulu və açılması, təkliflərin qiymətləndirilməsi, yekun protokolun tərtib edilməsi və nəticəyə dair bildirişin yerləşdirilməsi)

Kursda iştirak

Online-eyani.png
DSQ Udemy

Cari təlim sərfəli endirim təklifləri ilə

(niyə Udemy?)

UDEMY_3_0KKraw2.png

-də!

Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə A-dan Z-yə ətraflı izah edildiyi 01 oktyabr - 12 noyabr6 aprel-14 may tarixlərində əyani keçirilmiş 25-30 saatlıq "Dövlət satınalmalarının təşkili (geniş)" təlimlərinin canlı səs və görüntü qeydlərindən formalaşdırılıb.

Format

Əyani təlimlərin canlı qeyd edildiyi video materiallar redaktə edilərək təmizlənmiş və kəsintisiz dinlənə və izlənə biləcək formaya salınmışdır. Bundan başqa iştirakçıların suallarına verilən cavablar, həmçinin bəzi hissələrdə iştirakçıların səsləndirdiyi fikirlər də saxlanılmışdır. Material canlı danışıqdan hazırlandığı üçün müəyyən hissələrdə texniki problemə görə yaranmış natamamlıqlar digər təlimdən götürülərək tamamlanmışdır. Ümumilikdə məzmun ~15 saatdan ibarətdir. Kursa yazılanlar 21 sənəddən ibarət Dövlət satınalmaları haqqında qanunvericilik toplusunu da ÖDƏNİŞSİZ əldə edəcəklər.  

 

Ödəniş

Kursun standart qiyməti XX₼ təşkil edir.​

bottom of page