Dövlət satınalmaları: Təchizatçılar üçün
-
Kimlər üçün nəzərdə tutulub
-
Satınalan təşkilatlar tərəfindən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun keçirilən satınalmalara təklif təqdim etmək istəyən şəxslər
-
-
Nələr öyrədilir
-
təchizatçı tərəfindən satınalmada dövlət satınalmaları qanunvericiliyinə tam uyğun təklif təqdim etmək və müqavilə bağlamaq mərhələsinə qədər bütün prosedurlar
-
dövlət satınalmalarının vahid internet portalından (e-tender.gov.az) istifadə
-
-
Təlim materialı
-
Təlimin əvvəlində bütün qanunvericiliyin olduğu toplu
-
Hər dərsdən əvvəl həmin dərslərlə bağlı çıxarış (handout)
-
Təlimin sonunda xüsusi hazırlanmış materiallar
-
Təlim bitdikdən sonra 15 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı yazılı sualları ÖDƏNİŞSİZ cavablandırılır.
-
-
Təlim formatı
-
Əyani
-
Paraleldə onlayn
-
Dərslərin video qeydiyyatı aparılır, iştirakçının müraciəti əsasında istənilən 2 dərsin video qeydinə keçid təqdim edilir.
-
-
Təlimçi kimdir
-
dövlət satınalması sahəsində 15 ildən çox müxtəlif sahələrdə tender təkliflərin hazırlanması sahəsində böyük təcrübəsi olan, dəyəri milyonlarla ölçülən müsabiqələrdə çalışdığı şirkətlərin qalib olmasında böyük rolu olan peşəkar mütəxəssis Yusif Axundov
-
-
Təlimin keçirilmə müddəti və vaxtları
-
10 saat
-
II / Bazar ertəsi 12 və 19 may (19:00 - 21:00)
-
IV / Cümə axşamı 15 və 22 may (19:00 - 21:00)
-
VI / Şənbə - 31 may (10:00 - 12:00)
-
-
Təlimin keçiriləcəyi yer
-
Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)
-
-
İştirak haqqı (Təlimin ilk sessiyasına özəl - 100 AZN endirimli qiymət!)
-
ƏYANİ: 190 AZN
-
ONLAYN: 90 AZN
-
-
Ən azı 3 dərsdə iştirak edənlərə dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən "İştirak sertifikatı" verilir.
-
Öyrəndiklərini və mövcud biliklərini yoxlamaq istəyən iştirakçılar təlim bitdikdən sonra keçirilən növbəti 3 imtahandan 1-də güzəştli şərtlərlə iştirak edə bilər.
Proqram
-
Dövlət satınalmaları haqqında («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, satınalmalara dair statistika, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər, qanunun tətbiq dairəsi, yeni qanunvericiliyin xüsusiyyətlər, qanuna nəzarət, dövlət satınalmalarında əsas anlayışlar, prinsiplər və dövlət satınalmalarının mərhələləri)
-
Satınalmanın planı və ehtimal olunan qiymət (Anlayışınların təsviri, plana dair tələblər və ehtiaml olunan qiymətin hesablanma üsulları)
-
Tələbin və qiymətləndirmə meyarlarının formalaşdırılması (Satınalma predmetinin təsvirinə aid tələblər, təsnifat kodları, uyğunluq göstəricilərinə dair ümumi və xüsusi tələblər)
-
Satınalma metodunun seçilməsi (Dövlət satınalmalarında satınalma metodları və onlardan istifadə şərtləri)
-
Təkliflərin cəlb edilməsi (Elan (dəvət) müddətləri, məzmunu, istifadə və iştirak haqqı, dövlət satınalmalarında iştirak, maraqların toqquşması, etibarsız təchizatçı və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər)
-
Şərtlər toplusuna və ona dair izahat və dəyişikliklər (şərtlər toplusu, müqavilə, danışıqlar, şərtlər toplusuna dair izahat və şərtlər toplusuna dəyişikliklər)
-
Təkliflərin təqdim edilməsi və açılması (Satınalmaya təqdim edilən sənədlər (təklif məktubu, təklifinin təminatı, işçi heyət və s.) və təkliflərin açılması)
-
Təkliflərin qiymətləndirilməsi (Təkliflərə baxılması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif, izahat və təkliflərin kənarlaşdırılması)
-
Qalibin seçilməsi və müqavilənin imzalanması (Satınalma komissiyasının qərarı, yekun protokol, gözləmə müddəti, satınalmanın ləğv olunması, müqavilənin imzalanması və qüvvəyə minməsi, iş həcminə dəyişikliklər və icazələr, qalibin iflasa uğraması və satınalma hesabatı)
-
Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri)
-
Müqavilənin icrası və dəyişiklik edilməsi (İşlərə başlanılması, müqavilənin yerinə yetirilməsi təminatı, avans və digər təminatlar, subpodrat və müqavilənin dəyişdirilməsi)
-
Dövlət satınalmalarının vahid internet portalından istifadənin əyani təqdimatı (Portala daxil olma, təkliflərin təqdim edilməsi və sual-cavab)
Qeydiyyat və ödəniş
Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)
Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır:
-
hər sessiya üçün yuxarıda qeyd olunan tarixə qədər müraciət edildikdə - 100% - tam
-
bu tarixdən sonra tədbir başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə
-
tədbir başladıqdan sonra - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər