top of page

Təchizat zəncirinin idarə olunması və satınalmaya dair təlimlər

💥 On ilə yaxındır müxtəlif özəl və dövlət təşkilatlarında satınalma sahəsində çalışan, "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsini hazırlayan komissiyanın üzvü, Azərbaycanda bu sahədə ilk dəfə dərc olunan iki kitabın müəllifi, Azərbaycan Texniki Universitetində SABAH Magistratura proqramı çərçivəsində tədris edilən "Təchizat zəncirlərinin idarə olunmasına giriş" fənninin və beynəlxalq tədris platforması Udemydə 100-dən çox tələbəsi olan kursların müəllimi və müxtəlif sosial şəbəkələrdə 10 mindən çox izləyicisi olan Tender-Satınalma-Təchizat səhifəsinin təsisçisi Elşən Həsənov tədris edilən təlimlər barədə məlumatları Təlim səhifəsindən əldə edə bilərsiniz.

Hal-hazırda mövcud təlimlər aşağıdakılardır:

  1. Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin beynəlxalq praktika və qanunvericilikdə gözlənilən yeniliklərlə birlikdə A-dan Z-yə ətraflı izah edildiyi eyni zamanda əyani (5-30 aprel) və onlayn təşkil edilən Dövlət satınalmalarının təşkili təlimi (~70% yerli qanunvericilik, ~30% beynəlxalq praktika);

  2. Ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən qismən qısaldılaraq və daha çox praktiki hissələrin izah edildiyi, eyni zamanda əyani (5-30 aprel) və onlayn keçirilən Satınalmaların təşkili və müqavilələrin idarə olunması təlimi (~70% beynəlxalq praktika, ~30% yerli qanunvericilik).

📚 19 marta qədər 1-ci təlimdə qeydiyyatdan keçənlərə 10% endirim tətbiq edilməklə yanaşı "Hər kəs üçün satınalma" və 2-ci təlimdə qeydiyyatdan keçənlərə "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitabları HƏDİYYƏ! Digər kitabı (hər ikisini) alanlara isə şəhəriçi çatdırma da PULSUZ!

➡️Kitablar barədə daha ətraflı Kitab səhifəsində tapa bilərsiniz.

bottom of page