Dövlət satınalmalarının təşkili təlim kursu ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı olacaq real-praktiki nümunələrlə və nəzəri məlumatlarla sadə dildə izah edildiyi 35 mövzudan ibarət olan 30 saatlıq "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" peşəkar təlim kursununun dövlət satınalmalarına dair hissələrdən çıxarış edilərək hazırlanmışdır.
Cari təlim kursu satınalmaya giriş mövzusu ilə başlayıb dövlət satınalmaları qanunvericiliyinə aid olan qüvvədə olan bütün qanun, fərman və qərarlar əsasında dövlət satınalmalarını nəzəri olaraq təhlil edərək, qanunun ən çox işlək maddələrinin praktiki tətbiqini sadə və anlaşılan dildə təxminən 2 saatlıq müddətdə, 33 slayd əsasında təqdim edir. Təlimdə mövzular izah edilərkən dövlət satınalmaları haqqında qanuna edilməsi planlaşdırılan dəyişikliklər, o cümlədən yeni qanun layihəsindəki mövcud maddələrə gözlənilən dəyişikliklərdən də bəhs edilib.
Bu sahəyə yeni başlayırsınızsa əldə edəcəyiniz biliklər sayəsində dövlət satınalmaları ilə bağlı prosedurları rahatlıqla icra edə biləcəksiniz. Yox əgər artıq bu sahədə çalışırsınızsa biliklərinizi daha da təkmilləşdirib, bilmədən yol verdiyiniz səhvləri düzəltmək imkanı əldə edəcəksiniz.
Təlim kursu iştirakçıları əlavə olaraq aşağıdakı sənədləri ÖDƏNİŞSİZ əldə edəcəkdir
Dövlət satınalmaları haqqında qanunvericiliyə aid sənədlər toplusunu;
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq fərmanı və digər əlaqədar sənədlərdəki istinadların birbaşa göstərildiyi ən sonuncu dəyişikliklər (1 may 2020-ci il) əsasında hazırlanmış qanununu;
Dövlət satınalmaları qanunvericiliyi əsasında hazırlanmış tenderin əsas şərtlər toplusunu.
Təlim iştirakçılarının dövlət satınalmaları qanunvericiliyi ilə bağlı əlavə sualları olduqda Udemy portalı vasitəsilə ünvanladıqları zaman bu suallara çox qısa müddətdə cavab veriləcəkdir.
Comentarios