top of page

Satınalmaların təşkilinə dair təlim və tədbirlərimiz

Dövlət satınalmaları: peşəkarlar üçün

Satınalan təşkilatlarda satınalmaları idarə edən rəhbərlər, təcrübəli mütəxəssislər, satınalma komissiyasının üzvləri və digər qərarverici şəxslər üçün mövcud və yeni qanunvericiliyin əsas fərqlərinin və digər problemlərin praktiki təhlil, izah və müzakirə edildiyi 2 tam günlük (hər şey daxil-full board) "master class"

IMG_8724.HEIC
DSM.HEIC
DSM.HEIC

Dövlət satınalmaları:
mütəxəssislər üçün

Dövlət satınalmaları sahəsində çalışan və ya çalışmaq istəyən mütəxəssislər üçün yeni dövlət satınalmaları qanunvericiliyinin A-dan Z-yə ətraflı izah edildiyi eyni zamanda əyani və onlayn təşkil edilən 18 saatlıq (həftədə 2 dəfə x 2 saat) təlim kursu 

Dövlət satınalmaları: təchizatçılar üçün

Dövlət satınalmalarında iştirak edib uğurlu olmaq istəyən təchizatçılar üçün yeni dövlət satınalmaları qanunvericiliyin əsasları və incə məqamları barədə 1 tam günlük (hər şey daxil-full board) seminar

DST.HEIC
IMG-20240330-WA0011.jpg
IMG-20240330-WA0011.jpg

Dövlət satınalmaları:
sual-cavab

Yeni dövlət satınalmaları qanunvericiliyi barədə həm satınalan təşkilatların, həm təchizatçıların istənilən suallarının cavablandırılması üçün  yarım günlük (4 saatlıq) sual-cavab sessiyası

DSC00095.JPG

Dövlət satınalmaları: imtahan

Yeni dövlət satınalmaları qanunvericiliyi barədə biliklərini sınamaq istəyən mütəxəssislər, peşəkarlar və təchizatçıların nümayəndələri üçün ayrı-ayrılıqda olmaqla imtahan. 50%-dən yuxarı nəticə göstərənlərə sertifikat təqdim edilir.

DSC00095.JPG
Korporativ.jpeg

Satınalmaların təşkili və müqavilələrin idarə olunması: korporativ

Yeni dövlət satınalmaları qanunvericiliyi, həmçinin satınalmaların təşkili barədə həm satınalan təşkilatların (dövlət və özəl), həm təchizatçıların nümayəndələri üçün razılaşdırılmış müddətlərdə ehtiyaca uyğun qapalı qrup təlimlərinin təşkil edilməsi

Satınalmaların təşkili və müqavilələrin idarə olunması: 
fərdi konsultasiya

Yeni dövlət satınalmaları qanunvericiliyi, həmçinin satınalmaların təşkili barədə həm satınalan təşkilatların (dövlət və özəl), həm təchizatçıların nümayəndələri üçün razılaşdırılmış müddətlərdə ehtiyaca uyğun fərdi konsultasiya (məsləhət) sessiyalarının təşkil edilməsi ilə bağlı bizimlə əlaqə saxlayın.

Meeting
Vacib qeyd

*VACİB QEYD

01.01.2024-cü il tarixindən qüvvəyə minən YENİ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununa dair yuxarıda qeyd olunan tədbirlər iştirakçı auditoriyasına, maraq dairəsinə və bilik bacarıqlarına uyğun formalaşdırılıb. Tədbirin adlandırılması (seminar, təlim və s.) onun formatına görədir.

 

Peşəkarlarmütəxəssislər üçün olan tədbirlər dövlət satınalmalarında satınalan təşkilatı təmsil  edən (satınalmanı keçirən - elan, şərtlər toplusunu hazırlayan, keçirilməsində iştirak edən - qərarları təsdiqləyən) şəxslər üçün nəzərdə tutulub. Peşəkarlar üçün olan tədbir adından da göründüyü kimi bu sahədə təcrübəli, əsasən köhnə qanunvericiliyi bilən şəxslər üçün 2 tam günlük hər şey daxil hoteldə təşkil edilir və köhnə-yeni qanun müqayisəli şəkildə qanunun yazılma konteksti ilə birlikdə izah edilir. Mütəxəssislər üçün olan tədbir isə bu sahəyə yeni başlayan şəxslər üçün yalnız yeni qanunvericilik izah edilməklə 2 saatlıq 8 dərs formasında təşkil edilir. Hər iki tədbirdə satınalan təşkilatın satınalmanı keçirə bilməsi üçün lazım olan məlumatlar A-dan Z-yə izah edilir, sadəcə peşəkarlar üçün olan tədbirdə dəyişikliklərə dair izah daha geniş olur, mövcud və yeni qanunvericilikdə dəyişməyən hissələrə geniş yer ayrılmır.

Təchizatçılar üçün olan tədbirin auditoriyası isə dövlət satınalmalarında iştirak edən (satınalan təşkilatın elan etdiyi satınalmaya təklif təqdim edən) təchizatçılar-sahibkarlardır. Bu tədbirdə yalnız təchizatçılar üçün təkliflərini formalaşdırıb təqdim etmək və sonrakı proseslər üçün zəruri olan məlumatlar (şərtlər toplusunun oxunması, şərtlər toplusuna dair izahatın alınması, şikayət prosedurları və s.) 1 günlük hər şey daxil hoteldə köhnə və yeni qanunvericilikdə fərqlər vurğulanmaqla izah edilir. Peşəkarlar və mütəxəssislər üçün olan tədbirlərdə tədris olunan satınalan təşkilata lazım olan, lakin təchizatçıya aidiyyəti olmayan məqamlardan (ehtimal olunan qiymətin hesablanması, satınalma komissiyasının formalaşdırılması, şərtlər toplusunun hazırlanması və s.) ümumi bəhs edilir, detallara girilmir.

 

Tədbirlərin müddətləri yuxarıda qeyd olunan səbəblərə görə dəyişir. Müddətin qısa olması daha az məlumat verilməsi mənasına gəlmir.

 

Eyni zamanda iştirakçılar tədbiri seçəndə hər tədbirin auditoriyasına görə iştirakçıların suallarının məzmunlarının və müzakirə mövzularının dəyişdiyini nəzərə almalıdır (məsələn mütəxəssislər üçün olan tədbirdə suallar daha sadə məsələlər üzrə, peşəkarların tədbirlərində isə daha dərin mövzular üzrə olur, təchizatçılar isə özlərini maraqlandıran məsələlərin daha çox müzakirə olunmasını istəyirlər). 

Eyni şirkətdən fərqli təlim/tədbir üzrə 1-dən artıq iştirakçı olduqda güzəşt aşağı məbləğli tədbirə tətbiq edilir.

Məzunlarımız

Bu günə qədər tərəfimizdən keçirilmiş müxtəlif təlimlərdə sertifikat almış iştirakçılar (ad-soyad, sertifikat nömrəsi, təlimin adın və tipi) barədə məlumat.

Məzun

Təlimlərdən xəbərdar olmaq üçün

Aşağıdakı müraciət formunu doldurub təqdim etməklə yuxarıda qeyd edilən təlim və tədbirlər barədə yeni məlumat paylaşıldıqda dərhal elektron poçt vasitəsilə bildiriş ala bilərsiniz (əgər daha əvvəl doldurmusunuzsa təkrar doldurmağınıza ehtiyac yoxdur).

Müraciətiniz qeydə alındı!

bottom of page