top of page

Xiaomi ("şayomi) yoxsa "ayfon" (iPhone)

Updated: Dec 30, 2020

Satınalmaçı ilə ayfon fanatının mübahisəsi

- Apple iPhone 12 64 GB yoxsa Xiaomi Redmi Note 9 Pro 64GB ???

- Belə sual olar, əlbəttə ayfon!!!

- Xəbərin var #iphone-un qiymətindən 2249 AZN (orijinal qiyməti ~800$) !

- Bəs şayomi neçəyədir ki guya???

- 590 AZN (orijinal qiyməti 200$), iphone qiymətinə 4 dənəsini almaq olar e!

- Sən ayfonu kitayski telefonla müqayisə edirsən? Ayfon kimi telefon var? Bilirsən nə qəşəng çəkir!

- 64 mega piksel bəs eləmir? Fotoqraf olassan? Bir də iPhone harda yığılır ki?

- 6 metr suyun altında da çəkə bilir ee!

- Ömründə neçə dəfə 6 metr suyun altına düşmüsən özü də əlində telefonla? Bundan sonra neçə dəfə düşməyi planlayırsan?

- ...

- A kişi IP68 toza qarşı dayanıqlılıq sertifikatı var ee!

- Marketinqçilərin diliylə danışma, səhrada yaşayırsan? Bakı küləkli şəhərdir amma ta saxara da deyil da!

- #Android nə vaxtdan telefon olub ee vobşe, donur hamısı amma ayfon ildırım kimi işləyir!

- Birincisi o ilk əvvəllər elə idi, ikincisi də lap 1 saniyə donsun təyyarəni qaçırassan 1 saniyəyə görə, hara tələsirsən?

- Boş-boş danışma da, ayfon kimi dözümlü telefon var alırsan 5 il rahat işlədirsən!

- Bəs işlədə bilməsən, əlindən düşsə ekranı qırılsa ya oğurlansa necə? Ya ekranı dəyişdin ya təzə telefon aldın eyni şeydi. 4 dəfə telefon dəyişərəm ee o pula. 1 aylıq maaşın o qədər deyil ee kreditlə güclə alırsan!

- Yox e, niyə düşsün ki e...

- Nəyinə vurulmusunuz ee bu telefonun, batareya desən təzə-təzə 1-2 gün güclə saxlayır, proqramlarının hamısı pullu, bir update gəlir telefon yavaşlayır, qulaqlı işlətmək üçün əlavə kabel almalısan qulaqlıq da qoymurlar heç, adapteri kabeli əlin vurmamış qırılır təzəsini də orijinal almasan işləmir, orijinalı da qanı qiymətinə, hər şey bir qırağa itunes olmadan mahnı atıb qulaq asa bilmirsən ee...

- Mənə o şeyləri lazım deyil! Bazarda belə keyfiyyətli telefon var, adı üstündə AYFON, elə adı bəsdir, ölürəm də bu telefon üçün neçəyə desən dəyər!

..............

Yanlış başa düşməyin bu nə iPhone'un antireklamı idi, nə də Xiaomi'nin reklamı, bu sadəcə ehtiyacın müəyyən edilib satınalmanın vacib prinsipi olan pula mütənasib dəyər (value for money) nöqteyi nəzərdən təkliflərin təhlili idi.

Ehtiyacın düzgün müəyyən edilməsi bacarığı satınalmaçının bacarığının əsas göstəricisidir. Bu mərhələdə marketinq hiylələrinə məğlub olmayan satınalmaçı çox çətin tapılır. Səhifədə bir müddət əvvəl "şəxsi həyatda da satınalmaçısınızmı" sualını havayı yerə qoymamışdıq, çünki bir insan nə qədər öz şəxsi bacarığına xasiyyətinə uyğun işlə məşğul olsa işində də o qədər peşəkar ola bilər (istisnalar da var təbii). Həyatda öz ehtiyacını düzgün müəyyən edə bilməyən, planlaması olmayan, "bahalıdırsa deməli keyfiyyətlidir" prinsipi ilə alış-veriş edən adam çox nadir hallarda böyük şirkətlərin, idarələrin satınalma ehtiyacını düzgün şəkildə qarşılaya bilər. Satınalmada "pulun çoxdur kef elə, pulun yoxdur qənaət elə" prinsipi yoxdur, ehtiyacın nədirsə onu almalısan təbii ki ehtiyacını düzgün müəyyən edə bilsən!

Ağlından/ürəyindən ayfon keçən sifarişçinin "telefon lazımdır" tələbinə qarşı satınalmaçının verməli olduğu ilk sual "hansı xüsusiyyətdə olsun?"dur. Bir az ağıllı olan sifarişçi təbii olaraq iphone xüsusiyyətlərini sadalayıb adını deməyəcək (ağlı olmayan modelinə kimi deyir adətən). Ondan da ağıllı olan satınalmaçı ondan da qat-qat üstün xüsusiyyətləri olan xiaomi tipli telefonun müqayisəsini çıxarıb qoyar sifarişçinin qabağına və yuxarıdakı dialoq başlayar və axırda il sonu hesabatlarında təkcə "1 telefonda 800$ qənaət elədim" (bu əsl qənaətdir, yoxsa 800$ dollarlıq telefonu 850-ə deyib axırda "yaxşı ta sənə görə 50$ dollar keçirəm" deyib edilən endirim yox) deyib rəhbərindən bonus istəyər :)))) amma satınalma ikinci dərəcəli dəstək funksiyası sayıldığı üçün ala bilməz çünki bonusu 1000$ dollarlıq tələblə gələn sifarişçi yüksək performansına görə almışdır (((

bottom of page