TENDER ÖNCƏSİ ƏLAMƏTLƏR
Lazımsız və ya uyğun olmayan malların satınalması
Satınalma minimumu tələbinin manipulyasiyası (Məs. Tender keçirmək üçün minimum hədd 50000 azn olduğunu nəzərə alıb eyni predmetdə 130 000 azn-lik satınalmanı 3 yerə bölüb kotirovka ilə almaq
Qiymətləndirmə meyarlarının yetəri qədər olmaması (qiymətləndirmə zamanı subyektik qərarların verilməsin asanlaşdırmaq üçün)
Natamam, çaşdırıcı və ya qeyri-dəqiq müqavilə şərtləri (tələm tələsik hazırlanmış şərtlər, çünki qalib bəllidir artıq sadəcə sənədləşmə xatirinə formal tender keçirilir)
Əsassız prekvalifikasiya (ixtisas uyğunluğunun öncədən müəyyənləşdirilməsi) tələbləri ("kənar" şirkətlərin iştirakının qarşısını almaq üçün)
Çox məhdud və ya çox geniş müqavilə tələbləri (tender tələblərinin öncədən müəyyənləşdirilimiş "qalib"in bacarıqlarına uyğunlaşdırılması)
TENDER ZAMANI ƏLAMƏTLƏR
Tenderin əsas şərtlər toplusunun hazır olmaması (bax: 1.4)
İddiaçılar qısa və ya lazımı qədər vaxtın verilməməsi (bax: 1.4 və 1.5)
Qeyri-adi satınalma prosesləri
İddiaçılar arasında açıq aydın əlaqənin olması (qalibin formal tələbləri qarşılamaq üçün özü ilə "bahalı" dost- tanış alternativlərin gətirməsi)
İddiaçıların adlarının heç bir yerdə olmaması (Tender üçün təzəcə yaradılmış şirkətlər)
Eyni şirkətlə bir neçə müqavilə (buranın "polojeniyası" bizlikdi məsəli)
Tanınmış uyğun şirkətlərin tenderdə iştirak etməməsi (havayı vaxt pul itkisi olacağını bildikləri üçün təcrübəli şirkətlər iştirak etmir)
Qalib şirkətlərin təkrarlanması/döngüsü (Bir şirkət tərəfindən keçirilən tenderdə sadəcə bir neçə firmanın bütün tenderləri "udması")
Həddindən çox və ya az aşağı təkliflər
Qeyri-şəffaf tender təkliflərinin açılışı prosedurları (manipulyasiya etmək imkanları)
Ən aşağı qiymətli uyğun təklifdən başqa təklifin qalib edilməsi
Əsaslandırıla bilinməyən tenderdən kənarlaşdırmalar (çox demaqoqluq edən şirkətləri bir səbəb "tapıb" kənarlaşdırılır)
Müəyyən subpodratçı ilə işləmək üçün təzyiq ("Əgər razısansa qalib olsan filan şirkətlə işləməlisən" (xeyir başqasına getməsin)
Qalib gəlmiş təklifin tenderin ehtimal dəyərinə və ya büdcəyə çox yaxın olması (ehtimal qiymət 50000, təklik 49 540 azn, ehtimal edən də təklif verən güclü işləyir yəni)
Müqavilə bağlanması və ya danışıqlarının həddindən çox və səbəbi açıqlanmadan ləngidilməsi ("qiymətdə" razılığa gəlinə bilinməməsi)
TENDER SONRASI ƏLAMƏTLƏR
İşlərin, malların və ya xidmətin keyfiyətindən/çatdırılmasından şikayətlər (işin özünə ayrılan puldan çox ona buna xərclənməsi)
Müqavilədə açıqlanmayan dəyişikliklər
Şübhəli hesab fakturalar
Əskik və ya şübhəli sənədləşmə
Əsaslandırılmamış yüksək qiymətlər
Comments