1) Təchizat prosesinin başlana bilməsi üçün ilk öncə tələb və müvafiq tələbin icra edilməsi üçün büdcə lazımdır. Şirkət daxilində adətən satınalma tələbi (Purchase request) verən şöbə/bölmə satın alınacaq malların/xidmətlərin/işlərin spesifikasiyasın/şərtlərin verməlidir. 2) Tələbi alan satınalma mütəxəssisi tələb verən şöbə də daxil olmaqla müvafiq predmeti təchiz edə biləcək firmaların araşdırmasın edib müəyyən edir, danışıqlar apararaq onların bu tələbə cavab verib verməyəcəklərin dəqiqləşdirir. 3) Növbəti mərhələdə hər bir firmaya qiymət təklifi vermək üçün sorğu göndərilir 4) Sorğulara cavab vermiş firmaların təkliflərinin qarşılaşdırmalı qiymətləndirmə cədvəli tərtib edilir və uyğun təklif tələbi verən şöbə ilə razılaşdırılır. 5) Qiymət cədvəlində ən uyğun təklif vermiş firmaya sifariş verməzdən əvvəl yenidən əlaqə saxlanılıb şərtləri dəqiqləşdirilir. Razılıq olarsa Sifariş tapşırığı (Purchase order) hazırlanıb müvafiq şöbələrlə razılaşdırılaraq təsdiqlənib icraçıya göndərilir. Sifariş tapşırığında aşağıdakı məlumatlar qeyd edilir: a) Sifarişçinin adı, əlaqədar şəxsinin əlaqə vasitələri b) İcraçının adı, əlaqədar şəxsinin əlaqə vasitələri c) Sifariş olunan malların təsviri vahidi, miqdarı və qiyməti d) Sifarişin çatdırılma müddəti e) Sifarişin çatdırılacağı ünvan və əlaqədar şəxs f) Ödəniş şərtləri g) Tələb olunan sənədlər h) Sifarişçinin imzası (və möhürü) Sifariş tapşırığını alan icraçı şərtlərlə razı olduğu təqdirdə sənədi imzalayıb möhürləyib geri qaytarır və eyni zamanda sifarişləri hazırlayır.
6) Sifarişlərin çatdırılması təchizatın prosesi tamamlanmış sayılır.
Comments