top of page
Writer's pictureElşən Həsənov

Təchizatçılar üçün məsləhətlər

Updated: Feb 13, 2021

Qiymət sorğusuna cavab verilərkən email yazma qaydalarına fikir verilməlidir,

  • Yeni email yazmaq yerinə reply all edilib cavab kopyada (CC) olan hər kəsə göndərilməlidir (belə olduğu təqdirdə emailiniz gündə 10-larla email alan satınalmaçının emailində itib batmayacaqdır)

  • Mövzu (subject) hissəsinin olduğu kimi saxlanılmasına diqqət verilməlidir.

  • Emailin sonunda mütləq imza (ad soyad, vəzifə, şirkət, əlaqə nömrələri və s.) qeyd edilməlidir.

  • Emailə "salam" deyib başlamaq tələb və məsləhət olunmur, birinci sətrdə sizə müraciət edən şəxsə xitab edib növbəti sətirdən birbaşa mətləbə keçmək lazımdır

  • Cavab təklif emaili göndərildikdən sonra satınalmaçı ilə əlaqə saxlayıb maili alıb almadığını dəqiqləşdirin (spam, junk'a düşüb itib bata bilər və ya gözdən qaça bilər emaillər arasında)

  • Email aldıqdan sonra məsləhətdir emaili aldığınızı və təklif verib verməyəcəyiniz barədə cavab emaili yazasınız

Vaxt ilə bağlı tələblərə (deadline) ciddi əməl edilməlidir, əgər tələb olunan müddətdə təklifin təqdim edilməsi mümkün deyilsə bu barədə dərhal satınalmaçıya məlumat verilməlidir (bu kimi müraciətlər çox olduğu təqdirdə təklif hazırlanması üçün əlavə vaxt artırıla bilər).


Satınalmaçının verdiyi siyahı üzərində işlənilməlidir, əlinizdə olan və tələb olunan siyahıya uymayan təklif göndərilməməlidir (bu sizin təklifin qiymətləndirmədən kənarda qalması ilə nəticələnə bilər)


Yalnız sorğu emailindəki bütün məlumatlar ilə tanış olduqdan və sifarişçinin istəyi tam aydın olduqdan sonra tələb olunan məlumatların hamısının əksini tapdığı təklif təqdim edilməlidir (yarımçıq təqdim edilən təklif əgər təkliflər kifayət qədər olarsa qiymətləndirməyə alınmır)


Təklifinizin aqibəti ilə bağlı satınalmaçı ilə müəyyən müddətdən əlaqə saxlayıb məlumat almağınız tövsiyə olunur


Təklifdə ödəniş, zəmanət və çatdırılma (icra müddəti və yer) şərtləri, malın texniki detalları, eləcə də təklifin qüvvədə olma müddəti qeyd edilməlidir


Təklif imzalı möhürlü şəkildə (tələb olunarsa) scan edilib emailə əlavə edilməli və poçt vasitəsilə və ya birbaşa tələb olunan ünvana qapalı zərfdə (tələb olunarsa) təqdim edilməlidir

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page