top of page

Satınalmaların ayrı-ayrı hissələrə bölünməsi

Updated: Jan 24, 2021


Əslində maraqlı təklifdir dəyərləndirmək olar ancaq mövcud qanunvericiliyə görə "Satınalan təşkilat bu maddənin tətbiqi üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə (yəni ayrı-ayrı qismlərə) bölə bilməz" (maddə 17.2). Qanunu təfsir etsək deyilir ki, yəni 6.5 milyonluq tenderi etməmək üçün 130 dənə 50 minlik kotirovka keçirmə. Ancaq konkret yazılmasa da səmərəlilik və sərfəlilik baxımdan da lap 6.5 milyonluq tenderin 325 minlik 20 lota bölünüb 20 ayrı podratçı ilə müqavilə bağlanması yekun məbləği daha da şişirdə bilər çünki hər bir firmanın ümumi inzibati "overhead" xərcləri olur, bu da büdcənin səmərəli istifadə edilməməsi mənasına gəlir.

Lakin digər tərəfdən, dövlətin sosial yükü də olduğu üçün büdcədən qənaət indiki halda prioritet hesab edilməyə də bilər. Sadəcə çətin məsələ odur ki, sırf 20 firmanı təmin etmək üçün 1 işin ayrı lotlara bölünməsi məsuliyyət bölgülərini mürəkkəbləşdirəcəyi üçün 20 müqavilənin idarə edilməsini də çətinləşdirəcək, üstəlik hər lotun 20 firmadan birini udmasını da təmin etmək mümkün deyil, ola bilər o halda belə bütün lotları eyni firma udar. Dövlət bunu ancaq bir mənbədən satınalma ilə edə bilər bu da qeyri-şəffaflıq yarada bilər, çünki elə firmalar çıxa bilər ki onlar yaddan çıxsın və kənarda qalsın.

Qısacası bu xoş niyyəti satınalma zamanı həyata keçirmək demək olar mümkünsüzdür, bizneslərə ən yaxşı dəstəyi indiki halda birbaşa dövlət büdcəsindən ayırmalarla və ya vergi güzəştləri ilə etmək daha əlverişli və praktik ola bilər, onun da necəsini bu sahənin mütəxəssisləri açıqlaya bilər.

P.S. Kiminsə dostluğunda varsa bu cavab postu barədə müəllifi məlumatlandırmaq üçün posta tag etməyiniz xahiş olunur

bottom of page