top of page

Satınalmaçıların və təchizatçıların yeni məkanı!

Updated: Feb 16, 2022

Satınalmaların keçirilməsi prosesini elektronlaşdırmaq məqsədilə PAŞA Bank tərəfindən yaradılmış və artıq 4 aydan çoxdur ki, istifadəyə verilmiş GRO platforması satınalmaçıların və təchizatçıların yeni məkanı olmaqda iddialıdır!

2021-ci ilin oktyabr ayından etibarən aktiv fəaliyyət göstərən platformada bu günə qədər qeydiyyatdan keçmiş 1300-ə yaxın istifadəçi tərəfindən 55 fərqli kateqoriyada 500-dən çox satınalma sorğusu yaradılmış və bu sorğulara 1600-dən çox qiymət təklif təqdim edilmişdir. Statistikaya əsasən istifadəçilər GRO vasitəsi ilə 21%-ə qədər qənaət əldə ediblər.


GRO nədir və əsas məqsədi nədir?

Satınalan təşkilatların satınalma mütəxəssislərini və təchizatçı şirkətlərin satış mütəxəssislərini bir araya gətirən GRO-Gələcəyin Rəqəmsal Ortaqlığı- layihəsi satınalma və biznes platformasıdır. Layihənin əsas məqsədi iqtisadiyyata və bazara yeni bir nəfəs gətirmək, eləcə də şəffaf və əlçatan mühit yaratmaqdır.


GRO necə işləyir?

Ümumi olaraq iş prinsipi sadədir. Satınalan şirkət almaq istədiyi malın və ya xidmətin detallarını yazır və sorğunu platformada paylaşır.

Bundan sonra isə platforma bu barədə maraqlı təchizatçıları sms və elektron poçt vasitəsi ilə məlumatlandırır. Bu məlumatlandırma əsasən kateqoriyalar üzrə aparılır. Məsələn, siz satınalan təşkilatsınız və sizə ofis ləvazimatları lazımdır. Sorğu paylaşılan andan etibarən ofis ləvazimatları satan sahibkarlara sms bildiriş gedir. Təchizatçılar sorğuya əsasən uyğun gələn satınalma predmeti üzrə öz qiymətlərini onlayn şəkildə göndərirlər. Sorğunun vaxtı bitəndə GRO təqdim edilən təklifləri müqayisə edir və satınalan təşkilata göstərir. GRO ilə satınalmaları edən zaman ənənəvi şəkildə təchizatçı axtarmağa və onlara tək-tək sorğu göndərməyə ehtiyac qalmır. Bütün sadalanan proseslər avtomatlaşdırılıb. Satınalana düşən iş isə yalnız əldə etmək istədiklərini bildirmək və qalan vaxtdan səmərəli istifadə etməkdir.

Təqdim edilmiş təkliflər və təklifi təqdim edən şirkətlər açılış gününə kimi məxfi saxlanılır. Bunu etməkdə məqsəd seçimin şirkətin brendinə deyil, məhsul və keyfiyyətinə görə edilməsidir. Qeyd edək ki, platformada paylaşılan elanlardan açıq olanları ilə TST səhifəsinin satınalma elanları bölməsində də tanış ola bilərsiniz.


GRO-da kimlər var

Bytelecom, Azerbaijan Fish Farm, Delta Qrup, Papa Johns kimi nüfuzlu şirkətlər öz satınalmalarını buradan paylaşıblar. Əlavə olaraq son günlərdə Air Group MMC tərəfindən yaradılan sorğu rekord qıraraq 21 təklif alıb və uğurla yekunlaşıb. Qeyd etmək lazımdır ki, ənənəvi qaydada bu qədər təklif yığmaq çətin və çox vaxt sərf edən prosesdir.


GRO-da qeydiyyat

GRO-ya bütün sahibkarlar və hüquqi şəxslər qoşula bilər. GRO PAŞA Bankın yaratdığı platforma olsa da, başqa bank müştəriləri də qeydiyyatdan keçə bilir.

Bunun üçün PAŞA Bankda hesab və s. açmaq lazım deyil. Ümumi olaraq platformada qeydiyyatdan keçmək çox asandır, sadəcə Asan İmza ilə www.gro.az veb səhifəsindən hesabınızı yaradaraq həm satınalan (alıcı), həm də satıcı kimi fəaliyyət göstərə, platformanın mövcud imkanlardan tamamilə pulsuz yararlana bilərsiniz.

bottom of page