top of page
Writer's pictureElşən Həsənov

Satınalma strategiyasının müəyyənləşdirilməsi

Updated: Feb 13, 2021

Satınalmada ən vacib məqamlardan başlıcası hesab olunan satınalma strategiyasının müəyyənləşdirilməsidir. Strategiya deyildikdə bəs nə başa düşülür və satınalma strategiyası necə olur?

Strategiya qaranlıq bir yerdə işıq ilə gəzməyə bənzəyir əgər əlində fənər varsa sən ən yaxşı halda (simvolik) 3-5 metr qabağını görüb yolunu planlaya bilirsən. Strategiyanı isə projektor ilə müqayisə etmək olar, belə ki, projektor sənin yolunu 200-300 metr hətta daha çox işıqlandırdığı üçün maneələri daha əvvəldən görüb manevr etmək mümkün olur və beləcə fənərin göstərə bilmədiyi problemləri həll etməyə əlavə vaxt sərf etmiş olmursan.

Satınalma strategiyası sadə dildə desək böyük satınalmaları əvvəlcədən planlayıb podratçılar arasında effektiv rəqabətin yüksək olduğu düzgün paketlərə bölməklə almaqdır. Bunu da belə bir analogiya izah etmək olar ki, təsəvvür edin uzaq bir məsafədə yerləşən hədəfə bir məktub çatdırılmalıdır, bu yol isə dənizdən, bataqlıqdan, düzlükdən keçir. Burda düzgün strategiya dənizdən keçən hissəni suda yaxşı üzə bilən canlılar (balıq, delfin və s.), bataqlıqdan keçən hissəni həmin hissəni uçub keçə biləcək canlılar (qartal, leylək və s.) və düzlükdən keçən hissəni isə yaxşı qaça bilən (at, çita və s.) canlılar arasında seçim edərək birinə verməklə çatdırmanı həyata keçirməkdir. Paketlər düzgün bölünmədikdə məsələn bütün bu hissələri birləşdirib ortabab həm gəzə, həm uça həm də üzə bilən bir canlıya verdikdə (məsələn ördəyə) hədəfə çata bilsən də effektiv/səmərəli satınalma etmiş olmayacaqsan. (bax: #fiverights #beşdoğru https://www.facebook.com/procurement.tender/posts/1466730990008466)

Bacarıqlı satınalmaçı bazar iştirakçılarını yaxşı tanımaqla (kateroqiyalarını müəyyənləşdirməklə) və bir işi bu tip kateqoriyalara bölüb müvafiq hissələr üzrə effektiv rəqabət nəticəsində podratçıları seçə bilməlidir.

Şəklin tərcüməsi: Ədalətli seçim üçün hər kəsin eyni imtahanı verməsi lazımdır. Xahiş edirik hər kəs bu ağaca çıxsın.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page