top of page
Writer's pictureElşən Həsənov

Satınalma mütəxəssisi = Günah keçisi???

Bu gün LinkedIn'də 2 türk və 1 danimarkalı həmkarımızın aşağıdakı keçiddə ətraflı oxuya biləcəyiniz 4 yazısı və yazılara gələn şərhlər diqqətimizi çəkdi.

Hər üç yazıda ortaq cəhət o idi ki, bizim da daha əvvəl səhifələrimizdə xüsusilə aşağıdakı paylaşımlarda dəfələrlə vurğulanan məqamların sırf Azərbaycan bazarına xas olmaması məsələsi idi.

Bizim də onların da satınalmaya dair gəldiyimiz ortaq qənaətlər aşağıdakı kimidir: - Şirkət rəhbərləri satınalmaya 2-ci, 3-cü dərəcəli funksiya kimi baxır, satınalmanın əhəmiyyətini anlamır - Hər kəs satınalma işini görə-görə satınalmanı öyrənə bilmir, xüsusilə bu vəzifəyə tanış-bilişlər təyin olunanda - Xüsusilə rəhbər vəzifələrdə olan bu adamlar bu işi öyrənənə kimi şirkətə həm çox ziyan dəyir, həm də "əskisi tüstülü" olan satınalmaya rəhbərlərin, digər şöbələrin münasibəti daha da pisləşdirir - Satınalmaçıya hərşeyşünas kimi baxırlar, az qalırlar deyələr ki, "ala bu 55 qəpiyi get 1 çörək al üstü də qalsın", sonra desinlər ki, "belə-belə qazanırsız haa" - Zaman-zaman bəzi funksiyaların hörməti artır, əvəllər satış, indi HR amma satınalmaya növbə çatmır ki çatmır - Demək olar bazarda hər məhsul kateqoriyasında əksər firmaların təklif etdiyi mallar eyni xüsusiyyətlərə malik olduqları üçün yeganə fərqlənəcəkləri məsələ qiymətləridir, qiyməti isə azaltmaq/optimallaşdırmaq (yalandan endir-endir deməklə yox) funksiyasını ancaq şirkətin az qala xərclərinin 50%-ini idarə edən işini bilən satınalmaçılar edə bilər!

Bu siyahını daha da uzatmaq olar...

Bu funksiyanın önəminin artması üçün işini sevən satınalmaçıların (fərqi yoxdur təyin edilib, təsadüfən gəlib çıxıb) üstünə ciddi yük düşür. Qısa müddətli qazancın başını buraxıb uzun müddətli fayda və gəlir əldə etmək üçün öz işinizi çox yaxşı öyrənib, çox yaxşı görməlisiniz, rəhbərliyin hər tapşırığı (xüsusilə də rəhbər vəzifədə olanlar) icra edərkən bir töhvə qatmaq lazımdır ki, rəhbərlik sizin və sizin simanızda bu funksiyanın da lazımlı olduğunu başa düşsün əks təqdirdə tapşırığı olduğu kimi icra etsəniz sabah o tapşırığı satınalmaya yox şirkətdə gündəlik inzibati işlərlə məşğul olan əməkdaşlara verib sizin də gücünüzü, sözünüzün kəsərini azaldacaqlar...

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page