top of page

Maraqların ziddiyyəti/toqquşması

Updated: Feb 13, 2021

Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi saytında 18 iyul tarixində dərc edilmiş "Agentlik öz rəhbərinin əvvələr direktoru olduğu şirkətin mallarını alır" http://marja.az/news/45070... başlıqlı məqalədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və ona tabe olan qurumların 643 min manatlıq iki tenderin qalibi olaraq Agentliyin sədri Qoşqar Təhməzlinin (Təhməzov) 2008-2016-cil illərdə baş direktoru olduğu Medeks LLC-ni elan etməsi birmənalı qarşılanmamışdır. Oxşar xəbərlər bir neçə xəbər saytında da yer aldı və ciddi müzakirə predmetinə çevrildi.

Bu hadisə maraqların ziddiyəti amilinə çox gözəl nümunədir. Həmişəki kimi ilk olaraq baxaq görək Qanunvericilikdə bu proses necə tənzimlənir. Satınalma qanununun 13-cü maddəsi bu məsələyə aydınlıq gətirir:

"13.2. Aşağıdakı şəxslər satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər: 13.2.1. satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanlar; 13.2.2. satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi olanlar."

Sırf hüquqi perspektivdən baxıldıqda agentliyin nümunəsinə gəldikdə keçmiş biznes əlaqəsi olduğu iddia edilən şəxs üç il tələbini pozsa da həmin şəxs agentliyin rəhbəri olduğundan və qanunun 23.1.-ci maddəsinə görə sifarişçi təşkilatın rəhbəri tender komissiyasının sədri (və dolayı olaraq üzvü) ola bilməyəcəyinə görə və tender komissiyasından başqa heç kim satınalma proseduruna müdaxilə edə bilməyəcəyinə görə burada maraqların ziddiyyəti yoxdur. Lakin reallıq xüsusilə satınalma zamanı əksər hallarda hüquqi tələblərlə üstüstə düşmədiyindən şübhələnməkdə əsas ola bilər. Əksər hallarda tender komissiyası formal fəaliyyət göstərir, təşkilatın rəhbəri isə komissiyanın qərarlarında demək olar birbaşa təsir göstərir. Bundan başqa 3 il tələbi qoyulsa da bu kimi hallarda praktika göstərir ki, bu tip biznes münasibətləri hətta yeni dövlət vəzifəsi olsa belə davam edir hətta dövlət vəzifəsini itirdikdən sonra yenə köhnə işlərinə qayıdırlar (bax: Fizuli Ələkbərov - İmprotex Motors/BMW).

Bəs maraqların toqquşması nədir və nəyə görə olması arzu olunmur? Bu elə bir haldır ki, vəzifədən kənar münasibətlər vəzifə öhdəliklərini icra edərkən vəzifədə olduğu qurumun maraqlarını təmin etmək bilərəkdən bəzən isə BİLMƏDƏN mümkün olmur. (https://www.thebalancesmb.com/what-is-a-conflict-of...) Bu barədə Şeyx Şamil qanunu pozan anasına kəsilən 40 şallaq cəzasını öz üzərinə çəkib “Anama vurulacaq çubuğu mənə vurun” deməsi hekayəsini yəqin ki, çoxları eşidib. Bu çox istisnai hallardan biridir ki, maraqların toqquşması olduğu halda Şeyx Şamil vəzifə öhdəliklərini əsas götürərək müvafiq qərar verilib heç kim öz anasına şallaq vurdurmaq istəməz. "Dövlətin malı dəniz yeməyən donuz" prinsipini mənimsəmiş əksər dövlət məmurları bu kimi hallarda nəyinki dövlət marağını təmin etməyə azca da olsa çalışır heç bu barədə düşünmürlər də çox təəssüf ki. Agentliyin misalında isə bu xəbərin olduğu Facebook postlarında bəzi şəxslər Agentliyin rəhbərinin çox yaxşı adam olması və s. kimi onun haqqında müsbət fikirlər paylaşaraq bu xəbərin qarayaxma olduğunu iddia ediblər. Ola bilər qarayaxma halı da olsun lakin gərək bu qarayaxma üçün də fürsət verilməyə.

bottom of page