top of page

INCOTERMS nədir?

Updated: Feb 16, 2021

Tarixi: INCOTERMS (international commercial terms-beynəlxalq ticarət sövdələşməsi) ideyası ilk dəfə 1921-ci ildə Beynəlxalq Ticarət Palatası (BTP) tərəfindən irəli sürülmüşdür. BTP-nin mütəxəssisləri tərəfindən hazırlanan İNCOTERMS-in ilk versiyası 1936-ci ildə dərc olunmuş və təxminən 20 il qüvvədə qalmışdır. 1967,1976,1980, 1990, 2000 illərdə sənədə bəzi əlavə və dəyişkiliklər edilmişdir. Sənədin ən son versiyası olan “İNCOTERM 2010” 1 yanvar 2011-ci il tarixindən etibarən qüvvəyə minmişdir.

Tərifi: Məhsulların satışı və çatdırılması üzrə imzalanan xarici və yerli müqavilələr çərçivəsində tərəflərin müvafiq öhdəlikləri, o cümlədən xərc və risklərin müəyyənləşdirilməsi ilə əlaqədar qəbul olunmuş beynəlxlaq satandartlardan ibarətdir. Bu qaydalar məhsulun satıcıdan alıcıya çatdırılması zamanı qeyd olunan məsələlər üzrə tərəflər arasındakı münasibətləri tənzimləyir. BMT-nin Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİTRAL) İNCOTERMS-in qaydalarını qlobal standart kimi tanımışdır.


 

Qeyd: İNCOTERMS qaydaları müqavilə demək deyil. Bu qaydalardan məhsulların satışı və təyinat məntəqəsində çatdırılması üzrə imzalanan müqavilələrdə istifadə olunur. Bu qaydalar hüquqi baxımdan ölkədaxili müvafiq qanunlardan üstün deyil və mülkiyyət hüququnun ötürülməsi, ödəniləcək məbləğ, valyuta və ya kredit şərtlərini tənzimləmir.

 

Sonuncu versiyası 2010-cu ildə təsdiq edilmiş INCOTERMS'in 2020-ci ildən qüvvəyə minəcək qaydaların artıq ilkin versiyasının hazır olduğu bildirilir.

Dəyişikliyə əsasən ən çox istifadə olan qaydalardan DDP (əsasında DTP və DPP yaradılır), EXW, eləcə də FAS ləğv olunur və yeni qayda (CNI) yaradılır.

Detallarla bu keçiddən tanış ola bilərsiniz.

Qeyd edək ki, bu günə qədər Incoterms qaydalarına 7 (1936, 1953, 1967, 1976, 1990, 2000 və 2010) dəfə dəyişiklik edilmişdir.

bottom of page