top of page
Writer's pictureElşən Həsənov

Həddindən artıq (anormal) ucuz təklif

Updated: Feb 13, 2021

World Bank satınalma təlimatında bu ifadənin açıqlaması aşağıdakı kimidir:

Təklif qiyməti təklifin digər elementləri ilə birlikdə o qədər aşağı görünür ki, bu satınalan təşkilatda təklif təqdim edən iddiaçının qalib olduğu təqdirdə müqaviləni icra edəcəyinə dair ciddi şübhələr oyadırsa buna anormal ucuz təklif deyilir

An Abnormally Low Bid/Proposal is one in which the Bid/Proposal price, in combination with other elements of the Bid/Proposal, appears so low that it raises material concerns with the Borrower as to the capability of the Bidder/Proposer to perform the contract for the offered price.


Başqa ifadə ilə desək bu bir növ satınalmaçıların sınandığın bir tələdir! Satınalmanı bəsit olaraq ən ucuz təklif alan kimi görərək bu sahədə bəsit bilikli adamlarla işləyənlərin ən çox düşdüyü tələdir bu. Hətta əksər şirkət rəhbərləri eləcə də onları seçdikləri "satınalmaçılar" belə ucuz təklif görən kimi atlanırlar təklifə elə bilirlər təklif verəni aldadıb qabağa düşəcəklər ancaq nəticədə satınalan tərəf nə istədiyinə nail olur nə də qabağa düşə bilir, əksinə dala düşür.


Belə hallar bəs necə aşkarlanır? Bunun üçün ilk növbədə satınalmaya başlamazdan əvvəl ehtimal qiymət düzgün hesablanmalıdır. Yalnız bundan sonra belə halların müəyyələndirilməsi üçün Dünya Bankının təlimatında 2 yol tövsiyə olunur:

1) İştirakçı sayı 5-dən az olduqda ehtimaldan 20% aşağı olan təkliflər

2) İştirakçı sayı 5-dən çox olduqda təkliflərin ortalamasında 1 standart kənarlaşma (standart deviation) aşağıda olan təkliflər


Yuxarıda qeyd olunan üsullarla anormal ucuz təkliflər müəyyənləşdirildikdən sonra ətraflı yoxlama aparılıb ucuz olmağın əsaslı səbəblərinin olub-olmaması aydınlaşdırılmalıdır. Hər anormal ucuz görünən təklif qəbul edildikdə uğursuzluqla nəticələnməyə bilər əgər təklifin ucuz olması üçün əsaslı səbəblər QİYMƏTLƏNDİRMƏ zamanı aşkanarsa. Ancaq belə detallı yoxlama aparılmadığı zaman əksər hallarda icraçılar bu məbləğə işi yekunlaşdıra bilmirlər.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page