top of page

FIDIC nədir?

Writer's picture: Elşən HəsənovElşən Həsənov

Updated: Feb 16, 2021

Mütəxəssis-Məsləhətçilərin Beynəlxalq Federasiyası (Fédération Internationale Des Ingénieurs-Conseils, FIDIC) 1915-ci ildə İsveçrənin Lozan şəhərində qurulub. Federasiya tikinti müqavilələri və müqavilə standartlarının hazırlanmasına görə tanınır.

Hal-hazırda FIDIC tərəfindən tikinti işləri məqsədlərinə görə 8 fərqli kitab hazırlanıb: 1. Red Book (1957, 1987, 1996, 1999) – Qırmızı Kitab (Sifarişçi tərəfindən planlanan sadəcə tikinti işləri üçün); 2. Yellow Book (1999) – Sarı Kitab (Layihələndir və tik işləri üçün); 3. Silver Book (1999) – Gümüş Kitab (Tamam kamal (turnkey, anahtar teslimi) layihələr üçün); 4. Green Book – Yaşıl Kitab (Tender məbləği 500.000 ABŞ dolları keçməyən müqavilələr üçün); 5. White Book – Ağ Kitab (Sifarişçi/məsləhətçi xidmət müqavilələri üçün); 6. Gold Book (2008) – Qızılı Kitab (Layihələndir, tik, idarə et (Design-build-operate, DBO) müqavilələri üçün); 7. Orange Book (1995) - Narıncı Kitab (Layihələndir və tik müqaviləsinin ilk nümunəsi); köhnə; 8. Pink Book (2005, 2006, 2010) - Çəhrayı Kitab (Qırmızı kitabın çoxtərəfli inkişaf bankları (multilateral development bank, MDB) üçün uyğunlaşdırılmış variantı).

Bu müqavilələrdən #tender'də ən çox istifadə olunanları Qırmızı və sarı kitablardır.

 

FIDIC 5 dekabrda (ilk buraxılışından 17 il sonra) kitabın 2-ci nəşrini buraxdı. Dəyişikliklər üzrə ətraflı məlumatı PDF fayldan əldə edə bilərsiniz.

Qırmızı kitabın qiyməti 43 (çap olunmuş)-195 (elektron) avro arasında dəyişir.

Qırmızı, sarı və gümüş kitab dəstinin (rainbow suite) qiyməti 116 (çap olunmuş)-526 (elektron) avro arasında dəyişir.

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
  • TST_Facebook
  • TST_LinkedIn
  • TST_Instagram
  • TST_YouTube
  • TST_Telegram
  • TST_Mail
  • TST Telegram qrup

Məlumat və yeniliklərdən vaxtında xəbərdar olmaq üçün

Abunəliyiniz qeydə alındı!

© 2025 TST

Bu səhifənin və burada paylaşılanların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə heç bir əlaqəsi yoxdur!
Qurumun rəsmi səhifələri competition.gov.azetender.gov.az-dır.

bottom of page