Dünyanın ən gəlirli (482 milyard dollar) və ən çox işçisi (2,2 milyon) olan Walmart şirkətinin təchizat zəncirində çox sayda etiksatınalmanın pozuntuları müşahidə olunur. ABŞ kimi yüksək standartlara malik ölkədə bu qədər ucuz sata bilməyin yeganə yolu "ən təbii yolu" Çin, Banqladeş kimi aşağı işçi standartları olan ölkələrdən idxal etməkdir. Bu isə o deməkdir ki, bu cür böyük şirkətlər hər bir şeyə sadəcə maddi xərc olaraq baxırlar göstərilən fəaliyyətin çevrəyə əhaliyə (üçüncü tərəflərə, externalities) olan zərərlərin (social cost) nəzərə almırlar. Etik satınalma prinsipinə əsasən satınalan təşkilat satınalma etdiyi şirkətlərdə də qanunvericiliyə/normal tələblərə uyğun iş prinsipinin olduğundan əmin olmalıdır. İşçi haqlarının sui-istismar edildiyi, ucuz sata bilmək üçün qeyri-qanuni yolla işçilərdən (əmək müqaviləsi olmadan, vergisi ödənilməyən, "0" sosial təminatlı) istifadə olunduğu şirkətlərlə əməkdaşlıq ən son nəticədə şirkətin adına da ləkə hesab edilir.
Aşağıda CIPS (Chartered Institute of Procurement and Supply) təşkilatının yayımladığı başlıca etik satınalma prinsipləri (ethical purchasing practices) ilə tanış ola bilərsiniz.
Şəffalıq, məxfili və ədalətlilik/Bütün təchizatçılar ilə satınalmanın bütün mərhələlərində ədadətli və bərabərlik prinsipləri ilə münasibət saxlanılmalıdır (Transparency, confidentiality and fairness / All suppliers should be treated fairly and even -handedly at all stages of the procurement process)
Gücdən istifadə/Alıcılar alıcılıq güclərindən və nüfuzlarından ədalətsiz özbaşına-ixtiyari istifadədən çəkinməlidirlər (Use of power/Buyers should discourage the arbitrary or unfair use of purchasing power or influence)
Korrupsiya/Alıcılar korrupsiyaya yol verməməlidir və buna göz yummamalıdır (Corruption / Buyers must not tolerate corruption in any form)
Maraqların ifadəsi/Bütün şəxsi maraqlar açıq şəkildə göstərilməlidir (Declaring an interest/All personal interests should be declared)
Biznes hədiyyələri və qonaqpərvərlik/Havayı nahar deyə bir şey yoxdur (Business gifts and hospitality/There’s no such thing as a free lunch)
Təchizatçılardan ödənişləri/Təchizatçılar təsdiqlənmiş təchizatçı siyahsına düşmək üçün ödəniş etməməlidir (Payments from suppliers/Suppliers should not have to pay to be included on an approved or preferred supplier list)
Ödəniş şərtləri/Gec ödənişlər təşkilatın etibarını şübhə altına alır (Payment terms/Late payments undermine an organisation's credibility)
Barter və qarşılıqlı alış-veriş/Barter qəbul olunan prinsip olsa da qarşılıqlı alış-veriş qəbul edilməyə bilər (Yəni qalib olmaq üçün mütləq təchizatçı alıcıya nəsə verməli deyil, onsuz da alan da satan da qazanclı olur istədiyin alıb satmaqla) (Barter and reciprocal trading/Where appropriate, barter is acceptable business practice, but reciprocal trading may not be)
Təchizatçı münasibətləri və rəqabət/Təchizatçı münasibətləri professional idarə edilməlidir (Supplier relationships and competition/Relationships with suppliers, regardless of duration, should be managed professionally)
Kiçik bizneslərə dəstək/Alıcılar mümkün olduğu qədər yerli icmaya və kiçik bizneslərə dəstək olmalı, həmçinin qlobal alıcılıq imkanlarını da artırmalıdır) (Encouraging small businesses/Buyers should, wherever possible, be aware of opportunities to support the local community and SMEs, whilst maximising opportunities for global sourcing)
Sosial məsuliyyət/Sosial məsuliyyət daşıyan alıcılar təchizatçılarının məcburi əmək, təşkilatlanmaq azadlığı, uşaq əməyi, iş saatları, maaşlar, ayrıseçkilik məsələlərinə diqqət yetirməlidir (Social responsibility/Some of the worker welfare issues which a socially responsible buying organisation should address when reviewing its supply chains include forced labour, freedom of association, health and safety, child labour, wages, working hours and discrimination).
Məcburi əmək/Təchizatçılar məcburi/zorakı əməkdən və ya məcburi həbsxana əməyindən istifadə etməmlidir) (Forced labour/Suppliers should not use forced, bonded or involuntary prison labour)
İşəqəbul münasibətləri/İşçilərin qanuni müqavilələri olmalıdır (Employment relationship/Employees should have legal contracts)
Təşkilatlanma azadlığı/Kollektiv danışıq azadlığı (Freedom of association/Right to collective bargaining)
Maaş və iş saatları/Yaşayış minimum ödənməlidir, aşağı maaşlar hər ölkədə etik, iqtisadi və social problemlər yaradır (Wages and working hours/Living wages are paid. Low wages raise ethical, economic and social problems in all countries)
İşçilərlə münasibət/İşçilərlər qatı və ya qeyri-insani münasibətə icazə verilməməlidir (Treatment of employees/No harsh or inhumane treatment is allowed)
Qanun/Təchizatçılar hər zaman işlədikləri ölkənin qanunlarına tam əməl etməlidirlər) (Law /Suppliers should always work within the laws of their country)
Sağlamlıq və təhlükəsizlik/İşləmə şəraiti təhlükəsiz və hijyenik olmalıdır (Health and safety/Working conditions are safe and hygienic)
Uşaq əməyi/Uşaq əməyindən qəti şəkildə imtina edilməlidir (Child labour/Child labour shall not be used)
Ayrıseçkilik/Heç bir ayrıseçkiliyə yol verilməməlidir (Discrimination/No discrimination is practiced)
CIPS-in həminin "Satınalma və təchizatın idarə edilməsində etik biznes praktikaları" (Ethical Business Practices in Purchasing and Supply Management) adlanan sənədinə bu və digər prinsiplər ətraflı izah edilib
Birləşmiş Millətlər təşkilatının da bu sahədə yuxarıda qeyd olunanlarla təxminən oxşar məzmunda satınalma icraçılarının əl kitabçasının (UN Procurement Practitioner's Handbook) 4.4-cü maddəsində "Satınalmada etika" (Ethics in procurement) adlı prinsipləri yer alıb.
Comments