top of page

Tender elanları, iştirak haqları və ehtimal qiymətlər

Updated: Feb 13, 2021

Son günlərdə müzakirələr səbəb olan bu 3 məsələyə görə Dövlət satınalmaları haqqında qanunun və (ən yaxşı) praktikanın tələblərini ümumiləşdirib şərh etmək qərarına gəldim.

Hər üç məsələ fərqli mövzu olsa da əslində eyni nəticəyə xidmət edir. Əvvəla onu qeyd edək ki, tender daha böyük və daha mürəkkəb olduğundan bu proseslər daha çox nəzərə çarpır lakin bu proseslər bütün satınalmalar üçün eyni əhəmiyyət daşıyır.

Tender elanına gəldikdə, Qanunun 25.1.-ci maddəsinə görə "Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü (~42 təqvim günü), ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitələrində, habelə rəsmi internet saytında verilməlidir." Tenderlərin internet saytında elan verilməsi 28 dekabr tarixli düzəlişdən sonra daha da aktuallaşıb. Düşünürəm ki, bu maddə ümumiyyətlə dəyişdirilib (oxunmayan) qəzetlərdəki elanları (hansı ki 400-500 manat xərci olur) ləğv edib qonşu Gürcüstandakı kimi ancaq sayt üzərindən verilməlid