Dünyada dövlət satınalması ÜDM-nin 10-25%-ini təşkil edir, bu 10 trilyon dollara bərabərdir. Dünya Bankının statistikasına görə Bu rəqəm 2016-cı ildə Fransada hətta 48% olmuşdur. Azərbaycanda isə bu rəqəm həmin ildə 24% təşkil etmişdir. Dövlət satınalmasının əhəmiyyətini nəzərə alaraq 2021-ci ildən etibarən "Doing Business" hesabatına Dövlət satınalmaları (contracting with government) indikatoru da əlavə olunmuşdur.
Azərbaycan Respublikasında satınalma ilə bağlı ilk qanuni sənəd 19.12.1996 tarixində imzalanmış “Büdcə təşkilatları tərəfindən Malların (işlərin və xidmətlərin) satın alınması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərman olub. Daha sonra 11.02.1997-ci il tarixində “Tender haqqında” Qanun təsdiqlənmişdir. Hal-hazırda qüvvədə olan Qanun isə 1994-cü ildə dərc olunmuş Beynəlxalq Ticarət Hüququ üzrə Birləşmiş Millətlər Komissiyasının Malların, Tikintinin və Xidmətlərin Satınalınması üzrə Nümunə Qanun əsasında (United Nations Comission on International Trade Law-UNCITRAL Model Law on Procurement of Goods, Construction and Services) 27.12.2001-ci il tarixində təsdiq edilərək ona qədər mövcud olan qanunu əvəzləmişdir. Qeyd edək ki, UNCITRAL bu nümunəni 2011-ci ildə yeniləsə də, bizim qanuna 20 il ərzində əsasən 10 dəfədən çox xırda dəyişikliklər (28.12.2018-dəki istisna olmaqla) edilməklə kifayətlənilmişdi. Lakin 2021-ci ildə bu qanuna da ciddi dəyişiklik edilməsi və mövcud qanunun qüvvədən salınaraq yeni qanunun tətbiq edilməsi gözlənilir, bu barədə artıq bu sahədə müvafiq səlahiyyətli qurum olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib. Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında da öz əksini tapmışdır. Bundan başqa mövcud qanunun da yeni qanun çıxana qədər mümkün qədər təkmilləşdirilməsi üçün dəyişiklik layihəsi cari Fəaliyyət Planı çərçivəsində artıq hökumətə təqdim edilib. Keçən ildən başlayaraq dövlət satınalmalarına nəzarət də artırılmışdır.
Dövlət satınalmalarının şamil edildiyi təşkilatlarda satınalma qanunvericiliyinin pozulmasına görə Cinayət Məcəlləsində cinayət nəticəsində vurulmuş ziyanın dörd mislinədək miqdarda cərimə edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə, İnzibati Xətalar Məcəlləsində isə səkkiz min manatadək cərimə nəzərdə tutulur. Bu cərimələrin də yaxın müddətdə 2 dəfə artırılması ilə bağlı təkliflər var.
Mövcud qanunda boşluqlar çox olduğu və satınalan təşkilatlarda bu sahədə kifayət qədər təcrübəli kadrlar olmadığı üçün əksər tenderlərdə qanunun bilərəkdən və ya bilməyərəkdən yanlış tətbiq edildiyi və lazımi məlumatların tenderin əsas şərtlər toplusunda yanlış formada daxil edildiyi və ya ümumiyyətlə daxil edilmədiyi müşahidə edilir. Dövlət tenderlərində iştirak etmək üçün təklif hazırlayan təşkilatların nümayəndələri bu halları aşkarlaya bilmək və öz hüquqlarını təmin edərək qalib ola bilmələri üçün dövlət satınalmaları qanunvericilik haqqında zəruri biliklərə yiyələnməlidir.
Dövlət satınalmalarının şamil edilmədiyi özəl təşkilatlarda satınalma sahəsində təcrübəli mütəxəssislər olmadığı halda dövlət satınalmaları haqqında qanunvericilik prosedurların formalaşdırılması üçün ciddi kömək edə bilər. Nəticədə satınalma prinsipləri universal xarakter daşıyır, hər hansı sahələrə görə müəyyən prosedural fərqlər olsa da məntiq və ardıcıllıq dəyişmir. Bu prosesləri nəzəriyyə və təcrübə olmadan "try-fail" metodu ilə öyrənmək ciddi vaxt və maliyyə itkisinə səbəb ola bilər.
Təlim dövlət və özəl satınalmalar sahəsində uzun müddət təcrübəsi olan, həmçinin hal-hazırda dövlət satınalmalarına nəzarət orqanında şikayətləri araşdıran mütəxəssis (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarında Nəzarət Dövlət Xidmətinin, Dövlət satınalmaları şöbəsi = köhnə Satınalmalar üzrə Dövlət Agentliyi) və dövlət satınalmalarını tənzimləyəcək yeni qanun layihəsini, o cümlədən qanunvericilik sənədlərini hazırlayan komissiyanın üzvü olan Elşən Həsənov tərəfindən hazırlanmışdır.
Satınalmaların təşkili və müqavilələrin idarə olunması kursunda iştirak etmək fürsəti və imkanı olmayanlar üçün heç bir yerə getmədən istənilən vaxt məşğul ola biləcəyiniz gələcəyin təhsil platforması hesab edilən və təlim-tədris üçün qabaqcıl imkanlara malik Udemy portalında yerləşdirilən Dövlət satınalmalarının təşkili təlim kursu münasib qiymətə dövlət satınalmaları haqqında qanunvericiliyi tam əhatə etməklə qanunun ən çox işlək maddələrinin praktiki tətbiqini sadə və anlaşılan dildə və qısa müddətdə öyrənmək imkanı yaradır. Təlim iştirakçılarının dövlət satınalmaları qanunvericiliyi ilə bağlı əlavə sualları olduqda Udemy portalı vasitəsilə ünvanladıqları zaman bu suallara 1-24 saat ərzində cavab verilir. 27 fevral tarixinə qədər (son 4 saat!) "A1CE8DF153CB9A77204C" kodu ilə qeydiyyatdan keçənlərə 50% endirim tətbiq edilir.
top of page
Search
bottom of page
Yorumlar