top of page

Dövlət satınalmalarında təkliflər sorğusu

Updated: Feb 13, 2021

Dövlət satınalmalarında "Təkliflər sorğusu" (request for proposals) metodu nədir, necə tətbiq olunur və əslində necə olmalıdır

"Qanunun 18.1-ci maddəsinə əsasən təkliflər sorğusu və ya ikimərhələli tender (ayrı-ayrı metodlardır) aşağıdakı hallarda tətbiq oluna bilər: 18.1.1. malların (işlərin və xidmətlərin) müfəssəl xüsusiyyətlərini müəyyənləşdirə bilmədikdə, satınalan təşkilat satınalmalara dair tələbatını ödəmək üçün ən məqbul qərarı qəbul etmək məqsədi ilə... 18.1.2. satınalan təşkilat elmi-tədqiqatlar, eksperimentlər, axtarışlar və ya araşdırmalar aparılması məqsədi ilə müqavilə bağlamaq istədikdə (müqavilədə mənfəətin təmin edilməsi və ya tədqiqatlara və araşdırmalara çəkilən xərclərin ödənilməsi üçün kifayət qədər mal istehsal edilməsinin nəzərdə tutulduğu hallar istisna olmaqla)."

Aşağı-yuxarı qeyd olunan hallarda bu metodun tətbiqini normal hesab etmək olar ancaq həmin bəndlərin ardınca belə bir əndrabadi bir hal da əlavə edilib hansı ki bu metodun tətbiqi ilə qəti əlaqəsi yoxdur (təcili tələbat varsa bir mənbədənə müraciət edilməlidir):

"18.2.1. yaranmış tələbatın satınalan təşkilat tərəfindən satınalma prosesinin bilərəkdən uzadılmasının nəticəsi olmadığı və belə vəziyyətin yaranacağını əvvəlcədən görməyin mümkün olmadığı şəraitdə malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat yarandıqda və açıq tender prosedurunun və ya satınalmanın digər metodlarının tətbiq olunması praktiki cəhətdən məqsədəuyğun olmadıqda."

Təkliflər sorğusunda da kotirovkadakı kimi elan müddəti ilə bağlı minimum gün sayının qeyd edilməməsi bu metodu bir mənbədən satınalma ilə (qanundakı) kotirovka metodu arasında "ara keçid formu" (bax: Təkamül nəzəriyyəsi, Transitional forms) olmasına səbəb olub, yəni əslində olmalı olan ilə əlaqəsi yoxdur... Xüsusilə bu metodda da vaxt məhdudiyyətinin olmaması səbəbindən ehtimal qiyməti 50K AZN-dən yüksək satınalmalarda satınalan təşkilatlar bir mənbədən satınalma üçün icazə ala bilməyəndə bu variantdan müvafiq icra hakimiyyəti orqanı (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) ilə razılaşdırmaq şərti ilə istifadə edirlər (bax: lesser evil)

Bəs əslində necə olmalıdır? Təkliflər sorğusu (eləcə də ikimərhələli tender) qanunda 18.1-ci bənddə qeyd olunan formaya yaxın hallarda tətbiq olunur. Bu metod tətbiq olunarkən sifarişçi tam olaraq nə istədiyini müəyyən edə bilmədiyi üçün tender iştirakçılarından probleminə həllər istəyir və o həlləri nisbi olaraq bal ilə qiymətləndirir və nəticəni bu texniki və qiymət faktoru birlikdə nəzərə alaraq müəyyənləşdirir. Müqayisə üçün qeyd edim ki, tenderdə satınalan təşkilat daha çox nə istədiyini bildiyi (bilməli olduğu) üçün təklifləri sadəcə uyğun olub-olmamasının keçdi-keçmədi metodu ilə (pass-fail) qiymətləndirib uyğun olanlardan ən ucuz olanı seçir.

Qeyd edim ki, təkliflər sorğusu metodundan daha çox məsləhət xidməti (consulting services) satınalarkən istifadə olunur.

bottom of page