Nə qədər təəccüblü səslənsə də XEYR!
Qanunun 26.1.9.-cu bəndinə əsasən "malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar və prosedurlar tenderin əsas şərtlər toplusuna daxil edilməlidir", eyni zamanda 36.7.2.-ci bənddə bildirilir ki, "tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli sayılan tender təklifi" qalib gəlmiş sayılır.
Bəs təklifin sərfəli sayıla bilməsi üçün hansı meyarlarla qiymətləndirmə aparıla bilər? Bu sualın da cavabı 38.8.2.-ci bənddədir: - maların (işlərin) istismar, texniki xidmət və təmir xərcləri, - malların göndərilməsi, işlərin başa çatdırılması və ya xidmətlərin göstərilməsi müddətləri, - malların (işlərin) funksional xüsusiyyətləri, - ödəniş şərtləri və - mallar (işlər və xidmətlər) üçün təminat şərtləri
Başqa? Başqa heç nə...
Bəs obyektiv qiymətləndirmə aparmaq üçün bu tələblər kifayətdirmi? Əlbəttə ki yox!
Bəs reallıqda nə baş verir? Tələblər konkret olmadığı üçün əksər satınalan təşkilatlar "at oynadır" və bu qanun pozuntusu deyil.
Normalda bal meyarları ilə qiymətləndirmə üçün obyektiv qaydalar (qiymət aralıqları və s.), texniki-maliyyə nisbətləri (maliyyə balı heç bir halda 50%-dən aşağı olmamalıdır, yeganə istisna məsləhət xidmətləri ola bilər o da çox həssaslıqla tətbiq edilə bilər) və s. kimi çərçivələr müəyyənləşdirilməlidir. Qanunda qeyd edilən meyarların ümumiyyətlə bal ilə qiymətləndirilməsi düzgün deyil. Bal ilə adətən təcrübə, işçi heyət, metodologiya-texniki həllər kimi amillər qiymətləndirilir
Ümumiyyətlə tender üçün bal meyarının tətbiq edilməsi düzgün deyil, çünki daha əvvəlki postda da vurğuladığımız kimi (https://www.facebook.com/procurement.tender/posts/3777442715603937) hansı da təklifə üstünlük verilməsi daha çox həllərin axtarıldığı ikimərhələli tenderlərdə və ya təkliflər sorğusunda (məsləhət xidmətləri üçün) tətbiq olunur çünki satınalan konkret nə istədiyini özü də bilmir. Satınalan təşkilat nə istədiyini bilirsə və ya bazarda hazır praktika varsa (satınalan özü bilmirsə belə məsləhətçi cəlb edilməlidir) minimal tələblər müəyyənləşdirilib o tələblərə cavab verən ən ucuz təklif seçilməlidir.
Qeyd olunanları nəzərə alsaq bal meyarının tətbiq edilərək ən ucuz təklifin seçilmədiyi demək olar istənilən tender mübahisələndirilə bilər, onun üçün satınalan təşkilatlar da belə hallarda tədbirli olub ucuz təkliflərin qalib edilməməsi hallarına getməməlidir
Comments