top of page

Dövlət satınalmaları təliminin növbəti sessiyası yekunlaşdı!

Updated: May 1, 2023

İyul 27-i start götürən dövlət satınalmaları sahəsində çalışan və çalışmaq istəyən mütəxəssislər, eləcə də dövlət satınalmalarında iştirak etməyə maraqlı olan sahibkarların nümayəndələri üçün ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin A-dan Z-yə ətraflı izah edildiyi eyni zamanda əyani və onlayn təşkil edilən 15 saat davam edən Dövlət satınalmalarının təşkili (mütəxəssislər üçün) təlim kursunun növbəti sessiyası 6 avqustda yekunlaşdı!

Müxtəlif dövlət təşkilatlarının (Mərkəzi Bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin "Məlumat-Hesablama Mərkəzi" MMC, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan müəssisələr müdiriyyəti, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, "Təmiz Şəhər" ASC, Qax Rayon Mərkəzi Xəstəxanası və "SOCAR-STP" MMC) satınalma mütəxəssisləri, eləcə də dövlət satınalmalarında iştirak edən təchizatçıların ("Cleverest" Xaricdə Təhsil Şirkəti) nümayəndələrinin iştirakı ilə baş tutan təlimdə həftəiçi və həftəsonu olmaqla ümumilikdə 6 dərs ərzində ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun bütün maddələri (əlaqədar qanunvericilik sənədləri beynəlxalq praktika, qanunvericilikdə gözlənilən yeniliklər xaric - bu təlimin geniş variantında tədris olunur) birlikdə 25 mövzu üzrə qruplaşdırılaraq əyani və onlayn formatda izah edildi. Həmçinin dövlət satınalmalarının vahid internet portalının həm satınalan təşkilat, həm də təchizatçı tərəfindən istifadəsi əyani göstərildi.


Sonuncu dərsdə dövlət satınalmalarının vahid internet portalında istifadə əyani qaydada göstərilərək daha sonra 30 iyulda keçirilmiş imtahan suallarının cavabları Qanunvericiliyə istinad edilərək izah edildi.


Nəticələr

Kursun sonunda keçirilən test və sərbəst tipli olmaqla 43 sualdan ibarət əyani imtahan nəticələrinə görə 50+% nəticə göstərənlərə tamamlama sertifikatı, 50%-dən aşağı nəticə göstərənlərə isə iştirak sertifikatı təqdim edildi.


Statistika

Təlimə qoşulan 12 iştirakçıdan (10 əyani və 2 onlayn) 9-u keçirilən imtahanda iştirak etdi. Onlardan 6-i, yəni 66%-i 50 faizdən yüksək nəticə göstərərək tamamlama sertifikatı əldə edə bildi. İmtahanda orta bal 53 xal olmuşdur.


68% göstərici ilə ən yüksək nəticə göstərən iştirakçı Samirə Məmmədovaya "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" kitabı hədiyyə edildi!


Məzunlarımız

Təqdim edilən sertifikatların həqiqiliyini yoxlaya bilinməsi üçün bu günə qədər tərəfimizdən keçirilmiş müxtəlif təlimlərdə sertifikat almış iştirakçılar (ad-soyad, sertifikat nömrəsi, təlimin adın və tipi) barədə məlumatlar "Təlim" səhifəmizdə "Məzunlarımız" bölümünə əlavə edilib. İştirakçılardan LinkedIn profili olanların bəzilərinin profilləri ilə adları əlaqələndirilib (hyperlink).


Başqa təlim olacaq?

Təlimin növbəti sessiyasının daha geniş formatda, 30 saatlıq Əhməd müəllimin iştirakı ilə oktyabrın əvvəlində keçirilməsi planlaşdırılır. Təlimə qeydiyyat barədə yaxın zamanda məlumat veriləcək.


Tərəfimizdən keçirilən digər 6 təlimimiz barədə bu səhifədən məlumat ala bilərsiniz. Təlimlər, eləcə də digər məlumat və yeniliklərdən vaxtında xəbərdar olmaq üçün bizi sosial şəbəkə hesablarından izləyə, eyni zamanda abunə ola bilərsiniz!

bottom of page