top of page

Dövlət satınalmalarının təşkili
(mütəxəssislər üçün)

Dövlət satınalmaları sahəsində çalışan və ya çalışmaq istəyən mütəxəssislər üçün ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və əlaqədar qanunvericilik sənədlərinin A-dan Z-yə ətraflı izah edildiyi eyni zamanda əyani və onlayn təşkil edilən 15 saatlıq təlim kursu 

TST - Powerpoint - post - qisa_edited.jpg

Məqsədi

Kimlər üçündür

  • Dövlət satınalmaları sahəsində çalışan satınalma mütəxəssisləri

  • Tender komissiyasının üzvləri

  • Təklif hazırlayan təklif, satış və marketinq mütəxəssisləri

Nə öyrədiləcək

  • Dövlət satınalmalarını haqqında qanunvericilik

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqi

  • Dövlət satınalmalarının vahid internet portalından istifadə (əyani)

Tələblər

  • Dövlət satınalmaları haqqında minimal biliklər olması arzuolunandır (zəruri deyil)

Təsviri

Kurs haqqında

Bu kursda qüvvədən olan və ən son dəyişiklik (əlavələr) edilmiş da "Dövlət satınalmaları" haqqında Azərbaycan Respublikasının Qanununun və dövlət satınalmaları qanunvericiliyinə aid olan qüvvədə olan bütün qanun, fərman və qərarlar əsasında dövlət satınalmalarını təhlil edərək, qanunun bütün maddələri tək-tək izah edilir. 

Dövlət satınalmalarının təşkili (geniş) kursundan fərqli olaraq bu kursda (a) beynəlxalq praktika və (b) qanunvericilikdə gözlənilən yeniliklərdən bəhs edilməyəcək, eləcə də (c) Əhməd Həsənov iştirak etməyəcəkdir. Digər hər bir məqam eyni olacaqdır.

Təlim kursunda .

  • Kurs 1-i əyani təqdimatdan ibarət olmaqla ümumilikdə 26 mövzu əsasında təqdim edilir

  • Kursun müddəti 15 saat nəzərdə tutulub (3 həftə ərzində 5 dərs və 1 imtahan)

  • Kurs eyni zamanda əyani və onlayn keçiriləcək.

    • Əyani kursun iştirakçıları istədikləri vaxt onlayn da qoşulub iştirak edə bilərlər.

    • Onlayn iştirakçılar müddətləri əvvəldən razılaşdırmaqla 1 dərsdə əyani də iştirak edə bilərlər

    • Dərslər həm də video qeydə alındığından iştirakçılar 2-dən çox olmamaqla iştirak edə bilmədikləri dərslərin video qeydinə sonradan baxa bilərlər.

  • Bütün kurs iştirakçıları aşağıdakı sənədlərdən ibarət çap olunmuş kitabça əldə edəcəkdir:

    • Təlim təqdimat materialı

    • Dövlət satınalmaları haqqında qanunvericiliyə aid sənədlər toplusu;

    • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq fərmanı və digər əlaqədar sənədlərdəki istinadların birbaşa göstərildiyi ən sonuncu dəyişikliklər (27 dekabr 2021-ci il) əsasında hazırlanmış qanun.

  • Kursun sonunda keçiriləcək imtahan nəticələrinə görə 50+% nəticə göstərənlərə nəticələr göstərilməklə tamamlama sertifikatı, 50%-dən aşağı nəticə göstərənlərə isə iştirak sertifikatı təqdim edilir.

  • Kurs uğurla tamamlayan iştirakçılar sərbəst şəkildə dövlət satınalmalarını fərdi qaydada keçirmək üçün bütün zəruri biliklərə yiyələnəcəkdir.

Təlimçi -  Elşən Həsənov

Məzmunu

  1. Dövlət satınalmaları haqqında («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, satınalmalara dair statistika, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər, qanunun tətbiq dairəsi və qanuna nəzarət / Maddə 1, 3, 4, 61, 62 və 63)

  2. Satınalmaya giriş (Satınalmada əsas anlayışlar, prinsipləri, predmeti və mərhələləri (prosesləri) / Maddə 2 və 22)

  3. Satınalmaçı kimdir (Vəzifə öhdəlikləri, vəzifələr, bacarıqları-bilikləri, davranış etikası və maraqların ziddiyyəti / Maddə 13 və 13-1)

  4. Satınalmanın planlaşdırılması (Anlayışın təsviri, planlaşdırmaya dair tələblər, planın məzmunu və yerləşdirmə müddəti / Maddə 4-1)

  5. Ehtimal olunan qiymətin müəyyən edilməsi (Anlayışın təsviri, tələblər və ehtimalın hesablanma üsulları / Maddə 27)

  6. Tender komissiyasının formalaşdırılması (Komissiyaya dair tələblər, komissiyanın funksiyası, tərkibi və məsuliyyəti / Maddə 23 və 38)

  7. Tələbin formalaşdırılması (Malların (işlərin və xidmətlərin) təsvirinə aid tələblər, texniki tapşırıq, spesifikasiyanın növləri və onların yazılmasına dair tələblər/ Maddə 14)

  8. Qiymətləndirmə meyarlarının formalaşdırılması (Qiymətləndirmə metodları, ixtisas dair tələblər və qiymətləndirilən digər komponentlər / Maddə 6, 36 və 44)

  9. İxtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi (Beynəlxalq praktikada «prequalification» və qanunda uyğunluğun əvvəlcədən müəyyənləşdirilməsi proseduru / Maddə 7)

  10. Müqavilənin hazırlanması (Müqavilədə qiymətqoyma və ödəniş mexanizmi, satınalma predmetinə görə müqavilə seçimi / Maddə 40)

  11. Satınalma metodunun seçilməsi (Beynəlxalq və dövlət satınalmalarında satınalma metodları və onlardan istifadə şərtləri / Maddə 16, 17, 18, 19, 20, 21, 46, 47, 48, 49 və 50)

  12. Satınalma sənədlərinin hazırlanması (Satınalma sənədləri (tenderin əsas şərtlər toplusu və kotirovka sorğusu şərtləri) komponentlərinin siyahısı və məzmunu / Maddə 15, 24, 34, 49-1 və 53)

  13. Satınalma elanları və təkliflərin cəlb edilməsi (Elan (dəvət) müddətləri, məzmunu, iştirak haqqı, dövlət satınalmalarında iştirak və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər / Maddə 25, 26, 29, 41, 42 və 50-3)

  14. Satınalma sənədlərinə dair izahat və dəyişikliklər (Satınalma prosedurlarında məlumat vermə formaları, danışıqlar və sənədlərə dəyişikliklər / Maddə 9, 30, 39 və 43)

  15. Təkliflərin təqdim edilməsi və açılması (Tenderə təqdim edilən sənədlər (təklif məktubu, tender təklifinin təminatı, işçi heyət və s.) və təkliflərin açılması  / Maddə 28, 31, 32, 33, 35 və 50-4)

  16. Təkliflərin qiymətləndirilməsi (Təkliflərə baxılması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif, izahat və təkliflərin kənarlaşdırılması  / Maddə 6, 27, 36, 37, 44, 45 və 50-5)

  17. Satınalmanın nəticəsi (Tender komissiyasının qərarı, yekun protokol, satınalmanın ləğv olunması və qalibin iflasa uğraması  / Maddə 11, 37, 50-6 və 52)

  18. Müqavilənin imzalanması (Müqavilənin imzalanması və qüvvəyə minməsi, iş həcminə dəyişikliklər və icazələr / Maddə 5 və 40)

  19. Müqavilənin icrası (İşlərə başlanılması, müqavilənin yerinə yetirilməsi təminatı, avans və digər təminatlar, subpodrat, satınalma predmetinə görə ödəniş şərtləri və müqavilənin dəyişdirilməsi / Maddə 40-1, 40-2 və 51)

  20. Müqavilə iddiaları və mübahisələri (Başlıca mübahisə səbəbləri, tipik müqavilə problemləri, mübahisələrdə kömək vasitələri, iddia üçün tələblər, müqaviləyə xitam verilməsi / Maddə 40)

  21. Müqavilənin tamamlanması (Müqavilənin tamamlanması şərtləri, prosedurları və nəticələrin qiymətləndirilməsi / Maddə 40-1)

  22. Satınalma hesabatı (Satınalma prosedurları haqqında hesabat və satınalmanın sənədlər toplusu / Maddə 10, 54)

  23. Dövlət satınalmalarının vahid internet portalı (Portalın tarixçəsi, imkanları, inteqrasiya hədləri və əsasnaməsi  / Maddə 50-2)

  24. Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri  / Maddə 12, 55, 56, 57, 58, 59 və 60)

  25. Elektron satınalma (e-tender və e-kotirovka) keçirilməsinin əyani təqdimatı (Portala daxil olma, planın hazırlanması, elanın hazırlanması, ixtisas sənədlərinin yoxlanması, təkliflərin qəbulu və açılması, təkliflərin qiymətləndirilməsi, yekun protokolun tərtib edilməsi və nəticəyə dair bildirişin yerləşdirilməsi)

Kursun tarixləri

​Təlim kursunun 1-ci sessiyası yekunlaşdı!

Kursda iştirak

Yeri: W_space (Heydər Əliyev sarayının yaxınlığında, AFF Mall 4-cü mərtəbə)

İştirakçı sayı: əyani - 12 nəfər, onlayn - 8
İştirak haqqı (ödəniş üçün kart məlumatlarını və ya bank hesabı detallarını əldə etmək üçün bizimlə əlaqə saxlayın)

Online-eyani-dsqx
bottom of page