top of page

Dövlət satınalmaları: Təchizatçılar üçün

  • Dövlət satınalmalarında iştirak edən və ya etmək istəyən təchizatçılar üçün yeni qanunvericiliyin təchizatçıları maraqlandıran müvafiq hissələrinin izahı, təqdim etdikləri təklifin kənarlaşdırılmaması və qalib olma şansının artırılması üçün praktiki tövsiyələrin verilməsi.

  • Bundan başqa dövlət satınalmalarının vahid internet portalından (e-tender.gov.az) istifadəyə dair əyani təqdimatla təkliflərin elektron qaydada təqdim edilməsi göstərilir.

  • Tədbirdən sonra yaranan suallar ilə bağlı iştirakçılar keçiriləcək sual-cavab sessiyalarında endirimli şərtlərlə iştirak edə bilər.

  • Öyrəndiklərini və mövcud biliklərini yoxlamaq istəyən iştirakçılar endirimli şərtlərlə imtahanda iştirak edə bilər.

  • Təlim bitdikdən sonra 10 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı sualları ÖDƏNİŞSİZ cavablandırılır.

Məqsədi

Kimlər üçündür

  • Dövlət satınalmalarında iştirak edən və etmək istəyən bütün təchizatçılar*

Tədbirin məqsədi

  • Satınalma haqqında təməl və vacib məlumatlar

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin tez-tez tətbiq olunan əsas maddələrinin təhlilini

  • Dövlət satınalmalarını haqqında qanunvericiliyin praktikada tətbiqini

Tələblər

  • Kursa qoşulmaq üçün heç bir önbilgi və ya təhsil tələb olunmur

*satınalan təşkilatla bağlanacaq və ya bağlanmış satınalma müqaviləsinin, yaxud çərçivə sazişinin potensial və ya real tərəfi olan fiziki şəxs, hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan birgə fəaliyyət aparmaq üçün hüquqi və (və ya) fiziki şəxslərin müqavilə əsasında yaratdığı müvəqqəti və ya daimi birliyi;

Proqram

  1. Dövlət satınalmaları haqqında («Dövlət satınalmaları haqqında» qanunun tarixçəsi, qanuna edilmiş dəyişikliklər, satınalmalara dair statistika, dövlət satınalmaları qanunvericiliyə aid sənədlər, qanunun tətbiq dairəsi, yeni qanunvericiliyin xüsusiyyətlər, qanuna nəzarət, dövlət satınalmalarında əsas anlayışlar, prinsiplər və dövlət satınalmalarının mərhələləri)

  2. Satınalmanın planı və ehtimal olunan qiymət (Anlayışınların təsviri, plana dair tələblər və ehtiaml olunan qiymətin hesablanma üsulları)

  3. Tələbin və qiymətləndirmə meyarlarının formalaşdırılması (Satınalma predmetinin təsvirinə aid tələblər, təsnifat kodları, uyğunluq göstəricilərinə dair ümumi və xüsusi tələblər)

  4. Satınalma metodunun seçilməsi (Dövlət satınalmalarında satınalma metodları və onlardan istifadə şərtləri)

  5. Təkliflərin cəlb edilməsi (Elan (dəvət) müddətləri, məzmunu, istifadə və iştirak haqqı, dövlət satınalmalarında iştirak, maraqların toqquşması, etibarsız təchizatçı və mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dair tələblər)

  6. Şərtlər toplusuna və ona dair izahat və dəyişikliklər (şərtlər toplusu, müqavilə, danışıqlar, şərtlər toplusuna dair izahat və şərtlər toplusuna dəyişikliklər)

  7. Təkliflərin təqdim edilməsi və açılması (Satınalmaya təqdim edilən sənədlər (təklif məktubu, təklifinin təminatı, işçi heyət və s.) və təkliflərin açılması)

  8. Təkliflərin qiymətləndirilməsi (Təkliflərə baxılması, dövlət satınalmalarında güzəşt, anormal ucuz təklif, izahat və təkliflərin kənarlaşdırılması)

  9. Qalibin seçilməsi və müqavilənin imzalanması (Satınalma komissiyasının qərarı, yekun protokol, gözləmə müddəti, satınalmanın ləğv olunması, müqavilənin imzalanması və qüvvəyə minməsi, iş həcminə dəyişikliklər və icazələr, qalibin iflasa uğraması və satınalma hesabatı)

  10. Satınalma ilə bağlı şikayətlər (Şikayətçi kimdir, şikayət ərizəsi, şikayət müddətləri, şikayətin cavablandırılması və məsuliyyət tədbirləri)

  11. Müqavilənin icrası və dəyişiklik edilməsi (İşlərə başlanılması, müqavilənin yerinə yetirilməsi təminatı, avans və digər təminatlar, subpodrat və müqavilənin dəyişdirilməsi)

  12. Dövlət satınalmalarının vahid internet portalından istifadənin əyani təqdimatı (Portala daxil olma, təkliflərin təqdim edilməsi və sual-cavab)

Tədbir barədə

Tədbirin tarixi:

  • I sessiya: 02 mart (tamamlandı☑️) 

  • II sessiya: 21, 23, 28 və 30 oktyabr (19:00 - 21:00) (planlaşdırılır, tarix dəyişərsə qeydiyyatdan keçmiş iştirakçılara məlumat verilir) (qeydiyyat davam edir ⏳)

Tədbirin keçiriləcəyi yer: Worklab Coworking Center (Fikrət Əmirov 1, Hökumət Evinin arxası)

Müddət: 8 saat

Moderator-təqdimatçı

Qeydiyyat və ödəniş

Erkən qeydiyyat tarixi: 15 oktyabr (II sessiya)

İştirak haqqı:

  1. Korporativ: 

    • ƏYANİ: 290 AZN, eyni şirkətdən eyni müqavilə üzrə 2 iştirakçı olduqda 2-ci iştirakçıya, 3 və daha artıq iştirakçı olduqda isə bütün iştirakçılara endirimlə 260 AZN

    • ​ONLAYN: 190 AZN, eyni şirkətdən eyni müqavilə üzrə 2 iştirakçı olduqda 2-ci iştirakçıya, 3 və daha artıq iştirakçı olduqda isə bütün iştirakçılara endirimlə 160 AZN

    • Əyani və onlayn 2 iştirakçı olduqda onlayn iştirakçıya endirim tətbiq olunur

  2. Nağd:

    • ƏYANİ: 260 AZN, erkən qeydiyyat tarixinə qədər + 100% əvvəldən ödəniş endirimlə 230 AZN

    • ONLAYN: 160 AZNerkən qeydiyyat tarixinə qədər + 100% əvvəldən ödəniş endirimlə 130 AZN.

Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)

 

Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır: 

  • hər sessiya üçün yuxarıda qeyd olunan tarixə qədər müraciət edildikdə - 100% - tam

  • bu tarixdən sonra tədbir başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə

  • tədbir başladıqdan sonra  - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər

bottom of page