top of page

Satınalmaya giriş kursu

Satınalma sahəsində yeni başlayanlar üçün Udemy portalı vasitəsilə təqdim olunan bu kursda təməl satınalma prinsipləri, terminləri və prosedurlar barədə video təqdimat formatında ətraflı məlumat verilir.

Məqsədi

Kimlər üçündür

  • Satınalmaya yeni başlayanlar

  • Özünü gələcəkdə satınalma sahəsində görmək istəyənlər

  • Satınalma barədə ilkin məlumat öyrənmək istəyənlər

Nə öyrədiləcək

  • Əsas satınalma prinsipləri

  • Satınalma prosedurları

  • Satınalma mütəxəssisinin vəzifə və öhdəlikləri

  • Satınalma keçirmək üçün tələbin formalaşdırılması prinsipləri

Tələblər

  • Kursa qoşulmaq üçün heç bir önbilgi və ya təhsil tələb olunmur

Təsviri

Satınalma sahəsində yeni çalışmağa başlayan, başlamaq istəyən və ya özünü gələcəkdə bu sahədə görmək istəyənlər üçün hazırlanaraq TAM ÖDƏNİŞSİZ formada gələcəyin təhsil platforması hesab edilən və təlim-tədris üçün qabaqcıl imkanlara malik Udemy portalı vasitəsilə təqdim olunan bu kursda satınalma nədir, satınalmaçı kimdir və tələb necə formalaşdırılır sualları cavablandırılaraq təməl satınalma prinsipləri, terminləri və prosedurlarından bəhs edilir.

Kurs aşağıdakı mövzular üzrə ümumilikdə 2 saatlıq slayd üzərindən səsləndirilmiş 3 video təqdimatdan ibarətdir:

  1. Satınalma nədir

  2. Satınalmaçı kimdir

  3. Tələbin formalaşdırılması

Hər mövzu üzrə təqdimat müddəti 7-51 dəqiqə arası dəyişir. Kursa həm Udemy mobil tətbiqetməsindən, həm şəxsi kompüterdən istədiyiniz vaxt qoşularaq izləyə bilərsiniz. Kursa qoşulduğunuz zaman kurs vəsaitinə ömürlük giriş icazəsi əldə edirsiniz və istənilən vaxt qoşulub mövzuları təkrar dinləyə bilərsiniz.

Təlim kursu ehtiyacın yaranmasından sifarişin tamamlanmasına qədər satınalmaların təşkili və müqavilələrin idarə olunması proseslərinin və prinsiplərinin beynəlxalq praktika və dövlət satınalmaları perspektivindən, həmçinin hüquqi nöqteyi nəzərdən gündəlik istifadə üçün faydalı olacaq real-praktiki nümunələrlə və nəzəri məlumatlarla sadə dildə izah edildiyi 35 mövzudan ibarət olan 30 saatlıq Satınalmaların təşkili və müqavilələrin idarə olunması peşəkar təlim kursununun satınalma ilə bağlı giriş və təməl mövzulardan çıxarış edilərək hazırlanmışdır. Qeyd edim ki, satınalma sahəsinə yerli bazarda ciddi, həmçinin artan tələbat olduğu halda və bu tələbatı ödəyəcək kadrların çatışmazlığını nəzərə alaraq əldə etdiyim təhsil, davamlı mütaliə və qazandığım təcrübə nəticəsində öyrəndiklərimi bir yerə toplayaraq bir neçə aylıq gərgin əmək nəticəsində bu təlim kursu ərsəyə gətirmişəm.

? Bu sahəyə yeni başlamaq istəyənləri, xüsusilə tələbələri nəzərə alaraq bu kursu tanıtım məqsədilə tam ÖDƏNİŞSİZ etdik.

Məzmunu

  • Satınalma nədir

  • Satınalmaçı kimdir

  • Tələbin formalaşdırılması

bottom of page