Dövlət satınalmaları: Peşəkarlar üçün
("master class")
-
Dövlət satınalmaları sahəsində çalışan təcrübəli mütəxəssislər və rəhbərlər üçün yeni qanunvericiliyə (qanun, fərman və qərarlar) dair iştirakçıların sualları qruplaşdırılmış mövzular üzrə köhnə qanunvericiliklə müqayisəli şəkildə və qanundakı maddələrin yazılma konteksti barədə beynəlxalq praktikadan nümunələr verməklə cavablandırılır və iştirakçıları maraqlandıran mövzular barədə təqdimat edilir.
-
Bundan başqa dövlət satınalmalarının vahid internet portalından (e-tender.gov.az) istifadəyə dair əyani təqdimatla satınalma prosedurunun elektron keçirilməsi göstərilir. Tədbir iştirakçılarına dövlət satınalmaları qanunvericiliyinə əsasən peşə hazırlığının təmin edilməsini təsdiq edən* İştirak sertifikatı verilir.
-
Öyrəndiklərini və mövcud biliklərini yoxlamaq istəyən iştirakçılar endirimli şərtlərlə imtahanda iştirak edə bilər.
-
Tədbirdən sonra yaranan suallar ilə bağlı iştirakçılar keçiriləcək sual-cavab sessiyalarında endirimli şərtlərlə iştirak edə bilər.
-
Təlim bitdikdən sonra 10 gün ərzində iştirakçıların təlim materialları ilə bağlı sualları ÖDƏNİŞSİZ cavablandırılır.
* “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 11 yanvar tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksinin 7.3-cü bəndinə əsasən Satınalan təşkilat tərəfindən satınalma komissiyası formalaşdırıldığı tarixdən etibarən 3 (üç) ay ərzində komissiyanın hər bir üzvü peşə hazırlığının təmin edilməsi məqsədilə dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi barədə təlimə cəlb edilir. Hər bir komissiya üzvü 2 (iki) ildə bir dəfədən az olmayaraq qeyd edilən təlimə cəlb edilir və onlara bu barədə təsdiqedici sənəd təqdim edilir. Belə təsdiqedici sənəd satınalan təşkilat tərəfindən nəzarət orqanına onun tələbi ilə təqdim edilməlidir.
Məqsədi
Kimlər üçündür
-
Satınalan təşkilatlarda* dövlət satınalmalarının idarə olunması üzrə rəhbər olaraq ən az 1 il təcrübəsi olanlar
-
Dövlət satınalmalarının təşkili üzrə satınalma mütəxəssisi olaraq ən az 3 il təcrübəsi olanlar
-
Satınalma komissiyası üzvü olaraq ən az 6 ay təcrübəsi olanlar
-
Dövlət satınalmalarında strateji qərarverici rola malik şəxslər
-
Dövlət satınalmalarının təşkili (geniş) təlim kursumuzu "Tamamlama sertikatı" ilə bitirənlər
Tədbirin məqsədi
-
Gündəlik qarşılaşılan problemlərin praktiki həlli yollarının öyrənilməsi.
-
Təqdimatçı və iştirakçılar arasında aktiv təcrübə mübadiləsi və şəbəkələşmə.
Tələblər
-
Dövlət satınalmaları sahəsində nəzəri və praktiki təcrübə
* Satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri)
Tədbir barədə
Müddət: 8 saat
Tədbirin keçiriləcəyi yer: iBis Baku City Hotel
Tədbirin tarixi:
-
I sessiya: 03-04 fevral 2024 (tamamlandı☑️)
-
II sessiya: 11 (şənbə) və 18 may (şənbə) (tamamlandı☑️)
-
III sessiya: 23 noyabr (şənbə) planlaşdırılır (qeydiyyat davam edir ⏳)
Proqram:
-
🚩 09:00 - Qeydiyyat başlayır
-
✍️ 09:00-09:30 - Qeydiyyat
-
-
1️⃣ 09:30-11:00 - I hissə
-
☕11:00-11:30 - Çay kofe fasiləsi
-
-
2️⃣ 11:30 - 13:00 - II hissə
-
🍽️ 13:00-14:00 - Nahar fasiləsi
-
-
3️⃣ 14:00-15:30 - III hissə
-
☕ 15:30-16:00 - Çay-kofe fasiləsi
-
-
4️⃣ 16:00-17:30 - IV hissə
-
🏁 17:30 - Tədbirin sonu
Moderator-təqdimatçı
Qeydiyyat və ödəniş
Erkən qeydiyyat tarixi: 14 noyabr (III sessiya)
İştirak haqqı:
-
korporativ: 500 AZN, eyni şirkətdən eyni müqavilə üzrə 2 iştirakçı olduqda 2-ci iştirakçıya, 3 və daha artıq iştirakçı olduqda isə bütün iştirakçılara endirimlə 450 AZN
-
nağd: 450 AZN, erkən qeydiyyat tarixinə qədər + 100% əvvəldən ödəniş endirimlə 400 AZN
Qiymətə daxildir: Tədbirdə iştirak, nahar, çay-kofe fasiləsi (2).
Digər məlumat üçün: +994 51 518 84 49 (whatsapp)
Ödənişlərin geri qaytarılması: iştirakçı tərəfindən edilən ödənişlər tələb olunduğu halda aşağıdakı qaydada geri qaytarılır:
-
hər sessiya üçün yuxarıda qeyd olunan tarixə qədər müraciət edildikdə - 100% - tam
-
bu tarixdən sonra tədbir başlayana qədər müraciət edildikdə - 25% tutulma ilə
-
tədbir başladıqdan sonra - geri qaytarılmır, növbəti sessiyaya keçirilə bilər