top of page

Azərbaycanda nə qədər təchizat zənciri sahəsində çalışan var?

Updated: Apr 6, 2021

LinkedIn Azərbaycanda Facebook və Instagram'dan sonra ən çox istifadə edilən 3-cü sosial şəbəkədir. LinkedIn 2003-cü ilin 5 mayında Reyd Hofman (Reid Hoffman) tərəfindən qurularaq rəsmi olaraq istifadəyə verilib. 2016-cı ildə Microsoft tərəfindən alınmışdır. 2020-ci ilin iyulundan Rayın Roslanski (Ryan Roslansky) CEO olaraq Cef Veyneri (Jeff Weiner) əvəz etmişdir. LinkedIn'in bu günə istifadəçi sayı 740 milyon təşkil edir.


 

Lakin LinkedIn saytının özündə yer Azərbaycan seçilməklə adam axtarışı edildikdə bu sayın 343.000 nəfər olduğu görülür.



 

NapoleonCat saytının 2021-ci ilin mart statistikasına görə bu şəbəkələrdə azərbaycanlı istifadəçi sayı sırası ilə Facebook - 4.337.000, Instagram - 3.592.000, LinkedIn - 479.300 nəfər təşkil edir.

Bu sayta görə Azərbaycanda LinkedIn istifadəçilərinin əksəriyyəti 25-34 yaş kateqoriyasındadır (279.911 - 58.4%), istifadəçilərin yaşı isə 18-dən başlayır.

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi saytında 2020-ci ilin iyun ayının statisikasına görə 25-34 yaş qrupu 10.067.100 nəfər əhalinin 18,2 faizini (=1.832.300) təşkil edir. Kobud yuvarlaqlaşma etsək Azərbaycanda hər ~6 (6.5) nəfərdən 1-i LinkedIn istifadəçisidir. Təchizat zəncirinin idarə edilməsi (#procurement, #purchaser, #supplychain, #PSCM, #buyer, #logistics, #satınalma) sahəsində çalışanlar barədə dünya üzrə axtarışın nəticəsində karyerası dövründə ən az 1 dəfə bu sahədə işləyənlər ~22.7 milyon nəfər təşkil edir, hal-hazırda bu vəzifələrdən birini daşıyanlar isə ~2.2 milyon təşkil edir. Yer olaraq #Azərbaycan seçildikdə isə bu nəticə ~11.000 nəfər civarında olur. Hal-hazırda bu vəzifələrdən birini daşıyanlar isə ~2100 civarındadır. Hər 6 nəfərdən birinin LinkedIn istifadəçisi olduğu ehtimalı ilə Azərbaycanda 13.000-15.000 arasında bu sahədə dolayı (faktiki/əsas vəzifəsi başqa ola-ola) və ya birbaşa çalışan var.


P.S. Bu araşdırma ilk dəfə 2020-ci ildə edilib facebook səhifəmiz üzərindən paylaşılmışdı.

bottom of page