top of page

Anormal satınalma predmetləri

Updated: Mar 18, 2022

Rəqabətcil satınalmanın aparılmasının təməl prinsiplərinin lazımi keyfiyyətdə məhsulu, düzgün təchizatçıdan, məqbul qiymətə, münasib vaxtda, tələb olunan miqdarda alaraq istənilən yerə çatdırmaq olduğunu deyəsən bir çox müəssisə (xüsusilə də dövlət müəssisələri) hələ də başa düşə bilməyib. Karikaturada təsvir edildiyi kimi toyuq özü istehsal etməli olduğu yumurtanı vasitəçi olan dovşandan alması kimi satınalmalar həyata keçirilməməlidir. Oxşar tip satınalma ilə bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı tenderdə qarşılaşdım. Komitənin öz əsasnaməsində onun əsas vəzifələri (8.1. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;) kimi göstərilmiş işlərin (məs. Lot 7: Uşaqların cəmiyyətə inteqrasiya olunması, qadınların nigah hüququ müvzusunda tədbir, uşaq hüquqlarının təbliği, məlumat bankının saxlanması, sağlam həyat tərzinin təbliği, milli mənəvi dəyərlərin təbliği, erkən nigahlara qarşı marifləndirmə işləri) tender keçirilərək alınması heç bir məntiqə sığmır. Əgər dövlətin hər hansı bir müəssisəsi bu tip işləri elə tender ilə ala bilərdisə onda bu komitəyə nə ehtiyac var idi ki?! Komitə elə qurularkən bu kimi fəaliyyətləri özü keçirə bilmək üçün həm işçi heyət həm də müvafiq avadanlıqlar ilə təchiz edilməli idi. Komitə uzaqbaşı bu tədbirlər zamanı istifadə olunacaq məs. nəşriyyat işlərini, reklam xidmətlərini və s. satın ala bilərdilər, lakin çox böyük ehtimal onlar rahatlıq olsun deyə i