Hər dəfə özümə bir bahalı elektronik texnika (telefon, kamera və s.) almaq istəyəndə satınalmaçı damarım tutur, günlərlə araşdırma edirəm, variantları, alternativləri müqayisə edirəm, hələ büdcəm məhdud olanda proses ümumiyyətlə uzanır. Əksər satınalma nəzəriyyələrini, xüsusilə pula mütənasib dəyər (value for money) faktorunu tətbiq edirəm. Xaricdən alım yoxsa burdan, hansı xüsusiyyətlər və nə qədər mənim üçün vacibdir, alanlar nə fikirləşir məhsul haqqında, hansı müddətdə işlədəcəm, təzə olsun yoxsa işlənmiş, bu əşya ümumiyyətlə mənə lazımdırmı (make or buy) və s. kimi sualllarla boğuşuram çox vaxt 🤯 "Yumurtadan yun qırxmaq" söhbətinə dönür.
Başqasının (işlədiyin şirkətin) pulu ilə nəsə alanda isə bir çox adam "özgə malı can dərmanı" prinsipin əsas tutub işləyir. Bunun olmaması üçün isə şirkətlər çalışmalıdır satınalma mütəxəssisinə partnyor kimi münasibət bəsləsin, gəlirinə də, xərcinə də müəyyən qədər ortaq eləsin. O halda həmin mütəxəssis o pulu öz pulu kimi qədrini bilin xərcləməyə çalışacaq. Yox əgər adam elə həyatda da bədxərcdirsə, necə gəldi götür-qoy etmədən alırsa, üstəlik əli əyriliyi də varsa belələrindən uzaq durmaq lazımdır ⛔
🤑 Pul problem olmayanda dayı oğlu da yaxşı "satınalmaçı" ola bilir, elə ki şirkət qəpiyə güllə atmağa başlayır o zaman yaxşı satınalmaçının bacarıqlarına ehtiyac yaranır. Onda başa düşürsən ki, əslində 10 manata 1 yox 20 çörək almaq olarmış, 19 çörəyin puluna dayı oğlu özünə əməlli şərait qurubmuş)))
留言