top of page

Satınalma risklərinin idarə edilməsi

Risksiz biznes deyilən bir şey yoxdur. Təşkilatdakı hər bir şöbə hər gün hansısa riskin öhdəsindən gəlməlidir.


Risklərin idarə edilməsi ilk baxışdan asan görünür, lakin təşkilat və satınalma strategiyasının çox mürəkkəb bir hissəsidir. Biznes əməliyyatları ilə bağlı bir çox risklərin idarə edilməsi və azaldılması müvəffəqiyyətin əsas sütunlarından biridir.

Satınalma ilə bağlı risklər əsasən təşkilatın digər bölmələrində olduğu kimi eynidir. Satınalma strategiyaları risklərin idarə edilməsini əhatə etməlidir, strateji mənbə tapma (ing. strategic sourcing) və strateji alış (ing. strategic buying) ən yüksək risklərin azaldılmasına kömək etməlidir.

Lakin, həm birbaşa, həm də dolayı mənbə tapma prosesində uzunmüddətli müqavilələrin bağlanması zamanı təchizatçılar tərəfindən qiymətlərin gözlənilməz şəkildə artırılması riski böyükdür. Müəyyən bir müddət üçün qiymətlərin sabit saxlanılması haqqında müqavilə çərçivəsində razılaşmaların olması halında belə, bu riskin mövcudluğu davam edəcək və heç vaxt tamamilə planlaşdırıla və ya azaldıla bilməz.

Müəyyən bir sənaye və ya bazar üçün ətraf mühitin sadə PESTLE analizini aparmaq əsas riskləri və xarici faktorları müəyyənləşdirməyə kömək edə bilər. Bu faktorların böyük əksəriyyəti, öz növbəsində, qiymətlərə təsir göstərə bilər və ya təchizatçıların müqavilənin qüvvədə olduğu müddət ərzində qiymətləri artırmalı olduğu vəziyyətlərə gətirib çıxara bilər.

Bəs risklərin azaldılması üçün hansı variantlar mövcuddur? Təchizatçı ilə münasibətlərinizdən və ya onun üçün nə qədər böyük bir müştəri olduğunuzdan asılı olmayaraq, qiymətlərin artmasına etiraz edə və təchizatçılardan bu artımın əsaslandırılmasını xahiş edə bilərsiniz.

Hər hansı qiymət artımını müəyyən bir faizlə, məsələn, istehlakçı qiymət indeksi (ing. Consumer Price Index) ilə məhdudlaşdıra bilərsiniz. Bununla belə, faiz artımının xərc bölgüsündə (işçi qüvvəsi, xammal və s.) olduğu yerlər daxil olmaqla, sübutlar təqdim edilməlidir, ki, nəticədə faiz bütün qiymətlər üzərində tətbiq olunmasın.

bottom of page