2024-cü ilin 1 yanvar tarixində qüvvəyə minən "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 33.5-ci maddəsinin birinci cümləsinə əsasən açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların həmin Qanunun 23.4.1-ci (satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması) və 23.4.2-ci maddələrində (satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması) qeyd olunan tələblərə uyğunluğunun qiymətləndirilməsi meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin qərara əsasən həm satınalan təşkilatlar tərəfindən şərtlər toplusunda maliyyə imkanları ilə bağlı yaza biləcəyi tələblərə dair hədlər, həm də təchizatçıların bu tələblərə uyğunluğunun qiymətləndirilməsi üçün hesablama qaydaları və sənəd tələbləri müəyyən edilmişdir. Bu videoda həmin meyarlardan istifadə qaydaları təlimata əsasən izah edilmişdir.
top of page
bottom of page
Comments