Bütün satınalmalar dövlət və ya özəl təşkilat tərəfindən hansı şəraitdə keçirilməsindən asılı olmayaraq əsas satınalma prinsiplərinə cavab verməlidir.
Bu prinsiplər müxtəlif mənbələrdə təxminən eyni formada ifadə olunur ancaq bu mənbələr içində Dünya Bankının "Bank siyasəti: İnvestisiya Layihəsinin Maliyyələşdirilməsində Satınalmalar və Digər Əməliyyat Satınalma Məsələləri" (Bank Policy: Procurement in IPF and Other Operational procurement Matters) sənədində əks etdirdiyi aşağıdakı prinsiplər (Core Procurement Principles) daha əhatəli və daha dolğundur.
Pula mütənasib dəyər (value for money) – resurslardan risklərə və qeyri-qiymət faktorlarına mütənasib effektiv, səmərəli və qənaətli istifadə edərək, eləcə də istismar dövrü daxil xərclər, çevrə və sosioekonomik inkişaf kimi müvafiq təməl satınalma prinsiplərini tətbiq edərək sifarişçiyə ən optimal nəticəni əldə etmək:
Yalnız qiymət amili pula mütənasib dəyər üçün kifayət etmir.
Alternativ həllə görə xərc və fayda ilə müqayisədə əldə edilən fayda və çəkilən xərc arasında tarazlıq (trade-off)
Şəffaflıq və vicdanlılığa satınalma dövrü boyunca nail olunur
Son istifadəçinin və digər maraqlı tərəflərin düzgün şəkildə müəyyənləşdirilərək satınalma prosesində nəzərə alınması
Satınalma ehtiyaclarının və məqsədlərinin, eləcə də icazə verilən sosioekonomik və çevrə hədəflərinin (externality) aydın bəyan edilməsi
Satınalma predmetinin riski, dəyəri, məzmunu və stratejik əhəmiyyətinə müvafiq nisbətdə satınalma yanaşmasının seçilməsi (prosesin məqsədəuyğunluğunun təmin edilməsi)
Texniki tələblər qiymət və qeyri-qiymət faktorları, eləcə mümkün olduqda istismar dövrü xərclər nəzərə alınaraq qiymətləndirmək üçün lazımi qaydada müəyyən edilməlidir
Qoyulmuş məqsəd uyğun müqavilə formasınının seçilməsi
Ehtiyac və məqsədlərlə örtüşən aydın qiymətləndirmə meyarlarının formalaşdırılması
Ehtiyac və məqsədlərə uyğun ən yaxşı təklif verən təchuzatçının seçilməsi
Müqavilənin uğurlar icra edilməsi və nəticələrin müqavilədə razılaşdırılmış formada əldə edilməsi üçün müqavilənin effektiv idarə olunması planının formalaşdırılması
Qənaətlilik (economy) – qiymət, keyfiyyət və qeyri-qiymət faktorlarından satınalmanın gerçəkləşdirilməsinə mənfi təsir etməyəcək şəkildə tətbiqi;
Düzlük (integrity) – büdcə və resurslardan məqsədinə uyğun və razılaşdırılmış formada saxtakarlıq, rüşvət və korrupsiyadan uzaq fəaliyyət;
Məqsədəuyğunluq (fitness for purpose ≠ one size fits all) – strateji ehtiyacları və vəziyyəti nəzərə alaraq satınalma yanaşmasının seçilməsi ≠ fərqli ehtiyaclara eyni yanaşma;
Səmərəlilik (efficiency) – tətbiq imkanlar, vaxt məhdudiyyəti və xərclərə qənaət nəzərə alınaraq nəticənin dəyərinə və riskinə müvafiq prosesin təşkil edilməsi;
Şəffaflıq (transparancy) – müvafiq satınalma məlumatlarının vaxtında maraqlı tərəflərə eyni formada əlçatan şəkildə təqdim edilməsi, satınalma fəaliyyətinin sənədləşdirilməsi və məxfilik tələblərinə riayət;
Ədalətlilik (fairness) – hər kəs üçün bərabər imkanlar, hüquq və öhdəliklərin tərəflər arasında qərəzsiz bölüşdürülməsi, şikayətlərin etibarlı baxılma mexanizmi;
Hesabatlılıq (accountability) – şəffaflıq və məsuliyyət tələblərini birləşdirərək yerinə yetirir və satınalma prosesində iştirak edən şəxsləri öz hərəkətlərinə (və ya hərəkətsizliyinə) görə cavabdehlik tələb edir;
Maraqların ziddiyyəti, maraqların toqquşması (conflict of interest) – olmamalıdır, olduğu təqdirdə aradan qaldırılmalıdır;
Keyfiyyət (quality) – satınalma məqsədlərinə uyğun olaraq nəticələrin vəziyyət, risk, dəyər və satınalmanın mürəkkəbliyindən asılı olaraq vaxtında və effektiv əldə edilməsi (DB-nin prinsip siyahısında yoxdur ancaq ümumi tələb olaraq ayrıca təsvir edilir):
Satınalma tərtibatının (satınalma metodları, uyğunluq tələbləri, qiymətləndirmə meyarları və müqavilə strategiyaları) strukturlu və satınalmanın mahiyyətinə, dəyərinə, riskinə və mürəkkəbliyinə görə məqsədəuyğun olması
Müvafiq standartda malların təchiz edilməsi, xidmətlərin göstərilməsi və işlərin icrası üçün zəruri imkanlara malik təchizatçının seçilməsi
Təchizatçıların hərtərəfli spesifikasiyalarla dəqiq göstərilməli olan tələblərdən və keyfiyyətinin ölçülməsi meyarlarından xəbərdar olması
Təchizatçının imkanlarına görə tələblərə uyğunluğunun, eləcə də müqavilə hədəflərinə çatmaq ehtimalının dəyərləndirilməsi
Təchizatçının işi nəticəsində layihə hədəflərinə çatmaq ehtimalının artması
Hər bir satınalma mərhələsində keyfiyyət risklərinin başa düşülüb müvafiq tədbirlərin görülməsi
Bu prinsiplər yaxşı mütəxəssis olmaq istəyən və ya olduğunu iddia edən hər bir satınalmaçı tərəfindən başa düşülüb, mənimsənilməli və düzgün tətbiq edilməlidir. Bunları anlamadan özünə satınalma mütəxəssisi (=peşəkarı) demək bu peşəyə hörmətsizlikdir.
Qeyd olunan prinsiplər və onların tətbiqi barədə daha ətraflı "Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğəti" və "Hər kəs üçün satınalma" kitablarında oxuya və ya yaxın zamanda keçirilməsi planlaşdırılan Satınalmaların təşkili və müqavilələrin idarə olunması və Dövlət satınalmalarının təşkili təlimlərində məlumat əldə edə bilərsiniz.
Comments