top of page

Ehtimal qiyməti 5000 manatdan aşağı olan dövlət satınalmaları

Updated: Feb 13, 2021

Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı 20 may 2013-cü il tarixli Q-12 nömrəli qərarına görə Dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5,0 (beş) min manat müəyyən edilib. Bəs bu qərar 5000 manata qədər istənilən satınalmaya “Dövlət satınalmaları haqqında” Qanunun şamil edilmədiyi mənasına gəlirmi? BƏLİ • Satınalan təşkilat dövlət büdcəsindən maliyyələşdirilirsə və büdcədə xərc maddəsində ayrılmış məbləğ 5000 manatdan aşağıdırsa • Satınalan təşkilat dövlət büdcəsindən maliyyələşdirilMİRSƏ faktiki satınalınan mallar, işlər və xidmətlərin müqavilə dəyəri 5000 manatdan aşağı olarsa XEYR • Satınalan təşkilat dövlət büdcəsindən maliyyələşdirilirsə xərc maddəsində ayrılmış məbləğ 5000-dən yuxarı olarsa faktiki satınalınan mallar, işlər və xidmətlərin dəyəri 5000 manatdan aşağı olsa da (kotirovkaya düşən məbləğin bölünərək azaldılması)

bottom of page